Araqonlu Yekaterina

Araqonlu Ketrin (isp. Catalina de Aragón y Castilla) (16 dekabr 1485[1][2][…], Alkala-de-Enares[d]7 yanvar 1536[1][2][…] və ya 1536[3], Kimbolton[d], Kembricşir qraflığı[d]) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi.

Araqonlu Yekaterina
isp. Catalina de Aragón
araq. Catarina d'Aragón
Şəxsi məlumatlar
Doğum adı Catalina de Aragon y Castilla
Doğum tarixi 16 dekabr 1485(1485-12-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 yanvar 1536[1][2][…] (50 yaşında) və ya 1536[3]
Vəfat yeri
Sülalə Trastamar sülaləsi, Tüdorlar
Atası II Ferdinand[4]
Anası Kastilyalı İzabella[4]
Həyat yoldaşları
Uşaqları

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araqon kralı II FerdinandKastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu.[5] Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.[6]

Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nikahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı. Papa VII Klement isə bu nikahı pozmaqdan imtina etdi. Bunun ardından dini məsələlər üzrə aliliyini elan edərək papanı tanımaqdan imtina etdi. 1533-cü ildə onların nikahı ləğv edildi və Kral VIII Henri papaya müraciət etmədən İngiltərə zadəganlarının qərarı ilə Anna Boleynlə evləndi. Ancaq Araqonlu Ketrin Kral VIII Henrini kilsə rəhbəri olaraq tanımadı və özünü İngiltərə kralının qanuni xanımı və İngiltərə kraliçası olaraq elan etdi. Bütün bunlara baxmayaraq VIII Henri kraliça ünvanını ondan aldı və Araqonlu Ketrin yalnızca Uels şahzadəsi olaraq anıldı. Məhkəmə qərarı ilə sürgün edilən Araqonlu Ketrin ömrünün geri qalanını Kimbolton Qəsrində keçirdi və 7 yanvar 1536 tarixində vəfat etdi.

Gənclik illəri

Araqonlu Ketrin 16 dekabr 1485 tarixində Madrid yaxınlığındakı Arxiyepiskop Sarayında dünyaya gəlmişdir. O, Araqon kralı II FerdinandKastilyalı İzabellanın həyatda qalan ən kiçik övladı idi.[7] Fiziki olaraq qısa boylu olan Ketrin uzun qızılı saçı və iri mavi gözləri ilə dövrünün ən gözəl qızlarından biri oldu.[8][9]

11 yaşlı Araqonlu Ketrin

Araqonlu Ketrin Müqəddəs orden üzvü olan Alessandro Geraldinidən hesab, mülki hüquq, klassik ədəbiyyat, tarix, fəlsəfə və ilahiyyat üzrə dərslər aldı.[10] Ömrünün geri qalanında önəmli rol oynayan Katolik dininin əsas təlimlərini uşaqlıq illərindən öyrənməyə başladı.[11] İspan, latın, fransızyunan dillərində danışmağı öyrəndi.[12]

İlk evliliyi

İngilis əsilli anası səbəbilə erkən yaşlarından bəri Uels şahzadəsi Artur Tüdora uyğun bir qadın olaraq görüldü. 19 may 1499 tarixində vəkalətən nikah bağlandı və toy mərasimi üçün tərəflərin həddi-buluğa çatmaları gözlənildi.[13] Araqonlu Ketrin qaradərili nökərlərin müşayəti ilə Londona gətirildi.[14] Bu qaradərililər İngiltərəyə gələn ilk afrikalılar idi.[15] Bu cütlük 4 noyabr 1501 tarixində Hampshire əyalətindəki Dogmersfield Qəsrində bir araya gəldi.[16][17] Cütlük bir-birilə latınca danışırdı ancaq müxtəlif tələffüz formaları ilə bağlı problem yaşanırdı.[18] 10 gün sonra, 14 noyabr 1501 tarixində cütlüyün toy mərasimi Müqəddəs Paul Kilsəsində keçirildi.[19] Bir-birləri haqqındakı ilk görüşləri yazılı qaynaqlarda qeyd edilmişdir. Belə ki, toy mərasiminin olduğu həftə Artur Tüdor öz ailəsinə yazdığı məktubda "gözəl gəlininin üzünə baxmğa doymadığını" qeyd etmişdir. Cehiz olaraq Araqonlu Ketrinə 200 min kron ödənilməli idi. Nikah əsnasında bu pulun yarısı ödənilsə də, geri qalanı gecikdirildi.[20]

