Araz SES
Araz SES (tam adı: Araz Su Elektrik Stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su elektrik stansiyası. Araz SES-in inşasına 1964 cü ildə başlanılmış və 1970 ci ildə bitirilmiş 1971 ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Araz SES | ||
---|---|---|
Araz Su Elektrik Stansiyası | ||
![]() Araz su anbarı üzərində SES | ||
Ümumi məlumatlar | ||
Çay | Araz | |
Sahibi | Azərenerji ASC | |
Status | İşlək | |
Tikilmə tarixi | 1964—1970 | |
İstismara verilib | 1971 | |
İstismarçı | Azərenerji ASC | |
Əsas xüsusiyyətləri | ||
İllik elektroenerji istehsalı | 148 mln. kVt⋅s | |
Elektrik enerjisi gücü | 22 MVt | |
Avadanlıq xüsusiyyətləri | ||
Turbin tipi | Hidroaqreqat | |
Turbin sayı | 4x11 MVt | |
Əsas qurğular | ||
Bənd tipi | Torpaq | |
Bəndin hündürlüyü | 40 m | |
Bəndin eni | 900 m | |
Yerləşməsi | ||
39°11′06″ şm. e. 45°18′07″ ş. u. | ||
Ölkə |
![]() |
|
Region | ||
Rayon | ||
|
||
Araz SES |
||
![]() |
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.