Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir.
Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir.
Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600 m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.[1]
Həmçinin bax
- Fiziki-coğrafi rayonlaşdırma
İstinadlar
- Azərbaycan Respublikası Konstruktiv Coğrafiyası. Bakı –Elm — 1996, I cild