Arif Qasımov (deputat)
Arif Mikayıl oğlu Qasımov (6 sentyabr 1952, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı.
Arif Qasımov | |
---|---|
Vəzifədədir | |
2000-ci ildən | |
Seçki dairəsi | 2000 — 1 sayılı Sədərək 2005 — 1 sayılı Sədərək 2010 — 1 sayılı Sədərək 2015 — 1 sayılı Sədərək 2020 — 1 sayılı Sədərək |
Əvvəlki | Vaqif Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 sentyabr 1952 (71 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Həyatı
Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur.
1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir.
1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır.
Ailəsi
Ailəlidir, 5 övladı var.
Siyasi fəaliyyəti
1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır.
1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür.
Naxçıvan Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının üzvü olmuşdur.
Hal-hazırda Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.[1]
İstinadlar
- "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.