Araz Elsəs

Araz Elsəs — azərbaycanlı ozan.

Araz Elsəs
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Sulduz, Qərbi Azərbaycan ostanı, İran İran
Vətəndaşlığı Norveç Norveç
Musiqiçi məlumatları
Fəaliyyəti incəsənət xadimi

Həyatı

Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. O, gənc yaşlarından doğma yurdunu doğma dildə oxşamağa başlayır. Sazı və sözü ilə illərin yuxusuna batmış ulusunu oyanmağa səsləyir.

Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb[1].

İstinadlar

  1. "Araz Elsəs Amsterdam və İzmirdə konsertlər verəcək". 2015-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-14.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.