Evlilik ərəfəsindəki Uels şahzadəsi Artur Tüdor

Evlilikdən qısa zaman sonra Artur Tüdor və gənc xanımı Uels Məclisini idarə etmək üçün Uesl sərhəddindəki Ludlow Qəsrinə göndərildi. Bir neçə ay sonra onların hər ikisi güman ki, o illərdə Avropada epidemik olaraq yayılan qızdırma xəstəliyinə tutuldu. Artur Tüdor 2 aprel 1502 tarixində məhz bu xəstəlikdən vəfat etdi. Araqonlu Ketrin isə xəstə yatağından duranda artıq dul qalmışdı.[21] Məhz bu vaxt VII Henri oğlunun nikahının yarım qaldığını iddia edərək nikah zamanı cehiz olaraq verilən 200 min kronun geri qalanını ödəməkdən boyun qaçırdı ancaq qarşı tərəfdən müsbət cavab almadı.[22] VII Henrinin qadını Yorklu Elizabetin vəfatının ardından, fevral 1503 tarixində VII Henri Araqonlu Ketrinlə özü evlənmək istədi. Ancaq dul xanımın atasının narazılığı və bağlanacaq nikahın Roma-Katolik kilsəsi tərəfindən qeyri-qanuni sayılması kralı bu fikirdən daşındırdı.[23] Məsələni həll etmək üçün Ketrin özündən 5 yaş kiçik olan İngiltərə vəliəhdiYork hersoqu Henri Tüdorla evlənməli oldu. Bu əsnada Ketrinin anası Kastilyalı İzabella vəfat etdi. Kastiliya Araqon krallığından çox böyük idi və anasının vəfatından sonra krallıq Ketrinin əqli yerində olmayan bacısı Yuannaya miras qalmışdı. Nikahın bağlanması üçün Henri Tüdorun həddi-buluğa çatması gözlənildi ancaq nikahın gecikdirilməsində əsas səbəb II Ferdinandın hələ də ödənilməyən 100 min kron cehizi istəməsi idi. Bütün bu danışıqlar zamanı Ketrin Londondakı Durham Sarayında əsl məhbus həyatı yaşayırdı.[24] Bu illərdə atasına yazdığı və vəziyyətinin yaxşı olmadığını bildirən məktublarının bəziləri hələ də qalmaqdadır. Bu məktublardan birində o atasına bu sözləri demişdir: "Mən inandığım yolu seçmişəm. Çünki göründüyüm qədər sadəlövh deyiləm".

Araqonlu Ketrin, 1502-ci il[25][26]

Onun çox az pulu qalmışdı və İngiltərədə yaşayan özü kimi dul gənc xanımları dəstəkləməyə davam etdi. Bu əsnada — 1507-ci ildə o, Avropa tarixindəki ilk qadın səfir olaraq İspaniyanın İngiltərədəki səfiri seçildi.[5] VII Henri və onun məclis üzvləri Ketrini siyasi düşüncəsi olmayan biri kimi tanıyırdılar ancaq bu belə olmadı.[5]

Artur Tüdorun qardaşı ilə evlənməyi üçün Papa II Yulinin xüsusi icazəsi alınmalı idi. Çünki kilsə qanunu qardaşının dul qadını ilə evlənməyi qadağan edirdi.[27] Araqonlu Ketrin Artur Tüdorla olan evliliyinin heç vaxt tamamlanmadığına şahidlik etdi. Çünki kilsə qanunlarına görə tamamlanmayan bir evlilik qanuni sayılmırdı. Yalnız bu yolla Araqonlu Ketrinlə Henri Tüdor evlənə bilərdi.[28][29]

