Aram Sarkisyan

Aram Qasparoviç Sarkisyan (erm. Արամ Գասպարի Սարգսյան; 14 avqust 1949, İrəvan) — Ermənistan siyasətçisi, rus dilirus ədəbiyyatı müəllimi, kommunizmsosial-demokratiya aktivisti.

Aram Sarkisyan
erm. Արամ Գասպարի Սարգսյան
bayraq
Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
may 1991 avqust 1991
ƏvvəlkiStepan Poqosyan
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 14 avqust 1949(1949-08-14) (74 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Aram Qasparoviç Sarkisyan 14 avqust 1949-cu il tarixində SSRİ-nin respublikalarından biri olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1967–1972-ci illərdə İrəvan Dövlət Dil Universitetində, daha sonra isə Moskva Yüksək Komsomol Məktəbində təhsil almışdır. Gənclik dövründə bir çox zavod və fabriklərdə işləmişdir. 1970–1980-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasında "Komsomolskaya pravda" və "Pravda" qəzetlərinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1971–1972-ci illərdə "Komsomolets" qəzetinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyət göstərmişdir. 14 may 1991-ci il tarixindən 7 sentyabr 1991-ci il tarixinə qədər Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. 1992–1995-ci illərdə "Azdarar" qəzetinin ümumi nəşriyyat direktoru olaraq fəaliyyət göstərmişdir. 1998–1999-cu illərdə Ermənistan Prezidenti Robert Köçəryanın məsləhətçisi olaraq fəaliyyət göstərmişdir. 1991-ci ildən bəri Ermənistan Demokratiya Partiyasının sədridir. 2003–2007-ci illərdə Ermənistan Respublikasının Milli Məclisinin üzvü olmuşdur.[1]

İstinadlar

  1. "Арам Гаспарович Саргсян" (rus). Parliament.am. 2018-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-20.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.