Arif Əliyev

Əliyev Arif Aslan oğlu (31 avqust 1960, Qazax) — jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis.

Arif Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1960(1960-08-31) (63 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist

Həyatı

Arif Əliyev 31 avqust 1960-cı ildə anadan olmuşdur.

  • 1983 — Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur;
  • 1996–2005 — ABŞ-də, İngiltərədə, Niderlandda, Almaniyada, Fransada bacarıqları yaxşılaşdırmaq üçün xüsusi seminarlar və proqramlar hazırlamışdır;
  • 1983–1986 — Azərinformun xüsusi müxbiri;
  • 1986–1988 — "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri;
  • 1989–1991 — "Azadlıq"ın baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru;
  • 1991–1992 – "TURAN"ın məlumat-nəşriyyat müəssisənin baş müdiri;
  • 1992–1993 – Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi;
  • 1994–1995 – Xəzər Universitetinin müəllimi;
  • 1995 – "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri;
  • 1998 – Bakı Mətbuat Klubunun prezidenti;
  • 2005 – "Gün" qəzeti idarə heyətinin sədri;
  • Bakı Mətbuat Klubunun və Azərbaycan Mətbuat Sovetinin yaradılması üzrə layihənin müəllifidir.

"Media açarı" Jurnalist mükafatının təsisçisidir. Qəzet və jurnallarda 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır.

2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin iştirakçılarından biridir.

Filmoqrafiya

İstinadlar

  1. Əsgərlər unudulanda ölürlər Arxivləşdirilib 2020-05-07 at the Wayback Machine. azertag.az, 11.10.2018  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.