Arif Hüseynzadə
Arif İsmayıl oğlu Hüseynzadə (23 sentyabr 1970, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Dövlət Televiziyasında işıqçı, Qarakənd faciəsinin qurbanı.
Arif Hüseynzadə | |
---|---|
Doğum tarixi | 23 sentyabr 1970 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1991 (21 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyatı
Arif İsmayıl oğlu Hüseynzadə 1970-ci il sentyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1977-ci ildə Yasamal rayonu 20 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə təhsil aldığı dövrdə biliyi, bacarığı, nizam-intizamı, səmimiliyi, sakit və təmkinli olması ilə həmyaşıdlarından fərqlənib. 1987-ci ildə həmin məktəbi bitirib. 1988–1990-cı illərdə hərbi xidmətdə olub.
1990-cı ildən Azərbaycan Dövlət Televiziyasında işıqçı vəzifəsində çalışıb.
Uşaqlıq və gənclik illərində vətənpərvərliyi ilə seçilib. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində həlak olub. I Fəxri Xiyabanda dəfn edilib.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-lisey Arif Hüseynzadənin adını daşıyır.