Araz Budaqov

Araz Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 27 may 2021) — terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri.

Araz Budaqov
Budaqov Araz Məhəmməd oğlu
Doğum tarixi
Doğum yeri Umudlu, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Surra, Sabirabad rayonu, Azərbaycan
Vəfat səbəbi ürək çatışmazlığı, həkim səhvi
Dəfn yeri Axısxa kənd qəbirstanlığı, Axısxa, Sabirabad rayonu, Azərbaycan
Vətəndaşlığı

SSRİ SSRİ

Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Əliyeva Şəlalə Ərəstun qızı
Uşaqları Əzimova Günay, Həsənova Güney, Əhmədova Günəş, Abasova Günel, Budaqov Məhəmməd
Atası Budaqov Məhəmməd İsmayıl oğlu
Anası Hüseynova Ceyran Ağa qızı
Elm sahəsi tibb
İş yerləri Yolçubəyli kənd xəstəxanası, Qaratəpə kənd xəstəxanası, Ulacalı kənd xəstəxanası, Axısxa (Qaralı) kənd sahə xəstəxanası, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsi
Təhsili Azərbaycan Tibb Universiteti
Üzvlüyü

SSRİ Tibb İşçiləri Həmkarlar İttifaqı

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Mükafatları 100 lenin ribЗнак «Отличнику Здравоохранения СССР»"SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti"nin 50 illiyinə (1923-1973) həsr olunmuş ordenПобедитель социалистического соревнования 1973 года (знак)"Sosialist Yarışının Qalibi" medalı (1976)"Sosialist Yarışının Qalibi" medalı (1978)
araz.mehemmed.com

Həyatı

Ailəsi

Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir.[1] Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur.[2]

1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir.[3] Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər.[4] Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır.

Vəfatı

Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində dünyasını dəyişmişdir. May ayının 28-də isə rayonun Axısxa kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölüm səbəbi isə ürək çatışmazlığıhəkim səhvləri olmuşdur.

Vəfatından sonra yerli əhali və yaxınları Araz Budaqovun illərlə işlədiyi Axısxa kənd sahə xəstəxanasına onun adının verilməsi ilə bağlı məsələ qaldırmış və bu qərarın lehinə minlərlə imza toplanaraq müxtəlif qurumlara təqdim edilmişdir.

Təhsili

1956-cı ildə Ağdam rayonunun Güllücə kənd orta məktəbini bitirmişdir. Onun dediklərinə görə, məktəb illərindən eyni vaxtda həmin məktəbdə təhsil alan xanəndə Qədir Rüstəmovla dostluqları formalaşmışdı. Araz Budaqov orta məktəbi qurtaran ildə də Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.[5]

Tibb fəaliyyəti

1962-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təyinatla Sabirabada gəlmişdir. Əvvəlcə, rayonun Yolçubəyli, QaratəpəUlacalı kənd xəstəxanalarında baş həkim kimi fəaliyyət göstərmişdir.[5] O, həmçinin təcili yardım stansiyasında da həkim kimi fəaliyyət göstərmişdir.[1] 1963-cü ildə Axısxa kəndinə həmin il açılmış kənd sahə xəstəxanasına (əvvəlki Qaralı kənd xəstəxanası) baş həkim vəzifəsinə təyin olunur və 2011-ci ildə isə oradan təqaüdə ayrılmışdır.[6][7] Bundan əlavə, illərlə SabirabadŞirvan şəhərlərinin, həmçinin ətraf kəndlərin çoxsaylı tibb təhsili qurumlarında və səhiyyə ocaqlarında tələbələrə dərs demişdir. O, eyni zamanda Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri vəzifəsində (1977–1988) işləmişdir.

