Arif Məmmədzadə
Məmmədzadə Arif Mikayıl oğlu — texnika elmləri doktoru, professor.
Arif Məmmədzadə | |
---|---|
Məmmədzadə Arif Mikayıl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Həyatı
Məmmədzadə Arif Mikayıl oğlu 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə "Neft istehsalının maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970-1973-cü illərdə adı çəkilən institutun aspirantıdır. 1970-1990-cı illərdə "Nəzəri mexanika" kafedrasının dosenti olmaqla bərabər, həmçinin Tatneftin, Başneftin, ÜETNSİ-nun, Atom geofizikasının ÜETİ-nun və Qərbi Sibirin birgə elmi tədqiqat işlərində iştirak etmişdir. 1991-ci ildən bu günə qədər ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professorudur. 1973-cü ildə "Gilin qazmeye sisteminin doyma təzyiqinə təsiri" mövzusunda namizədlik, 1989-cu ildə isə, "Doyma təzyiqindən aşağı təzyiqlərdə neft yataqlarının işlənilməsi prosesinin intensivləşdirilməsinin nəzəri və təcrübi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1994-cü ildə "Unocal", 1998-ci ildə isə "Sovviet Petro" xarici şirkətlərində işləmişdir.
Elmi fəaliyyəti
Məmmədzadə A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: neft və qaz mayelərində faza keçidləri; neft hasilatının fiziki (maqnit) sahələrinin tətbiqi; layların neftveriminin artırılması.
Məmmədzadə A.M. 100-dən artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.