Arif Hüseynov (rəssam)
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
Arif Hüseynov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı‚ Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | rəssam |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi (1965-1972); Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1965-1972) |
Janrlar | Dəzgah və kitab qrafikası |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
Yaradıcılığı
1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub.
"Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev.[1]
Fərdi sərgiləri
- 1984 — "100 illüstrasiya", Baku-Moskva
- 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya
- 2009 — Galerie Berlin-Baku, Berlin
- 2012 — "Azərbaycan Nağılı" Bakı
- 2012 — M.Ə.Sabir "Hophopnamə" Bakı
Sərgiləri
- 1977 — "BAM" sərgisi, Bakı-Moskva;
- 1980 — Qrafika sərgisi, Bakı
- 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa
- 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi
- 2007 — Çank Art, Ankara
- 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı
Mükafatları
- 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı
- 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı
- 2006 — Azərbaycan Respublikasının xalq rəssamı
- 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- 2023 — "Şöhrət" ordeni[2]
Xatirəsi
2015-ci ildə Azərbaycan televiziyasında istehsal olunmuş Arif Hüseynov. Taleyimin cizgiləri adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Ədəbiyyat
- Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012.
İstinadlar
- "Arif Hüseynov. Cizgilərin hikməti". Bakı. Aspoliqraf. 2013
- "A.Ş.Hüseynovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-01.