"Muğan" klinikasının açılışı (6 oktyabr 2005)[8]

6 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sabirabada səfərləri zamanı "Muğan" klinikasını istifadəyə vermişlər.[9][10] Açılış mərasiminə qonaq qismində Araz həkim də dəvət olunmuşdur.[11] Açılışdan sonra hazırlanmış xatirə kitabındakı təəssüratları:[12]

" Ölkə prezidentinin Sabirabad rayonuna səfəri artıq tarixi hadisə kimi xatırlanır. Sabirabadın sosial iqtisadi inkişafına göstərdiyi qayğıya görə biz cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Rayonumuzda son bir il yarımda həddindən artıq quruculuq, abadlıq işləri görülüb, küçələr, parklar, xiyabanlar yenidən qurulub, bir çox iş yerləri açılıb, park və xiyabanlar salınıb. Biz də bu quruculuq işlərinə qoşulmuşuq. İcra Hakimiyyəti başçısının rəhbərliyi altında hər bir rayon sakini bu xeyirxah işə qoşulub. Ulu öndərimizin ad günü ərəfəsində şəhərdə xüsusi canlanma var. Yaradılan hər bir yenilik ümummilli liderimizə töhfəmizdir. Mən kollektivimiz adından ölkə başçısı İlham Əliyevə göstərdiyi qayğıya görə təşəkkürümü bildirirəm və bəyan edirəm ki, biz onun siyasətini həmişə dəstəkləyəcəyik. "
Araz Budaqovun deputat seçkilərində iştirak afişası
Araz Budaqovun Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Deputatları Sovetinə deputat seçilməsi barədə təsdiqedici sənəd (17 mart 1969)

Deputatlıq fəaliyyəti

Araz Budaqov Azərbaycan SSR Sabirabad rayon sovetinin deputatı seçilmişdir. Həmçinin o, 17 mart 1969-cu ildə 14 №-li Axısxa seçki dairəsindən Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir.[13]

Uğur və mükafatları

İşlədiyi müddətdə dəfələrlə "Sosializm yarışının qalibi" döş nişanı, Azərbaycan SSR Səhiyyə Nazirliyinin, rayon partiya komitəsinin, "Bilik" Cəmiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir. SSRİ səhiyyə əlaçısıdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanını, Vladimir İliç Leninin anadan olmasının 100 illik yubiley medalı, həmçinin SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin medallarını və s. almışdır.[1]

Medal və ordenləri

  • "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — (7 aprel 1970)
  • "SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti"nin 50 illiyinə (1923–1973) həsr olunmuş orden — (23 may 1973)
  • "Sosialist Yarışının Qalibi" medalı (1973) — (27 fevral 1974)
  • "Sosialist Yarışının Qalibi" medalı (1976) — (2 avqust 1977)
  • "Sosialist Yarışının Qalibi" medalı (1978) — (23 may 1979)
  • "SSRİ Səhiyyə əlaçısı" döş inşanı (13 iyun 1983)

Fəxri fərman və diplomları

  • "SSRİ Qırmızı Xaç və Qızıl Aypara" Cəmiyyətinin fəxri fərmanı (29 dekabr 1971)
  • "Azərbaycan SSR Qırmızı Xaç və Qızıl Aypara" Cəmiyyətinin 50 illik yubileyi ilə bağlı fəxri fərmanı (29 iyun 1973)
  • Azərbaycan SSR Səhiyyə İşçiləri Həmkarlar İttifaqını Respublika Komitəsinin fəxri fərmanı (3 dekabr 1975)
  • Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı (21 sentyabr 1976)
  • "Bilik" Cəmiyyətinin təşəkkürnaməsi (3 fevral 1982)
  • "Bilik" Cəmiyyətinin təşəkkürnaməsi (28 avqust 1985)
  • Azərbaycan Kommunist Partiyası Sabirabad Rayon Komitəsinin fəxri fərmanı (1987)
  • "Bilik" Cəmiyyətinin təşəkkürnaməsi (8 fevral 1988)
  • Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı (17 iyun 2001)
  • "Azərbaycan və Avropa" Redaksiyasının təltifnaməsi (4 noyabr 2008)
  • Sabirabad Mərkəzi Rayon Xəstəxanasının fəxri fərmanı (31 dekabr 2008)
  • Sabirabad Mərkəzi Rayon Xəstəxanasının fəxri fərmanı (17 iyun)

Araz Budaqovla bağlı görülən işlər

Araz Budaqov haqqında mətbuatda bir çox məqalələr çıxmış, yaxınları və onu tanıyanlar xatirəsini əbədiləşdirmək üçün bir çox işlər görmüşdür:

