Araqorn
Araqorn (ing. Aragorn) — Con Tolkinin əsərlərində uydurma Orta Dünyada yaşayan ədəbi protaqonist personajlardan biri.
Araqorn | |
---|---|
Yaradan | Con Tolkin |
Əsər | Üzüklərin hökmdarı |
İlk görünmə | Üzüklərin hökmdarı, Üzük Qardaşlığı |
Canlandıran | Viqqo Mortensen |
Məlumat | |
Tam adı | II Araqorn Elessar Telcontar |
Ləqəbləri |
Elessar ("Elfdaşı") Telcontar ("Yolçu") Thorongil ("Ulduzlar Qartalı") Estel ("Ümid") Wingfoot ("Qanadlı ayaq") |
Növü | insan |
Cinsi | kişi |
Doğum tarixi | III Eranın 01 Mart 2931-ci ili |
Vətəndaşlığı | Qondor Ölkəsi və Arnor Birləşmiş Krallığı |
Peşəsi | qılıncoynadan[d], hərbi lider[d] |
Silahı | Andúril (qılınc) |
Döyüşdəki mövqeyi | piyada |
Tanınır | sərkərdə kimi |
Ailəsi | |
Atası | Dunedain II Aratorn |
Anası | Gilraen |
Həyat yoldaşı | Arven |
Uşaqları | Eldarion, və iki qız |
Yaxın qohumu | Babası: İsildur |
Vikianbarda əlaqəli mediafayllar |
Araqorn Şimal atlısıdır. Əsərdə ilk olaraq Bridə Uzun Ayaq kimi tanınır və hobbitlər onu belə çağırırlar. Özü bunu gizlətsə də daha sonra ulu babası İsildurun varisi olduğu aşkarlanır. Əsərin digər qəhrəmanı Qandalf ona çox güvənir, Tək üzüyün və Qaranlıq hökmüdarı Sauronun məhv edilməsində adı çəkilən əsas qəhrəmanlardandır. Araqorn 4 hobbiti Bridən Rivendela qədər 9 nazquldan mühafizə edərək gətirir. Moriya dağlarında Qandalfın balroq ilə döyüşündən sonra Üzük Qardaşlığına rəhbərlik edir. Helm Dərəsi uğrunda döyüşündə Rohan tərəfinin qalib gəlməsində Araqornun əsas rolu vardır. Son döyüş, Minas Tiritin qorunmasında əsas qəhrəmandır. Frodo və Semin Mordora daxil olması üçün Qara Qapılara hücum təklifini Araqorn verir və hücum üçün israrlı olur. Əsərin sonlarında Qondor və Arnor Birləşmiş Krallığının kralı olur.
Əsərdəki görünüşü
Tarixi
Araqorn Üçüncü Eranın 01 mart 2931-ci ildə doğulub. İnsan irqindən olan Dunedain II Aratorn və Gilraenın oğludur.