Arif Aslanov
Arif Həzi oğlu Aslanov (1 oktyabr 1938, Ovruç[d], Jitomir vilayəti – 1 may 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın avtomobil nəqliyyatı naziri (1990–1992), "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti (1992–1996).
Arif Aslanov | |
---|---|
"Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti | |
29 yanvar 1992 – 20 iyul 1996 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Hüseyn Hüseynov |
Azərbaycan Respublikasının avtomobil nəqliyyatı naziri | |
5 fevral 1991 – 29 yanvar 1992 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | vəzifə ləğv edilib |
Azərbaycan SSR avtomobil nəqliyyatı naziri | |
5 iyun 1990 – 5 fevral 1991 | |
Əvvəlki | Fuad Rüstəmov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini | |
25 oktyabr 1979 – 5 iyun 1990 | |
Nazir | Şakir Kərimov Yuri Şedrin Fuad Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1938 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 may 2007 (68 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | məmur |
Atası | Həzi Aslanov |
Uşağı | Həzi Aslanov |
Həyatı
Arif Həzi oğlu Aslanov 1938-ci ildə anadan olmuşdur. 1963-cü ildə Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı fakültəsini mühəndis-mexanik ixtisası üzrə, həmçinin 1983-cü ildə Moskva Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir.
Əmək fəaliyyətinə 1961-ci ilin noyabrında başlamış, 1961–1963-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Hasilatı İnstitutunun preparatoru, 1963–1964-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun texniki, 1964–1966-cı illərdə Bakı Dəniz Limanının stividoru olmuşdur. 1966-cı il iyulun 17-dən 1979-cu ilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Bakı istehsal trestinin mühəndisi, həmin nazirliyin Bakı növbətçi avtomobillər parkının rəisi, Bakı Avtomobil Nəqliyyatı İstehsalat Birliyində rəis müavini kimi vəzifələrində çalışmışdır.[1]
Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1979-cu il tarixli Qərarı ilə Arif Aslanov Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 11 ilə yaxın işləmiş, 5 iyun 1990-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin olunmuşdur.[1]
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilmiş və Arif Aslanov bu qurumun prezidenti təyin edilmişdir.[2] O, bu vəzifədə 1996-cı il iyulun 20-dək çalışmışdır.[3]
Arif Aslanov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir. O, fəaliyyəti dövründə dəfələrlə dövlət mükafatları və diplomlarla təltif edilmişdir.
Arif Aslanov 2 may 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4] Üç övladı var idi.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun oğludur. Azərbaycan SSR daxili işlər nazirinin birinci müavini Tofiq Aslanovun qardaşıdır.
İstinadlar
- Азәрбајҹан ССР автомобил нәглијјаты назири: [Ариф Һәзи оғлу Асланов] // Коммунист. № 125 (21193). 6 ијун 1990-ҹы ил. С. 1.
- "Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyinin "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 29 yanvar 1992. 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- A. H. Aslanovun "Azəravtonəqliyyat" Dövlət Konserninin prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları və Sərəncamları. № 3. Bakı. 1996. S. 58.
- Talışlı, M.; Əhədov, E. Lənkəran: Ensiklopedik məlumat. Bakı. 2014. səh. 46.