Arif Əsədov

Arif Gülağa oğlu Əsədov (18 avqust, 1970, Bakı[1], Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu, müdafiəçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvüdür.

Arif Əsədov
Ümumi məlumatlar
Tam adı Arif Gülağa oğlu Asadov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Boyu 177
Mövqeyi Müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1985—1993 SSRİ Azərbaycan Neftçi (Bakı) 176 (4)
1994 Rusiya Spartak (Vladiqafqaz) 20 (1)
1995—1997 Azərbaycan Neftçi (Bakı) 48 (1)
1997—1998 Azərbaycan Dinamo (Bakı) 10 (0)
1998 Rusiya Tümen 25 (0)
1999 Rusiya Anji 7 (0)
1999—2000 Azərbaycan Qarabağ 18 (0)
2000—2002 Azərbaycan Neftçi (Bakı) 34 (0)
2003—2004 Azərbaycan Qarabağ-Azərsun 18 (2)
2004 Azərbaycan Xəzər Lənkəran 15 (0)
2005 Azərbaycan Gəncə 4 (0)
Milli yığma[* 2]
 ? SSRİ SSRİ (gənclər)  ? (?)
1993—2002 Azərbaycan Azərbaycan 43 (0)
Məşqçisi olduğu klublar
2007 Azərbaycan Azərbaycan (19 yaşlılar)
2010—2011 Azərbaycan Neftçi (Bakı)
2012—2014 Azərbaycan Azərbaycan (19 yaşlılar)
2014—2015 Azərbaycan Neftçi (Bakı)
2017—2018 Azərbaycan Sabah

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Bioqrafiya

"Neftçi" yetirməsi olan futbolçu klubun 15 yaşlılardan ibarət komandasında oynamışdır. Bir müddət sonra isə SSRİ gənclərdən ibarət yığmasına dəvət almışdır. Bu yığma ilə gənclər arasında dünya və avropa çempionu olur.

1988-ci ildə "Neftçi"nin tərkibində SSRİ futbol çempionatının yüksək liqasında debüt edib.

1989 - 1991-ci illərdə SSRİ 1-ci liqasında oynamışdır. 1992-ci ildə isə Azərbaycan Yüksək Liqasında oynamışdır.

1994-cü ildə Vladiqafqazın "Spartak" klubuna keçir və həmin klubda 20 oyunda 1 qol vurub. Çempionatın sonlarına yaxın "Neftçi" klubuna qayıdır.

1998-ci ildə isə yenidən Rusiya yüksək liqasına qayıdır və Tümen klubunda çıxış edir. 1999-cu ildə isə Anji klubunda 1-ci liqada oynayır.

1999-cu ildə yenidən Azərbaycana qayıdan futbolçu 1 mövsümü Ağdamın "Qarabağ" klubunda, 2 mövsümü isə "Neftçi"də keçirir.

2003/04 mövsümündə "Qarabağ"la çempionatın bürünc medalını əldə edir. 2004/05 mövsümünün əvvəlini "Xəzər Lənkəran, sonradan isə "Gəncə" klubunda keçirir.

2005/06 mövsümün əvvəlində futbolçu karyerasını bitirərək məşqçilik fəaliyyətinə başlayır.

2006—2007-ci illərdə Azərbaycan U-19 yığmasına[2] məşqçilik etmişdir.

2008/09 mövsümündə "Neftçi"nin əvəzedicilərinin məşqçisi olur və həmin mövsüm əvəzedicilər arasında "Neftçi" çempion olur. 2009-cu ilin mayından isə Böyükağa Ağayevin əsas köməkçilərindən birinə çevrilir[3].

2010-cu ilin fevralında "Neftçi"nin baş məşqçisi olur. Bu zaman 2010/2011[4] mövsümünün qalibi olur. 2011-ci ilin iyul ayında Çempionlar Liqasının təsnifat mərhələsindəki uğursuzluq səbəbindən istefa verir[5].

5 noyabr tarixindən etibarən isə Azərbaycan U-19 milisininin baş məşqçisi olmuşdur. Bu postda Vəli Qasımovu əvəzləmişdir[6].

Nailiyyətləri

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.