İngiltərə kraliçalığı

VIII HenriAraqonlu Ketrinin tacqoyma mərasimi

Araqonlu Ketrinin ikinci nikahı Artur Tüdorun vəfatından 7 ay sonra — 11 iyun 1509 tarixində bağlandı.[30] Nikah zamanında Ketrinin 23 yaşı olsa da, VIII Henri hələ 18 yaşından kiçik idi.[30][31] 23 iyun 1509 şənbə günündə Vestminster sarayına gedən ənənəvi tacqoyma mərasimi alayı böyük və coşğulu izdihamla qarşılandı. Ənənələrə uyğun olaraq cütlük tacqoyma mərasimindən əvvəlki gecəni London qalasında keçirdi.

24 iyun 1509 tarixində VIII Henri və Araqonlu Ketrin ilahlaşdırıldı və Kanterburq Başyepiskopu tərəfindən hər ikisinə tac taxıldı. Tacqoyma mərasimi Vestminster sarayındakı ziyafətlə davam etdi. Tacqoyma mərasiminin şərəfinə Qüdrətli Hamam ordeni yaradıldı.[30] Növbəti ay yeni İngiltərə kraliçası İngiltərə aristokratiyasına təqdim edildi.[21]

Hamiləlikləri və övladları

Araqonlu Ketrin oğlan dünyaya gətirdiyi üçün keçirilən mərasim alayı

Araqonlu Ketrin ikinci evliliyindən bir çox dəfə hamilə qalsa da, yalnız 6 dəfə uşaq dünyaya gətirə bildi:[32][33]

  • avqust 1509 tarixində, nikahından 2 ay sonra Ketrinin ilk hamiləliyi elan edildi. 31 yanvar 1510 tarixində isə o, ölü bir qız uşağı dünyaya gətirdi.
  • may 1510 tarixində Ketrinin ikinci hamiləliyi elan olundu. 1 yanvar 1511 tarixində Cornwall hersoqu Henri dünyaya gəldi. Onun şərəfinə London qalasından atəş açıldı, şəhərdəki kilsə zəngləri çalındı, dəniz fənərləri yandırıldı və əhaliyə pulsuz şərab paylandı. Doğumundan 5 gün sonra — 6 yanvar 1511 tarixində Şahzadə Henri Riçmond Sarayında xaç suyuna salındı və onun xaç atası Kanterburq Başyepiskopu oldu. 22 fevral 1511 tarixində hələ 52 günlük ikən, gənc vəliəhd anidən vəfat etdi. Vəfat səbəbi isə bağırsaq problemi olaraq qeyd edilir.
  • 1513-cü ilin əvvəllərində Ketrinin yenidən hamilə olduğu açıqlandı.[34] 30 iyun 1513 tarixində Ketrin İngiltərə taxt naibəsi seçildi. Çünki Kral VIII Henri Fransaya yürüş təşkil etmişdi. noyabr 1513 tarixində o, vaxtından öncə bir oğlan uşağı dünyaya gətirdi. Ancaq uşaq doğumdan az sonra vəfat etdi və Vestminster qəbiristanlığında dəfn edildi.
  • iyun 1514 tarixində Ketrinin dördüncü hamiləliyi elan olundu. 8 yanvar 1515 tarixində o ölü bir oğlan uşağı dünyaya gətirdi.
  • 1515-ci ilin yayında Ketrin beşinci dəfə hamilə qaldı. Ancaq bu dəfə onun sağlam uşaq dünyaya gətirməyi güman edilmirdi. Araqonlu Ketrin 18 fevral 1516 tarixində Qrinviç Sarayında səhərə yaxın saat 4-də sağlam bir qız uşağı dünyaya gətirdi.[35] Uşağa Mariya Tüdor adı verildi və 21 fevral tarixində vəftiz olundu. Dünyaya gələn uşağın qız olmasından məyus olan VIII Henri Ketrinin sağlam uşaq dünyaya gətirməsindən ümidləndi və gələcəkdə oğul övladının olma ehtimalını düşündü.
  • fevral 1518 tarixində Ketrinin altıncı hamiləliyi elan olundu. Mart ayında Oxforddakı Merton Kollecinə getdi və oğlan uşağı dünyaya gətirmək üçün Müqəddəs Frideswide məqbərəsini ziyarət etdi. 10 noyabr 1518 tarixində o bir qız uşağı dünyaya gətirdi ancaq uşaq o qədər cılız idi ki, yalnız bir neçə saat yaşaya bildi.

