Arapgir kafedralı
Arapgir kafedralı — Türkiyənin Malatya vilayətinin Arapgir ilçəsində yerləşən və 1249-cu ildə tikilən tarixi erməni kilsəsi.
Arapgir kafedralı | |
---|---|
Սուրբ Աստվածածին վանք | |
39°02′36″ şm. e. 38°29′00″ ş. u. | |
Ölkə | Türkiyə |
Yerləşir | Arapgir, Malatya |
Tikilmə tarixi | 1249 |
Üslubu | Erməni memarlığı |
Vəziyyəti | naməlum |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Tanrının müqəddəs anası adlandırılan kilsə 1249-cu ildə tikilmişdir. Şərqi Avropanın ən böyük kilsələrindən biri olmuşdur. 3000 nəfərlik tutuma malik idi. 1915-ci ildə erməni-türk qarşıdurması zamanı kilsə böyük zərər görmüşdür. Daha sonra təmir edilərək məktəb kimi istifadəyə verilmişdir. 1957-ci ildə Arapgir bələdiyyəsi kilsəni yıxmaq qərarına gəlmiş, 18 sentyabr 1957-ci ildə kilsə dinamitlə yıxılmışdır. Kilsənin yerləşdiyi ərazi Hüseyn adlı kəndliyə 28.005 lirə qarşılığında satılmışdır. Bugün kilsənin qalıqları ərazidə hələ də qalmaqdadır.
Qalereya
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.