Argillit
Argillit ( q.yun. ἄργιλλος - gil və λίθος daş) - bərkimiş və daşlaşmış gilli çökmə süxur. Diagenez və katagenez mərhələlərində gilin sıxılması və susuzlaşması nəticəsində əmələ gəlir. Gildən bərk olması, suda islanmaması və s. xüsusiyyətləri ilə fərqlənir. Adətən, tünd rənglərdə olur.
Argillit | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Argillit qırışıqlıq sahələri üçün xarakterikdir. Platformaların dərin çökəkliklərində (avlakogenlərdə) təsadüf edilir. Sement, keramzit istehsalı üçün xammaldır. Hidrargillit qatışıqlı kaolin argillitlərindən odadavamlı material kimi istifadə olunur.
İstinadlar
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.