Kralın böyük qərarı

Araqonlu Ketrinin həyatda qalan yeganə övladı Mariya Tüdor

1525-ci ildə VIII Henri Araqonlu Ketrinin nədimələrindən olan Anna Boleynlə gizlicə münasibət qurmağa başladı.[36] Bu əsnada Araqonlu Ketrin hamilə qalmışdı. VIII Henri isə artıq bu evliliyin lənətli olduğuna inanmışdı və İncildən bu evliliyin qanuni olmadığı haqda bir sübut axtarmağa başladı.[37][38] Uzun danışıqlara baxmayaraq Roma-Katolik Kilsəsi bu nikahın pozulmasına razılıq vermədi.[29] Kral isə Ketrinə rahibə olaraq kilsəyə qapanması üçün təkliflər edirdi. Ketrin isə cavabında; "Tanrı məni rahibə olaraq görmür. Mən kralın həqiqi və qanuni qadınıyam".[39][40][41]

Nəhayət, kralın xüsusi katibi William Knight Papa VII Klementə bir məktub yazaraq vaxtilə Araqonlu Ketrinlə VIII Henrinin nikahını təsdiqləyən Papa II Yulinin verdiyi qanun və fərmanların kral tərəfindən qeyri-qanuni sayıldığını bəyan etdi.[29]

1527-ci ilin may ayında baş verən Roma istilasından sonra PapaPapalıq dövləti Araqonlu Ketrinin bacısı oğlu İmperator V Karlın vassalı oldu.[42] Bu səbəbdən kralın elçisi istədiyini almadan geri qayıtdı. VIII Henrinin tək ümidi Kardinal Thomas Wolseyin idarə etdiyi dini işlər üzrə qurum idi. Çünki İngiltərədə yalnız bu dini qurum papadan asılı olmadan fəaliyyət göstərirdi. Kardinal Thomas Wolsey isə kralın istəklərinə uyğun qərar vermək üçün əlindən gələni edirdi.[43] Hətta papanın İngiltərədəki təmsilçisi ilə birlikdə məclis toplayaraq Ketrin və kralın nikahını müzakirə etdi. Papa isə bu nikah barədə heç bir qərar vermədiyini, onun icazəsi olmadan kralın yenidən evlənməsini qadağan etdiyini bildirdi. Nəticədə Thomas Wolsey kralın istəyini yerinə yetirə bilmədi və 1529-cu ildə işindən uzaqlaşdırıldı. Bu səbəbdən Anna Boleynə qarşı nifrət hissi güdən Thomas Wolsey daha sonralar Anna Boleynin sürgün edilməsi üçün papa ilə gizli danışıqlar aparmış, ancaq çox keçmədən bu işin üstü açılmışdır. Nəticədə kralın əmriylə 1530-cu ildə haqqında ölüm hökmü verilən Thomas Wolsey edamdan öncə həbsdə ikən vəfat etdi.

Araqonlu KetrinKral VIII Henrinin boşanma məhkəməsi

Bir il sonra Araqonlu Ketrin məhkəməyə verildi və saraydan uzaqlaşdırıldı. Onun köhnə otağı Anna Boleynə verildi. Çox keçmədən Kanterburq Başyepiskopu William Warham öldü və yerinə Boleyn ailəsinin şəxsi keşişi olan Thomas Cranmer boşalan vəzifəyə təyin olundu.

