Ardon rayonu
Ardon rayonu (oset. Æрыдоны район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ardon şəhəridir.
Ardon rayonu | |
---|---|
49° şm. e. 49° ş. u. |
|
Ölkə | |
İnzibati mərkəz | Ardon |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 419 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Ardon rayonu respublikanın mərkəzi hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Rayonun sahəsi - 377.08 km².
Respublikanın aşağıdakı rayonları ilə həmsərhəddir: cənub-şərqdə Priqorodnı, cənubda Alagirski, qərbdə Digor, şimal-qərbdə Kirov, şərqdə isə Pravoberejnı.
Rusiya Federasiyasının və ya xarici dövlətlərin subyektləri ilə sərhədləri olmayan respublikanın yeganə daxili rayonudur.
Rayondan axan ən əhəmiyyətli çaylar: Ardon, Fiaqdon, Terek, Suadaqdon, Saudon, Dur-Dur və s.
Əhali
- Urbanizasiya
Şəhər şəraitində rayon əhalisinin 60,88 % yaşayır.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[3]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
osetinlər | 25 596 | 83,4 % |
ruslar | 3 961 | 12,9 % |
ermənilər | 325 | 1,1 % |
digərləri | 803 | 2,6 % |
Təhsil
11 orta məktəb;
18 məktəbəqədər müəssisə;
2 əlavə təhsil məktəbi;
3 orta ixtisas təhsili müəssisəsi.
Mədəniyyət
Şəhər Mədəniyyət Evi;
N. M. Salamov adına Mədəniyyət Sarayı (Ardon);
V. Txapsaev adlna Ardon Tarix, Mədəniyyət Muzeyi;
Ardon Xalq Təhsili Muzeyi;
2 Xalq teatrı (Ardon və Kadqaron);
Ardon rayon mədəniyyət və istirahət parkı;
Mədəniyyət evi (7 kənd yaşayış məntəqəsində).
- Kitabxanalar
Təhsil informasiya mənbələrinin kitabxanası;
Şəhər kitabxanası;
Mərkəzi rayon kitabxanası;
Rayon Uşaq Kitabxanası;
Kənd kitabxanaları
Din
- Pravoslavlıq
Müqəddəs Qeorqi Pobedanos kilsəsi - Ardon şəhərində 19-cu əsrdə inşa edilmişdir. Zəng qülləsi olan böyük tək bir bina;
Müqəddəs Panteleimon kilsəsi - Ardon şəhəri;
Müqəddəs Mikayıl Arxangel kilsəsi - Kadqaron kəndi;
Xüsusi Qorunan təbiət əraziləri
- «Bekan sərhədi» təbiət abidəsi[4].
İqtisadiyyat
Rayonda 1 avtonəqliyyat, 38 sənaye və 11 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.
Kənd təsərrüfatı Ardon ovçuluq təsərrüfatının ərazisində qırqovul üçün 3 yem bazası təşkil edilmidir. Bölgədə qızılbalıq qızılbalıq yetişdirən Ardon Qızıl Balıq Təsərrüfatı fəaliyyət göstərir.
İnzibati-ərazi vahidliyi
Ardon rayonunun tərkibinə daxil olan 11 kənd və 1 şəhər yaşayış məntəqəsi 9 inzibati vahidlikdə birləşir:
Ardon şəhər məntəqəsi - Ardon
Kadqaron kənd sovetliyi - Kadqaron
Kirov kənd sovetliyi - Kirov
Kosta kənd sovetliyi - Kosta
Krasnoqor kənd sovetliyi - Krasnoqor
Miçurino kənd sovetliyi - Miçurino
Nartskoe kənd sovetliyi - Nartskoe
Rasvet kənd sovetliyi - Rassvet
Fiaqdon kənd sovetliyi - Fiaqdon
Mənbə
- Официальный сайт Ардонского муниципального района Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine
İstinadlar
- GEOnet Names Server. 2018.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- "Том 4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- "О памятниках природы Республики Северная Осетия-Алания" (PDF). 2013-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-16.