Arif Şəkərəliyev
Arif Şəkərəli oğlu Şəkərəliyev (21 oktyabr 1949; Zəngəzur, Qafan rayonu) — Azərbaycan Respublikasının əməkdar elm xadimi,[1] Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət və gömrük işi” kafedrasının müdiri,[2] Beynəlxalq Menecment Akademiyasının üzvü, Şöhrət ordeni laureatı,[3] iqtisad elmləri doktoru, professor.100 nəfərdən çox aspirant və dissertanta elmi rəhbər olmuşamvə onlar müdafiə ediblər.4nəfər İqtisad Elmləri doktoru hazırlamışam.Hazırda 300-dən çox elmi məqaləm çap edilib.Bu düzəlişlərin nəzərə alınmasını xahiş edirəm
Arif Şəkərəliyev | |
---|---|
Arif Şəkərəli oğlu Şəkərəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Zəngəzur, Qafan rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | ADİU |
Təhsili |
D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutu Bakı Dövlət Universiteti Leninqrad Maliyyə-İqtisad Universiteti |
Mükafatları |
Həyatı
Şəkərəliyev Arif Şəkərəli oğlu 1949-cu ildə Ermənistan SSR-nin Qafan rayonunda müəllim ailəsində anadan olmuşdur.
1966-cı ildə Bakı Plan-uçot Texmikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ilində D.Bünyadzadə adına Xalq Təsərrüfası İnstitunun “Sənaye iqtisadiyyatı” fakültəsini fərqlənmə diploma ilə bitirmişdir. 1976-ci ildə namizədlik dissertasiyasını və 1991-ci ildə Leninqrad Maliyyə-İqtisad universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-ci ildən professordur.
2000-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi İşlər üzrə Prorektoru vəzifəsini yerinə yetirmişdir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür.
Dövrü olaraq mətbuatda çıxışlarına, Azərbaycan dövlətinin reallıqlarını təbliğ etdiyinə görə 2002-ci ildə "Azərbaycan Bayrağı" mükafatına, 2003-cü ildə isə “Qızıl Qələm” mükafatına layiq görülüb.
2001-ci ildən “Gömrük işinin təşkili” kafedrasının müdiri vəzifəsini yerinə yetirir. Müxtəlif vaxtlarda universitetin böyük elmi və ixtisaslaşdırılmış müdafiə şurasının sədri və üzvü olub.
2004-cü ildə Beynəlxalq Menecment Akademiyasına üzv seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
250-dən çox elmi məqalənin, 60-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiyaların və 500-dən çox qəzet materiallarının müəllifidir. 20-dən çox elmlər namizədi və elmlər doktorunun dissertasiya işlərinə rəhbərlik etmişdir.
Ailəlidir. Dörd övladı var.
Elmi fəaliyyət
O 100 nəfərdən çox aspirant və dissertanta elmi rəhbər olmuşdur. 4 nəfər iqtisad elmləri doktoru hazırlamışdır.