Sürgün illəri və ölümü

Fransanın Kale şəhərində Fransız kralı I Fransisklə görüşdükdən sonra Doverə geri dönən Kral VIII Henri gizli bir mərasimlə Anna Boleynlə evləndi.[44] Bəzi mənbələr Anna Boleynin nikah anında hamilə olduğunu qeyd etsə də, bir qrup tarixçilər Anna Boleynin nikahdan öncə kralla birlikdə olmadığını deyir. Əsas səbəb isə o illərdə Anna Boleynin bacısı Mariya Boleynin kralın gizli sevgilisi olması idi.[45] 23 may 1533 tarixində keçirilən boşanma məhkəməsində Thomas Cranmer bu evliliyin artıq Tanrı hüzurunda bitdiyini elan edərək nikahı ləğv etdi. Nəticədə bu nikahdan doğulan Mariya Tüdor (gələcəkdə taxta çıxan I Mariya) kralın qeyri-qanuni uşağı elan edildi. Bundan 5 gün sonra, yəni 28 may 1533 tarixində Kanterburq Başyepiskopu Thomas Cranmer VIII HenriAnna Boleynin nikahın leqal elan etdi.[46]

Bütün bunlara baxmayaraq ömrünün sonuna qədər özünü kralın qanuni qadını və İngiltərənin leqal kraliçası hesab edən Araqonlu Ketrinə hətta xidmətçiləri belə kraliça olaraq xitab edirdi. VIII Henri isə onu heç bir titulla təltif etmədi. Birinci evliliyi səbəbilə yalnızca Uelsin dul şahzadəsi elan edildi.[44]

Araqonlu Ketrinin Peterburq Kafedralındakı məzarı

1531-ci ilin qışında Araqonlu Ketrin Mur qalasına sürgün edildi.[47] 1535-ci ildə o Kimbolton Sarayına köçürüldü. Burada özünü otaqlardan birinə həbs edən Ketrin geri qalan həyatı boyunca oruc tutaraq ayinlərlə məşğul oldu. Qonaq qəbul etmək üçün xüsusi icazə verilsə də, qızı Mariyanı görmək qadağan idi. Bir-birlərinə yazdıqları məktubları isə saray xidmətçiləri vasitəsilə gizlicə göndərirdilər. Kral isə sürgün edilən kraliça və qızını Anna Boleyni yeni kraliça olaraq qəbul etmək şərtilə görüşdürəcəyini bildirdi. Ancaq onların hər ikisi bundan imtina etdi.[47] 1535-ci ilin dekabr ayının sonlarında öləcəyini hiss edən Araqonlu Ketrin vəsiyyət olaraq bacısı oğlu V Karla məktub yazaraq qızını ona əmanət etdi. Daha sonra "sevimli lordu və əri" olan VIII Henriyə sonuncu məktubunu yazdı.[48]

Araqonlu Ketrin 7 yanvar 1536 tarixində Kimbolton Sarayında vəfat etdi.[49] Bir gün sonra onun ölüm xəbəri krala çatdırıldı. Bir müddət onun Qreqori di Casale tərəfindən zəhərlənərək öldürülməsi xəbəri yayıldı.[50] Tarixçi Edward Hall qeyd edir ki, Anna Boleyn ölüm xəbərindən sonra yas tutmaq məqsədilə bir müddət sarı rəngdə geyinmişdir. Ketrinin cənazə günü isə Anna Boleyn ölü bir oğlan uşağı dünyaya gətirdi.

Araqonlu Ketrin Uelsin dul şahzadəsi olduğu üçün Peterburq Kafedralında mərasimlə dəfn edildi.[51] Kral Henri isə cənazə mərasiminə qatılmadı və qızı Mariyaya qatılmağa icazə vermədi.

