Arif Ağamalov
Arif Məlikağa oğlu Ağamalov (d. 30 may 1928 ö. 2006) — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992) [1]
Arif Ağamalov | |
---|---|
Arif Məlikağa oğlu Ağamalov | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | |
Fəaliyyəti | rəssam |
Təhsili | Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəsamlıq məktəbi və Moskva tətbiqi və dekorativ instutu |
Mükafatları |
Həyatı
Ağamalov Arif Məlikağa oğlu 30 may 1928-ci ildə anadan olmuşdur.[2] O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəsamlıq məktəbini və Moskva tətbiqi və dekorativ instutunu bitirmişdir. Arif Ağamalov 1960–1990-cı illərdə çoxsaylı monumental əsərlər yaratmışdır. Rəssamın əsərlərindən "Neftçilər" metrostansiyasında yerləşən mozaik pannoları və "Abşeron" mehmanxanasında olan qızılı-göy mozayik frizlərini qeyd etmək olar. A.Ağamalov eləcədə mehmanxananın interyerinin, kafenin tərtibatını və jazz mövzununda şamotdan heykəl qabartmalar yaratmışdı. Rəssamın əsasən smaltadan istifadə etməyi sevirdi. İkinci sevimli materiyalı mis olmuşdur. Opera studiyasının (indiki jazz center) fasadındaki relyef kompozisiyasın işləyərkən mis materiyalından geniş istifadə etmişdir. Arif Ağamalov "Aynur" məişət evinin tertibadçısı olmuşdur. Eləcədə Uşaq teatrını bəzəyən monumental əsərlərin (sqrafito üslubunda) müəllifidir. Rəssam (O.Şıxəliyevlə birlikdə) Kirovobad məktəbinin və "Azərbaycan" mexmanxanasının interyer tərtibatında iştrak etmişdir. "Sirk", "Dastan", "Rəqs", "Maska", "Abşeron bayramı" triptixi rəssamın əsərlərindəndir Arif Ağamalov on ilə yaxın Azərbaycan Rəsm fonduna rəhbərlik etmiş, eləcə də fondun və Bakı şəhərin baş rəssamı olmuşdur. 2007-ci ildə Bakıda "Yeni Gallery"da Arif Ağamalovun xatirəsinə həsr olunmuş sərgi keçirilmişdir.[3] Arif Ağamalov 2006-cı ildə vəfat etmişdir.[4] [5] [6]
İstinadlar
- "Arxivlənmiş surət". 2016-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- "Arxivlənmiş surət". 2015-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- "Arxivlənmiş surət". 2010-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-01.
- История искусства народов СССР / Под ред. Б. В. Веймарна, В. С. Зингера. — М.: Изобразительное искусство, 1984. — С. 180.
- Н. Габибов, Д. Новрузова. Изобразительное искусство Азербайджанской ССР / Редактор Г. П. Суздалева. — М.: Советский художник, 1978. — 252 с.
- "Arxivlənmiş surət". 2018-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.