Ararat Mirzoyan

Ararat Samveloviç Mirzoyan (23 noyabr 1979, İrəvan) — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi.

Ararat Mirzoyan
erm. Արարատ Սամվելի Միրզոյան
Ermənistanın xarici işlər naziri[d]
Vəzifədədir
19 avqust 2021-ciildən
Ermənistan Baş nazirinin müavini[d]
11 may 2018 12 yanvar 2019
ƏvvəlkiKaren Karapetyan
Ermənistan Milli Məclisinin sədri[d]
14 yanvar 2019 2 avqust 2021
SonrakıAlen Simonyan
Şəxsi məlumatlar
Doğum tarixi 23 noyabr 1979(1979-11-23) (44 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti tarixçi, siyasətçi
Uşağı 2
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib. 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının aspiranturasını bitirərək tarix elmləri namizədi olmuşdur. Təhsili ilə paralel olaraq Ermənistan Milli Elmlər Akademiyasının Erməni Soyqırımı Muzey-İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.

2018–2019-cu illərdə Ermənistan baş nazirinin birinci müavini, 2019-cu il yanvarın 14-dən isə Ermənistan Milli Assambleyasının sədri vəzifəsində çalışmışdır.

2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan Milli Assambleyasının binası yaxınlığında Azərbaycanla üçtərəfli müqavilənin bağlanmasına etiraz edən nümayişçilər Mirzoyanı avtomobilindən çıxarıb və döyüblər.[1][2]

2021-ci il avqustun 19-da Ermənistan Respublikasının xarici işlər naziri təyin edilmişdir.[3]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.