Arif Məmmədli

Arif Məmmədli (tam adı:Arif Kamran oğlu Məmmədov; 1 iyul 1959, İmanlar, Laçın rayonu) — müəllim, şair[1], jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru[2], Azərbaycan Jurnalistlər Birliyinin, Azad Müəllimlər Birliyinin (1993) üzvü.

Arif Məmmədli
Məmmədov Arif Kamran oğlu
Doğum adı Arif
Təxəllüsü Məmmədli
Doğum tarixi 1 iyul 1959(1959-07-01) (64 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Lətifə
Uşaqları Pərvanə
Cəlal
Pərvin
Atası Kamran
Anası Səkinə
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti jurnalist
şair
publisist
Fəaliyyət illəri 1978 – indi
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət poeziya
publisistika
Janrlar şeir
nəsr
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Araz Yaquboğlu, Arif Məmmədli, Nağdəli ZamanovAşıq Firudin. (2014-cü il, Bakı)

Həyatı

Arif Məmmədov 1 iyul 1959-cu ildə Laçın rayonunun İmanlar kəndində anadan olub[3]. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu kənddə davam etdirərək 1974-cü ildə Şəlvə kənd 8 illik məktəbini tərifnamə ilə bitirib. Elə həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1978-ci ildə təhsilini başa vuraraq təyinatla İmanlar kənd orta məktəbinə müəllim təyin edilib.[4]

1983-cü ildə keçmiş Sovet Ordusuna hərbi xidmətə çağrılıb. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1991-ci ildə isə ali təhsilini tamamlayıb.

1992-ci ildə erməni qəsbkarlarının torpaqlarımızın bir hissəsini işğal etməsi nəticəsində qaçqın düşərək Bakı şəhərində müvəqqəti məskunlaşıb.

1993-cü ildən Azad Müəllimlər Birliyinin (AMB) üzvüdür. Bu gün AMB-nin idarə heyətinin üzvü olaraq ictimai iş aparır. Təhsil sisteminin demokratikləşdirilməsi, təhsil işçilərinin hüquqlarının müdafiəsi istiqamətində aparılan bütün diskussiya, dəyirmi masa, konfrans və debatlarda xüsusi fəallıq göstərir, müxtəlif proqramların və layihələrin həyata keçirilməsində üzərinə düşən vəzifənin öhtəsindən layiqincə gəlir.

Ailəlidir. Bir oğlu, iki qızı və dörd nəvəsi var.

Fəaliyyəti

Pedaqoji fəaliyyəti

1978–1983-cü illərdə təyinatla İmanlar kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlamışdır.

1992–1993-cü tədris ilində Nəsimi rayonunundakı 211 saylı orta məktəbdə müəllim, 1993–1994-cü tədris ilində 159 saylı məktəbdə ibtidai siniflər üzrə dərs hissə müdiri işləyib. O vaxtdan həm də məcburi köçkünlərin uşaqları üçün açılmış 10 saylı Laçın rayon orta məktəbində çalışıb, hal-hazırda da həmin məktəbin müəllimidir[4]. Eyni zamanda jurnalistlik fəaliyyəti ilə məşğuldur.

Ədəbi fəaliyyəti

Mətbuatda ilk şeiri 1978-ci ildə dərc olunub[3]. Respublikanın müxtəlif qəzet və və jurnallarında, ədəbi almanaxlarda bədii yazıları, eləcə də publisistik məqalələri vaxtaşırı işıq üzü görür. "Dağlar məni bağışlamaz" (şeirlər) və "Bir şair yol gedir" (publisistik) kitablarının müəllifidir. Onlarla kitaba ön söz yazıb, redaktorluq edib[4].

Jurnalistlik fəaliyyəti

1998-ci ildən Azərbaycan Tibb Universitetinin orqanı olan "Təbib" qəzetində müxbir işləyir. "Laçın yurdu" adlı ədəbi-bədii, publisistik jurnalın təsisçisi və baş redaktorudur[4].

Əsərləri

Kitabları

  • "Dağlar məni bağışlamaz" (şeirlər), Bakı, 1996.[3]
  • "Bir şair yol gedir" (publisistika), Bakı, "Nurlan", 2002.[3]
  • "Laçın şəhidləri", Bakı, "Bəxtiyar-4" nəşriyyatı. 2013. 168 səh.

Məqalələri

İstinadlar

  1. Siyavuş Əmirli. ""Şahmar Ədəbi Məclisi" təsis edildi". Media Forum (az.). mediaforum.az. 2014-02-10, 17:31:00. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10.05.2014.
  2. ""Laçın yurdu" jurnalının yeni sayı işıq üzü görüb" (az.). lacin.info. 2015-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16.03.2014.
  3. Araz Yaquboğlu. "Bu gün Arif Məmmədlinin doğum günüdür" (az.). lacin.info. 2015-07-01. 2015-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-03.
  4. "ARİF MƏMMƏDLİ". lacin.info (az.). lacin.info. 2012. 2015-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10.05.2014.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.