Arif Məmmədov (diplomat)
Arif Zahid oğlu Məmmədov (22 sentyabr 1964, Kirovabad) — Azərbaycan Respublikasnın dövlət xadimi, diplomat, Fövqaladə və Səlahiyyətli Səfir.
Arif Məmmədov | |
---|---|
Arif Zahid oğlu Məmmədov | |
İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki Səfiri | |
2013 – 2015 | |
2012 – 2013 | |
2007 – 2012 | |
2004 – 2006 | |
2004 – 2006 | |
2000 – 2007 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kirovobad şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili |
|
Fəaliyyəti | diplomat |
Dini | İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Arif Məmmədov 1964-cü il sentyabrın 22-də anadan olub. 1983-1988-ci illərdə Moskva Hərbi Xarici Dillər İnstitutunda təhsil alıb. 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub.[1] 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb.[2][3] Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alıb.
Təhsili
- 1983-1988-ci illərdə Moskva Hərbi İnstitutunda (VKİMO) təhsil alıb
- 1993 ildə Niderlandda yerləşən Klinqendael Beynəlxalq Əlaqələr İnstitutunda diplomatik təcrübə və təhsil alıb
- 1994 ildə Böyük Britaniyada Xarici İçlər Nazirliyinin təşkil etdiyi xüsusi kurslarda təlim keçib
İnqilis, Fransız, Rus , Həbəş, İspan dillərində sərbəst danışır.
Digər
2008-2012-ci illərdə Avropa Verqeland mərkəzinin direktorlar şurasının üzvü olub.[4] Osloda əsaslanan bu təşkilat mədəniyyətlərarası bilik, insan hüquqları və demokratik vətəndaşlıq mərkəzi kimi fəaliyyət göstərir.
Maraqları
Arif Məmmədov idman və musiqi ilə maraqlanır.
İstinadlar
- "Arif Mammadov - Ambassador to Council of Europe". 14 December 2006. 21 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
- "Azerbaijani Ambassador appointed as OIC Permanent Observer to the EU". 24 June 2013. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
- "Organisation of Islamic Cooperation (OIC)". 05 November 2013. 21 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.
- "Former Board Members". 26 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 September 2014.