Arif Məhərrəmov (fizik)

Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor.[1] Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri.[2]

Arif Məhərrəmov
Məhərrəmov Arif Musa oğlu
Doğum tarixi
Doğum yeri Qursalı, Spitak rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (68 yaşında)
Vəfat səbəbi COVID-19
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yerləri AMEA-nın Radiasiya Problemləri İnstitutu, Azərbaycan Kooperasiya Universiteti
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları “İlin nüfuzlu alimi” ali media mükafatı (2017)

Həyatı

Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir.

2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır.

14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi.[3]

Elmi fəaliyyəti

Arif Məhərrəmov elektret və lüminessent xassəli polimerkompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir. Yüksək elektret pyezoxassəli polimer materialların ʏ-dozimetriyada istifadə olunmasının mümkünlüyünü göstərmişdir. O, nazik təbəqəli polimerlərdə radiasiya-kimyavi proseslərin mexanizmini müəyyən etmiş, kristallaşan polimerlərin üçfazalı strukturunu təklif etmişdir. Polimer təbəqələrin orientasion dartılması ilə yaranmış kreyzlərdə kimyəvi sorbsiya üsulu ilə müxtəlif tip nanohissəciklər (CdS, CuS, CdSe və s.) formalaşdırılmış və onlarda elektret yüklərinin relaksasiyası , elektrofiziki və radiotermilüminessensiya xassələri öyrənilmişdir.

Arif Məhərrəmov 400-dən artıq elmi işlərin müəllifidir. Onlardan 200-ü xaricdə çap olunmuşlar, 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

Onun rəhbərliyi altında 8 elmlər namizədi müdafiə etmişlər. 2 doktorluq dissertasyasının məsləhətçisidir.

Seçilmiç elmi işləri

  1. Магеррамов А.М. Структурное и радиационное модифицирование электретных и пъезоэлектретных свойств полимерных композитов.- Баку.: Элм, 2001.-327с.
  2. Magerramov A.M. The nature of polarization and piezoelectric properties of a vinylidene fluoride-tetrafluoroethylene copolymer (англ.)//Polymer science. Series A. Chemistry, physics.-1998/-No 10.-p.590–595.
  3. Magerramov A.M., Dashdamirov M.K. Structural aspects of the radiation modification of the dielectric properties of polyolefins (англ.)Interperiodica distributed exclusively by Springer SclenceBusiness Media LLC.-2005.-Vol.39,No3.-p.142–147.
  4. Magerramov A.M. Radiation Modification of Piezoelectric Properties of Piezoceramic Polymer Compozites (англ.)//physica status solidi (a).-1999/-Vol.174.-P.551–556.
  5. Magerramov A.M., Kerimov M.K., Hamidov E.M. Electret polymer Materials for Dosimetry of -irradiation (англ.)// NATO Selence Series/-2005.- Vol.41,.-p.205–209..
  6. Magerramov A.M., Bagirbekov Kh.V., Nuriyev M.A. Dielectric Properties and Radiothermoluminescent Features of polypropy/-Al 2O3 .Surface Engineeing and Applied Elektrochemistry, 2013, Vol.49.No 2,- p.176–179.
  7. Magerramov A.M., Nuriyev M.A., Veliev I.A., Safarova S.I. Coronoelectrets based on polypropylene composites dispersed by a TllnxCe1-xSe2 semiconductor filler(англ.)// Surface Engineeing and Applied Elektrochemistry, −2010, Vol.46,No 2,- p.205–209.
  8. Магеррамов А.М., Багирбеков Х.В., Нуриев М.А. Диэлектрические свойства и особенности совместимости полипропилена с диметилфенилвинилсилоксановым эластомером СКЕФВ-2001 (рус.)// Журнал "Материаловедение", "Наука и технологии": Диэлектрики.-2011.-№ 3.-С.31–40.
  9. Магеррамов А.М., Мамедова Р.А. Диэлектрические свойства нанокомпозитов полипропилен/наноглин типа Na+ -монтомориллант в режиме нагрева-охлаждения. ЖТФ, Т.87.Вып 9. с.1367–1370.
  10. Магеррамов А.М., Нуриев М.А , Шукюрова А.А. Ореинтация облученных пленок полиэтилена низкой плотности и электропроводимость егокомпозиций с наноглинами- Cu2S. // Перспективные материалы. 2015, № 5, с.62–68.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.