Arduşlu
Arduşlu (əvvəlki adı: Ardıclı) — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılmışdır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Arduşlu | |
---|---|
39°44′20″ şm. e. 46°20′55″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Oykonim "ardıc ağacı çox olan yer", "ardıc bitən yer" deməkdir.[2]
Coğrafiyası və iqlimi
Kənd Piçənis çayının sahilində, Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzində təxminən 58 km şimal-qəbdə yerləşir.
Əhalisi
2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 564 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Şəhidləri
- Xıdır Sədrəddin oğul Cabarov (1969-1992)
- Söhrab Əsgərov (1972-1994)
- Əzim Zahid oğlu Qasımov (1970-1993)
- Seyefəli Ədil oğlu Qədirov (1933-1992)
- İdris Həmizə oğlu Alməmmədov (1933-1992)
- Mahirə Fərhad qızı Alməmmədova (1991-1992)
- Fariz Ədalət oğlu Alməmmədov (1991-1992)
- Azad Pirqulu oğlu Cabbarov (1965-1992)
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza mövcud olub.
Mədəniyyəti
Kənddə klub, kitabxana və s. sosial obyektlər olub.
Təhsil
Kənddə orta məktəb fəaliyyət göstərib.
İstinadlar
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
- Arduşlu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.