Rəhbərliyi altında Elmlər doktoru və Elmlər namizədi dissertasiyası müdafiə etmiş şəxslərin siyahısı
1 | Əbdürrəhmanova Sədaqət | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2001 |
2 | Məmmədov Mahmud | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2002 |
3 | Məmmədli Mübariz | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2003 |
4 | Rəhimova Şəhla | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2003 |
5 | Mahmudov Mirənvər | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2004 |
6 | Qəhrəmanov Vüqar | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2004 |
7 | Kazımov Mirəli | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2004 |
8 | Abdullayev Loğman | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2005 |
9 | Quliyeva Nərmin | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2005 |
10 | Vəliyev Etibar | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2005 |
11 | Qurbanzadə Azər | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2006 |
12 | Agarzayev Azər | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2006 |
13 | Novruzova Bilqeys | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2006 |
14 | Həsənova Afidə | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2007 |
15 | Həsənov Vaqif | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2008 |
16 | Tağıyeva Mehriban | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2010 |
17 | Rüstəmov Famil | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2010 |
18 | Məhərrəmov Amil | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” doktorluq 2010 |
19 | Sultanov Cəmil | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2010 |
20 | Qəzənfərov Elçin | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2010 |
21 | Köçərli Anar | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2011 |
22 | Xasıyeva Leyla | 08.00.05 | “Xalq təsərrüfatının iqtisadiyyatı və təşkili” 2012 |
Rəsmi opponent olduğu doktorluq və namizədlik dissertasiyalarının siyahısı
1 | Əlibəyov İnqilab | 08.00.01 | “İqtisadi nəzəriyyə” doktorluq 2003 |
2 | Şirəliyev Asif | 08.00.05 | “Xalq təs-nın iqtisadiyyatı və idarə edilməsi” doktorluq 2004 |
3 | Mikayılova Sevda | 08.00.01 | “İqtisadi nəzəriyyə” doktorluq 2010 |
4 | Əliyev Ümidvar | 08.00.01 | “İqtisadi nəzəriyyə” 1985 |
5 | Hacıyev Səfər | 08.00.01 | “İqtisadi nəzəriyyə” 1987 |
6 | Mustafayev Famil | 08.00.01 | “İqtisadi nəzəriyyə” 1999 |
7 | Novruzov Qoşqar | 08.00.05 | “Xalq təs-nın iqtisadiyyatı və idarə edilməsi” 2004 |
8 | Rəbbəli Fərhadi | 08.00.14 | “Dünya iqtisadiyyatı” 2005 |
9 | Mirzəyev Mirzə | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2007 |
10 | Əmiraslanova Nuridə | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2008 |
11 | Xanlarzadə Samir | 08.00.01 | “İqtisadi nəzəriyyə” 2008 |
12 | Abışlı Laçın | 08.00.05 | “Xalq təs-nın iqtisadiyyatı və idarə edilməsi” 2010 |
13 | Qaraxanov Natiq | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2012 |
14 | Mikayılov İmran | 08.00.10 | “Maliyyə-pul tədavülü və kredit” 2012 |
Əsərləri
Arif Şəkərəliyev 300-dən çox elmi məqalənin, 60-a yaxın dərslik, dərs vəsaiti, monoqrafiyaların və 500-dən çox qəzet materiallarının müəllifidir.
Seçilmiş kitabları
- “Ümumilli Lider Heyder Əliyev: amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan ulu öndər” (2007)
- “Xidmət sahəsi: social-iqtisadi problemlər” (1990), “Bazarın mahiyyəti və quruluşu” (1992), “Bazar iqtisadiyyatı şəraitindəxidmət sahələrinin inkişafı” (1993)
- “Beynəlxalq valyuta sistemi və valyuta məzənnəsi” (1993)
- “Dünya təsərrüfatının formalaşması və beynəlxalq bazarın təşkili” (1994)
- “İqtisadi nəzəriyyə” (1995), (2000)
- “Azərbaycan iqtisadiyyatı” (1996)
- “Biznesin əsasları” (1996)
- “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər” (1999)
- “İqtisadi təlimlər tarixi” (2000)
- “Keçid iqtisadiyyatı və dövlət” (2000)
- “Azərbaycan gömrük tarixi” (2001)
- “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti” (2001)
- “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri” (2003)
- “Gömrük ekspertizası” (2003)
- “Gömrük işinin təşkili və idarə edilməsi” (2003)
- “Nobel mükafatı almış iqtisadiyyatçılar və onların nəzəriyyələri” (2004)
- “Daşınmaz əmlakın iqtisadiyyatı” (2004)
- “Sahibkarlıq fəaliyyətinin təşkili” (2006)
- “Xarici iqtisadi fəaliyyətin gömrük-tərif tənzimlənməsi” (2006)
- “Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər” (2009)
- “Dövlətin iqtisadi siyasəti: dayanıqlı və davamlı inkişafın təntənəsi” (2011. azərbaycan İqtisadiyyatı:reallıqlar və perspektivlər.Bakı 2016,532 səh.
İstinadlar
- "Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
- ""Ticarət və gömrük işinin təşkili" kafedrasının müdiri prof. Şəkərəliyev Arif Şəkərəli oğlu". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
- "İqtisad Universitetinin əməkdaşları təltif edilib". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.