Ardanış yarımadası

Ardanış yarımadasıQərbi Azərbaycan ərazisində (İndiki Ermənistan), Göyçə gölünün şərqində (mərkəz hissədə) yerləşir. Tarixi Göyçə mahalıQaraqoyunlu mahalı kimi mahalların Çəmbərək rayonu ərazisinə daxil idi. Yarımada boyunca dağ silsiləsi uzanır və onun şərqində körfəz, qərb qutaracağında isə burun yerləşir. Yarımadanın sahəsi 25 km² təşkil edir.[1]

Ardanış yarımadası
Ümumi məlumatlar
Sahəsi 25 km²
Yerləşməsi
40°31′02″ şm. e. 45°18′07″ ş. u.
Akvatoriya Göyçə gölü
Ölkə  Ermənistan
Ardanış yarımadası xəritədə
Ardanış yarımadası
Ardanış yarımadası

Flora və faunası

Yarımada hal-hazırda Sevan milli parının ərazisinə daxildir. Ümumilikdə yarımadanı bu baxımında uç yerə bölmək olar:

  • Sahilyanı (meşələr əsasən şam ağacı, ərik kimi ağaclar və bir sıra giləmeyvə kollarından təşkil olunub)
  • Orta hündürlük bölgəsi (20–100 m) (ardıcqızılgül).
  • Alp bölgəsi (100 m yüksək ərazi) (əsasən alp çəmənlikləri yayılmışdır.

Yarımadada boz qaz, ağqanad turpan, qırmızıbaş qaraördək, ağqanad ördək, ala ördək, çöl ördəyi, qu quşu, adi qaşqaldaq, Ermənistan qağayısı, böyük qarabatdaq, kiçik qarabatdaq, ibisflaminqo kimi quşları qarşılayır. Burada ümumilikdə 250 növ quşa rast gəlinir.

İstinadlar

  1. "Wikimapia - Let's describe the whole world!". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.