Arif Əsgərov
Arif Nəriman oğlu Əsgərov (1 yanvar 1961, Qovlar, Tovuz rayonu) — Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini
Arif Əsgərov | |
---|---|
Azərbaycan Respublikası Nəqliyyat Nazirinin müavini | |
9 fevral 2015 – 13 fevral 2017 | |
Sonrakı | Vəzifə ləğv edildi. |
23 iyul 2009 – 9 fevral 2015 | |
Əvvəlki | Vəzifə təsis edilib. |
Sonrakı | Cavid Qurbanov |
2004 – 20 iyul 2009 | |
Sonrakı | Vəzifə ləğv edilib. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1961 (63 yaş) |
Doğum yeri |
Həyatı
Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan omuşdur. 1982-ci ildə Lenin Ordenli və Qırmızı Əmək Bayrağı Ordenli Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun "Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi" ixtisasını bitirmişdir.
1982–1989-cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müffətişi, 1989–1993-cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini, 1993–1993-cü illərdə yolun maliyyə xidmətinin rəisi, 1993–1994-cü illərdə yolun maliyyə xidməti rəisinin müavini, 1994–1996-cı illərdə "Azərreyl" Səhmdar Cəmiyyətinin Baş direktorun 1-ci müavini, 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolu maliyyə və məlumat xidmətinin rəisi, 1996–2000-ci illərdə yolun maliyyə xidmətinin rəisi, 2000–2003-cü illərdə yolun "Tarif və nəqliyyatservis" xidmətinin rəisi, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Maliyyə və kredit departamentinin rəisi vəzifələrində çalışmışdır.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun qardaşıdır.[1]
İctimai-siyasi fəaliyyəti
Arif Əsgərov 2004–2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009–2015-ci illərdə isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat nazirinin müavini təyin edilmişdir.
İstinadlar
- "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.