Araqonlu Mariya (Kastiliya kraliçası)
Araqonlu Mariya (isp. María de Aragón; 1403, Kastiliya – 18 fevral 1445, Villakastin[d], Kastiliya və Leon) – Araqon kralı I Ferdinandın qızı və Kastiliya kraliçası.
Araqonlu Mariya | |
---|---|
Əvvəlki | Lankasterli Ketrin |
Sonrakı | Portuqaliyalı İzabella |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1403 |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 1445 |
Vəfat yeri |
|
Fəaliyyəti | kraliça-konsort[d] |
Atası | I Ferdinand |
Anası | Alburkerkeli Elyanora |
Həyat yoldaşı | II Con |
Uşaqları |
Ketrin Elyanora IV Henri Mariya |
Ailəsi | Trastamar sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mariya 1403-cü ildə Kastiliyada dünyaya gəldi. Atası sonrakı illərdə Araqon taxtına əyləşən Ferdinand, anası isə Alburkerkeli Elyanora idi. 1416-cı ildə atası vəfat etdi və taxta qardaşı Alfonso keçdi. Buna baxmayaraq qardaşı ölkədə sevilmirdi və oğul varisi də yox idi. Bu səbəblə Kastiliya ilə müttəfiq olmaq niyyətində idi. Bu məqsədlə bacısı Mariyanı 1418-ci ildə əmisi oğlu olan Kastiliya kralı II Conla evləndirdi. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız oğlu yetkinlik yaşına çatdı:
- Ketrin (1422–1424) — doğumundan ölümünədək Asturiya şahzadəsi.
- Elyanora (1423–1425) — bacısının ölümündən qardaşının doğumunadək Asturiya şahzadəsi.
- IV Henri (1425–1474)
- Mariya (1428–1429)
1445-ci ildə Mariya vəfat etdi və Con Portuqaliya kralı I Conun nəvəsi İzabella ilə evləndi.
Mənbə
- de Sousa, Antonio Caetano (1735). Historia genealogica da casa real portugueza [Genealogical History of the Royal House of Portugal] (in Portuguese). 2. Lisboa Occidental. p. 497.