İstinadlar

  1. Catherine of Aragon // Encyclopædia Britannica (ing.).
  2. Lundy D. R. Catarina de Aragón, Infanta de Aragón // The Peerage (ing.).
  3. A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 252. ISBN 978-1-85743-228-2
  4. Kindred Britain.
  5. Weir 1991, p. 59.
  6. [[[:en:Catherine of Aragon#CITEREFCatherine of Aragon, Queen of England]] "Arxivlənmiş surət"] (#bad_url). 2022-09-08 tarixində of Aragon#CITEREFCatherine of Aragon, Queen of England%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2016-09-13.
  7. Lehman 2011, p. 283.
  8. Fraser 1992, p. 24.
  9. Weir 1991, p. 15.
  10. Weir 1991, p. 20.
  11. Fraser 1992, p. 12.
  12. Dowling 1986, p. 17.
  13. Sanders & Low 1910, p. 235.
  14. Goodwin 2008, p. 166.
  15. [[[:en:Catherine of Aragon#CITEREFJohn Blanke]] "Arxivlənmiş surət"] (#bad_url). 2022-09-08 tarixində of Aragon#CITEREFJohn Blanke%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2016-09-13.
  16. Starkey 2003, pp. 45–46.
  17. Tremlett 2010, p. 73.
  18. Fraser 1992, p. 25.
  19. Lehman 2011, p. 284.
  20. "Catherine of Aragon Timeline" Arxivləşdirilib 2017-01-26 at the Wayback Machine. Historyonthenet.com. 15 October 2010. Retrieved 16 September 2013.
  21. Lehman 2011, p. 285.
  22. Maria Elizabeth Budden (1841). True Stories from English History. Chronologically Arranged from the Invasion of the Romans to the Present Time. By a Mother, Author of "True Stories from Ancient History", "Modern History", Etc. 5th Ed … Arxivləşdirilib 2022-07-01 at the Wayback Machine John Harris. p. 202.
  23. J. Madison Davis (2012). The Shakespeare Name and Place Dictionary. Arxivləşdirilib 2022-07-01 at the Wayback Machine Routledge. p. 266. ISBN 978-1-136-64035-3.
  24. Williams 1971, p. 15.
  25. "KHM Bilddatenbank — KHM Bilddatenbank". Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine Bilddatenbank.khm.at. Retrieved 16 September 2013.
  26. "KHM Bilddatenbank — KHM Bilddatenbank". Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine Bilddatenbank.khm.at. Retrieved 16 September 2013.
  27. Canon law took this verse out of context, and Deuteronomy 25:5–10 requiredlevitrate marriage
  28. Weir 1991, p. 34.
  29. Lehman 2011, p. 290.
  30. Lehman 2011, p. 287.
  31. Eagles 2002, p. 194.
  32. Lehman 2011, p. 288.
  33. "Arxivlənmiş surət". 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
  34. Rymer 1741, p. 48.
  35. Eagles 2002, p. 195.
  36. Scarisbrick 1997, p. 154.
  37. Catherine of Aragon Biography.
  38. Leviticus 20:21
  39. Lacey 1972, p. 70.
  40. Brigden 2000, p. 114.
  41. Farquhar 2001, p. 61.
  42. Morris 1998, p. 166.
  43. Wikisource-logo.svg Herbermann, Charles, ed. (1913). "Henry VIII". Catholic Encyclopedia. New York: Robert Appleton Company.
  44. Lehman 2011, p. 292.
  45. Starkey 2003, pp. 462–464.
  46. Williams 1971, p. 124.
  47. Lehman 2011, p. 293.
  48. Sharon Turner, The History of England from the Earliest Period to the Death of Elizabeth (Longman, Rees, Orme, Brown and Green,1828)
  49. [[[:en:Catherine of Aragon#CITEREFEagles2002]] "Arxivlənmiş surət"] (#bad_url). 2022-09-08 tarixində of Aragon#CITEREFEagles2002%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2016-09-13.
  50. Letters and Papers of the Reign of Henry VIII, vol. X, no. 200
  51. [[[:en:Catherine of Aragon#CITEREFB. Deutscher & P.G. Bietenholz2003]] "Arxivlənmiş surət"] (#bad_url). 2022-09-08 tarixində of Aragon#CITEREFB. Deutscher & P.G. Bietenholz2003%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2016-09-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.