Arif Paşa

Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir.[3]

Arif Paşa
bayraq
Azərbaycan Ümid Partiyası sədrinin ümumi məsələlər üzrə müavini[1]
bayraq2
19 oktyabr 2009[2] ?
1995 2002
SədrƏbülfəz Elçibəy (1995-2000)
Əli Kərimli (2000-)
Əvvəlkivəzifə təsis edildi
İyul 1992 1995
SədrƏbülfəz Elçibəy
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1959(1959-05-15) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Xidmət illəri 1991-1992
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Polkovnik

Həyatı

Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib.

Həbsi

1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.

Siyasi fəaliyyəti

1984–1991-ci illərdə müxtəlif təsərrüfat müəssisələrinin rəhbəri vəzifələrində çalışıb, Laçın rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini olub. 1988-ci ilin iyun ayında Laçın rayon Xalq Cəbhəsini yaradıb və ona başçılıq edib. Həmin vaxtlar hələ Azərbaycan Xalq Cəbhəsi yaranmamışdı. AXC-nin ilk İdarə Heyətinin üzvü seçilib. 1992-ci ilin iyulundan 2002-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub.

1995-ci il parlament seçkilərində Arif Paşa Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 5-ci sırada olmuşdur.[4] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[5] Beləliklə, Arif Paşa deputat seçilə bilməmişdir.

2002-ci ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmişdir. Daha sonra Ədalət Partiyasına üzv olan[6] Arif Paşa sonralar isə Müasir Müsavat Partiyası daxilində fəaliyyət göstərmişdir.[7]

Arif Paşa 19 oktyabr 2009-cu il tarixində Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə tərəfindən partiyanın sədr müavini təyin olunmuşdur.[2][8]

Hərbi fəaliyyəti

1988-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat-Müvəqqəti Fövqəladə Komitə yaradıb. 1988-ci ilin aprelində üzvlərinin sayi bir neçə min nəfər olan Laçın rayon Müdafiə Komitəsini yaradıb və ona başçılıq edib.

1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1N-li əmri ilə Laçın rayon Ərazi Müdafiə Batalyonunun komandiri təyin edilib və Azərbaycanda ilk milli hərbi hissəni yaradıb. 1992-ci ilin martında Azərbaycanda ilk nizami hərbi alay — Laçın Alayını yaradıb və onun komandiri təyin edilib. 1992-ci ilin aprelin 30-da naməlum səbəblərdən alayın komandiri vəzifəsindən azad edilib. Bundan 18 gün sonra erməni silahlı birləşmələri Laçın rayonunu işğal ediblər. Laçın işğal olunandan sonra 1993-cü ilin avqust ayında ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılıb. 1995-ci ilin mayında bəraət alıb.[7]

Azərbaycanın ilk milli marşı olan Əsgər Marşı, Arif Paşayevin komandir olduğu, Laçında ilk yaradılan könüllülərdən ibarət Ərazi Müdafiə Batalyonunda oxunub. Sonradan həmin batalyon 811 saylı alay oldu. Ehtiyatda olan polkovnikdir.

İstinadlar

  1. ""SEÇKİLƏRDƏ AZI 100 DAİRƏDƏN NAMİZƏD VERMƏLİYİK"". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  2. "Tanınmışlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA". 2017-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  3. Nihad Cebrayil. ""Cebhe xetti" layihesinde: Arif Paşa". Axar.az (az.). 26 May 2015. 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2020.
  4. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  5. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  6. "Laçın polkunun komandiri Arif Paşa Azərbaycanı həmişələlik tərk edib". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  7. "'Laçını ermənilərə bu iki şəxs verdi' - Polkovnik 30 illik SİRLƏRİ AÇDI". gundem.az. 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2022.
  8. "Arif Paşa Ümid Partiyasının sədr müavini təyin edilib". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.