Aratika
Aratika (fr. Aratica) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakarava atolundan 47 km şimalda, Kauehidən isə 35 km şimal-şərqdə yerləşir.
Aratika adası | |
---|---|
fr. Aratica | |
Ümumi məlumatlar | |
Sahəsi | 8,3 km² |
Əhalisi | 225 nəfər (2017-ci il) |
Yerləşməsi | |
15°30′ c. e. 145°30′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Atollun sahəsi 8,2 km²-dir. Daxilində böyük laqun vardır. Atollun şimal və cənubundan laqun okeanla kiçik boğazla birləşir.
İnzibati bölgüsü
İnzibati baxımından Fakarava kommunasına daxildir.
Əhali
2017-ci il məlumatına görə adada 225 nəfər yaşayır[1]. Paparava əsas yaşayış məntəqəsidir. Adada uçuş-eniş zolağı var.
İstinadlar
- "Répartition de la population en Polynésie française en 2017" (PDF). 2018-04-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-08.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.