Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020).
Arif Qasımov | |
---|---|
Arif Adil oğlu Qasımov | |
22 sentyabr 2015 – 11 iyul 2020 | |
Əvvəlki | Tahir Budaqov |
Sonrakı | Coşqun Cəbrayılov |
19 iyul 2011 – 22 sentyabr 2015 | |
Əvvəlki | Əflatun Rufiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 mart 1965 (59 yaş) |
Doğum yeri |
Həyatı
Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir.
Fəaliyyəti
Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır.
2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir.[1]
Evlidir, üç övladı var.
İstinadlar
- "A.A.Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.