Arava

Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. הערבה[1], ərəb. وادي عربة) — səhra və vadi İordaniyaİsrail ərazisində yerləşir.

Arava səhrası
ivr. הערבה; ərəb. وادي عربة
Suriya səhrası
Suriya səhrası
Ümumi məlumatlar
Uzunluğu
  • 166 km
Yerləşməsi
30°25′01″ şm. e. 35°09′05″ ş. u.
Ölkələr
Arava səhrası xəritədə
Arava səhrası
Arava səhrası
Aravasəhrası (Asiya)
Arava
səhrası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Arava vadisində qürub.
Arava

Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır.

Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir. Elə bu vaxt səhranı düzən səth quruluşu formalaşmışdır. Sonradan aridləşmə nəticəsində müasir səhranın quruluşu formalaşır. Mövsümü yağışlar nəticəsində yarananan çaylar səhranın sətkinə böyük dağıdıcı təsir edə bilməmişdir. Mərkəzi hissələrə yaxın ərazilərdə qumluqlar yayılmışdır. Bızi hissələrdə isə bərk suxurlarla çınqıl-qraneli səthdən ibarətdir.

Flora

Arava ekstraarid, quru və isti iqlimə sahibdir. Buna baxmayaraq bitkilər aləmi baxımından zəngindir. Halbuki onun yanınlığında yerləşən Neqeva, Sinay və ərəbistan səhraları bu baxımından geri qalır. Bitkilərin növ tərkibi baxımından səhranı müxtəlif bölgələrə bölünür. Burada Saxara-ərəbistan səhralarına xas Retama, Tamariks, Anastática hierochuńtica, az bir qism ərazilərdə kапperss, exium, İran-Turan səhralarına xas Saksaul, Toppuztikan kimi bitkilər yayılmışdır. Səhranın cənub hissələrində isə Sudan-Afrika bitkilərinə rast gəlinir: Dum palması, Kalatropis və Çətir akasiyası.

Bitkilər aləmi ərazi üzrə qeyri-müəyyən paylanmışdır. Dum palmasının təbii şəkildə bitdiyi ucqar nöqtədir. Acacia raddiana , A. tortilis əsasən şeben-qum suxurlarının yayıldığı ərazilərdə bitir.

Layihələr

İordaniya və İsrail hökumətləri arasında imzalanmış (26 oktyabr 1994) müqavilə iki ölkə arasında münasibətlərə nisbətən mülayimlik vermişdir. Bunda sonra iki ölkə Qırmızı dənizin suyunu Ölü dənizə çatdırmaq məqsədi ilə kanal çəkilməsinə razılıq vermişlər.

Yaşayış məntəqələri

2004-cü ilə olan məlumata əsasən səhranın İordaniya hissəsində səkkiz yaşayış məntəqəsi yerləşir[2] aşağıdakılardan ibarətdir: Al-S'eediyeen (السعيديين), (الإحيوات), Al-Ammareen Al-Ihewat ( العمارين), Al-Rashaideh (الرشايدة) və Al-Azazmeh (العزازمة), eləcə də əl-Oseifat (العصيفات), Al-Rawajfeh (الرواجفة), Al-Manaja'h (المناجعة) və Al-Marzaqa (المرزقة). Bölgədə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə və İordaniyanın hərbi hissələrində qulluq etməklə məşğul olurlar.

İsraildə isə əhalinin böyük hissəsi Eliat şəhərində yaşayır.

Səhradan İordaniyaİsrail dövlət sərhədi keçir.

İstinadlar

  1. עֲרָבָה // אנציקלופדיה מפה (Hebrew). 6. Tel Aviv: Mapa. 2000. 107–110. השם קדום (דברים א 1 ועוד) ומשמעו אזור שומם ויבש
  2. Jordan Department of Statistics. 2004

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.