Araz Əliquliyev
Araz Əliquliyev (2 avqust 1962, Bakı) — tibb elmləri doktoru, professor.
Araz Əliquliyev | |
---|---|
Araz Ramiz oğlu Əliquliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Ramiz Əliquliyev[d] |
Elm sahələri | narkologiya, psixiatriya, menecment |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Respublika Narkoloji Dispanserinin baş həkimi |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Həyatı
Araz Ramiz oğlu Əliquliyev ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
Araz Əliquliyev 1985-ci ildə Respublika Narkoloji Dispanserinin baş həkimi təyin edilmişdir. 2000-ci ildə Baş narkoloq təyin edilmişdir. calışdığı dövurdə Qlobal fondun, BMT-in İnkişaf Proqramı, ÜST-ün layihələrin icracısı olmuşdur. Narkoloji xidmətin təkmilləşdirilməsi üçün qanunvericiliq təşəbüsləri ilə cixiş etmişdir. "narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" qanunların hazırlanmasında bilavasitə iştirak etmiş, Nazirlər Kabinetinin 30 yaxın qərar layihəsinin müəlifi olmuşdur. Narkotik istifadəciləri üçün yeni müalicə üsulların, zərərin azadılması proqramların Azərbaycanda tədbiq edilməsinin təşəbrıdır.
2007—2012-ci illər ərzində Vitaline özəl narkoloji klinikanın təsiscisi olmuş.
2008-ci ildə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşci Qrupunun Rəhbəri vəzifəsinə təyin edilmişdir. İlk olaraq beynalxalq standartlara uyğun narkotiklər üzrə Ölkə mərüzəsinin müalifidir. İlk olaraq Azərbaycan məktəblərində "Avropa şəhərlərinin asossiyasiyası narkotiklərə qarşı" epidemioloji tədqiqatlar layihəsinin rəhbəri olmuşdur.
2013—2014-cü illər ərzində Zabrat müalicə-diaqnostika mərkəzin baş həkimi vəzifəsində calışmışdır.
2014-cü ildə Milli Onkologiya Mərkəzinin baş həkim müavini vəzifəsinə təyin edilmişdir.
Axrıcı iş yeri HMH Baku MMC-də tibbi direktor vəzifəsində calışır.
Əmək fəaliyyəti ərzində çox saylı təkminləşdirmə kurslarında olmuş, xarici ölkələrdə təşkil edilmiş konfranslarda, seminarlarda, kongreslərdə iştirak etmişdir. ÜST-ün, BMT-in İnkişaf Proqramı, AB narkotklərin monitorinq Mərkəzinin layihələrində ekspert qismində fəaliyyət göstərmişdir.
2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Akademiyasında Strateji Araşdırmalar və Dövlətin müdafiəsinin idarə olunması rəhbər kadrlar rezervi Akademik kursları fərqlənmə ilə bitirmışdir.
2010-cu ildən Avropa Şurası Pompidu Qrupunun Azərbaycanda daimi nümayəndəsidir.
Bununla yanaşı qanunvericilik sahəsində Milli Məclisin və Nazirlər Kabinetin müvafiq qurumları ilə sıx əməkdaşlıq etmişdir.
1991-ci ildə tibb elmləri namizədi, 2005-ci ildə isə tibb elmləri doktoru elmi adı almışdır. Evlidir 3 uşağı var.
Ramiz Əliquliyevin oğludur.
Elmi fəaliyyəti
100-dən artıq elmi məqaləsi çap olunmuşdur.