Araukariyakimilər

Araukariyakimilər (lat. Araucariaceae) i̇ynəyarpaqlılar dəstəsinə aid çılpaqtoxumlu bitki fəsiləsi. Həmişəyaşıl ağaclardır. Hündürlüyü 70 m-ədək, gövdəsinin diam. 3 m-ədəkdir. Yarpaqları (iynələri), əsasən, xətvarı, yaxud enlidir; tək-tək iri qozaları olur. Dişi qozalarda toxum pulcuqları tamamilə və ya qismən ötürücü pulcuqlara bitişmişdir.Toxum pulcuğunun üst tərəfində bir ədəd yeməli toxum inkişaf edir. Digər iynəyarpaqlılardan fərqli olaraq Araukariyakimilərin tozcuqları toxum başlanğıcına deyil, dişi qozanın pulcuq qoltuğuna düşür və burada başlanğıcına doğru hərəkətsiz spermilər çatdıran tozcuq borusu kimi inkişaf edir. İki müasir cinsi var: aqatis və araukariya. Araukariya meşələri oduncaq, həmçinin yüksək keyfiyyətli qatran almaq üçün əsas mənbədir.İynəyarpaqlı bitkilərin qədim fəsiləsindən olan Araukariyakimilər Yura dövründə meydana gəlmişdir.[3]

Araukariyakimilər
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Gymnosperms
Şöbə:
Pinophyta
Yarımsinif:
Fəsilə:
Araukariyakimilər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18049
NCBI  25664
EOL  4067
FW  54789

Cinsləri

Şəkillər

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.