  • "Təbliğatçı" jurnalının 31 may 1984-cü ildə çıxmış 5 nömrəli sayının üz qapağında Araz Budaqovun şəkli təsvir olunmuşdur;
  • "Muğan" qəzetinin 13 sentyabr 1990-cı ildə çapdan çıxmış 109 nömrəli sayında onun haqqında məqaləyə yer verilmişdir;
  • "Suqovuşan" qəzetinin 22 iyun 1995-ci ildə çap olunmuş 109 nömrəli sayında Surra kənd sakini Allahverdi Xəlilovun Araz Budaqov haqqında xatirə və düşüncələrindən ibarət məqaləsi dərc olunmuşdur;
  • "Suqovuşan" ictimai-siyasi qəzetinin 15 iyun 2004-cü il tarixində çıxarılmış № 12 (7023) sayında da Araz həkim haqqında məqalə yer almışdır;
  • "Muğan-Şirvan" qəzetinin 18 – 28 dekabr 2008-ci il sayında Araz Budaqovun 70 illik yubileyi ilə əlaqədar onu tanıyanların, yaxınlarının və qəzetin işçi kollektivinin təbrik məktubu çap olunmuşdur;
  • 2020-ci ilin oktyabr ayında II Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubu Xəzər TV-nin xəbərlər proqramında efirdə yayımlanmışdır;
  • Vəfatından 2 ay öncə, 12 mart 2021-ci il tarixində "Muğanın səsi" qəzetinin 7523-cü sayında jurnalist Elçin Nəsibin Araz Budaqovla olan müsahibəsi yer almışdır;
  • "Muğan Şirvan" qəzetinin 1 iyul 2021 tarixli sayında Araz Budaqovun vəfatı ilə bağlı məqalə çap olunmuş, məqalədə həkmin keçdiyi həyat yolundan və ölümünün yerli camaat və onu tanıyanlarda doğurduğu dərin kədərdən bəhs olunmuşdur;
  • Araz Budaqovun vəfatından sonra 2022-ci ilin mart ayında sabirabadlı ifaçılardan Məşədi Məhəmməd Sabirabadlı "Araz həkim" mahnısını yayımlamışdır;
  • Sabirabadlı jurnalist, "Muğan-Şirvan" qəzetinin baş redaktoru Elçin Nəsib "İllərin axarında" adlı kitabında Araz Budaqov barədə də yazmış, onun xatirələrinə və bioqrafiyasına yer vermişdir;
  • Elxanə Eminovanın müəllifi olduğu "Azəri yurdunun övladları" kitabında da Araz həkim haqqında yazmışdır.

Qalereya

Xarici keçidlər

İstinadlar

  1. "Muğan" qəzeti, № 109. 13 sentyabr 1990-cı il.
  2. "Suqovuşan" ictimai-siyasi qəzeti, № 12 (7023). 15 iyun 2004-cü il.
  3. "Suqovuşan" qəzeti, № 17 (6665). 22 iyun 1995-ci il.
  4. "Azərbaycanın ziyalı qadınları", I kitab. Alik Rzayev, "Müəllim" Nəşriyyatı, 2020.
  5. "Muğan Şirvan" qəzeti. 1 iyul 2021 tarixli sayı.
  6. "Muğanın səsi" qəzeti, № 17–18 (7523). 12 mart 2021-ci il.
  7. "Azəri yurdunun övladları". Elxanə Eminova.
  8. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabirabada səfərləri, sabirabad-ih.gov.az". 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  9. "Prezident İlham Əliyevin bölgələrə rəsmi səfərlərinin siyahısı, president.az". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  10. ""Muğan" klinikasının açılışı, azertag.az". 2021-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  11. "Sabirabad". Şərq-Qərb Nəşriyyatı, 9 sentyabr 2008-ci il.
  12. "Aktual". 10 may 2006.
  13. "İllərin axarında". Elçin Nəsib
  14. "Muğan-Şirvan" qəzeti, №19–20 (60). 18–28 dekabr 2008-ci il.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.