Aral dənizinin quruması
Aral dənizinin quruması — Aral dənizində suyun səviyyəsinin ildən-ilə azalması ilə əlaqədar ekoloji, bioloji fəlakət; sosial problemlər yaratmış torpaq və iqlim fəlakəti. Dənizin qurumuş hissəsində Aralqum səhrası əmələ gəlib.
Qurumasının səbəbləri
Aral dənizi qurumasına qədər sahəsinin böyüklüyünə görə Xəzər dənizi, Yuxarı göl (Şimali Amerika), Viktoriya gölündən (Şərqi Afrika) sonra dünyada 4-cü göl idi. Aral dənizinin quruması XX əsrin 60-cı illərində başlamışdır. Həmin vaxtlarda Sırdərya və Amudərya çaylarının suyunun çox hissəsinin kanallarla Türkmənistan, Özbəkistan və Qazaxıstanın cənubunun ehtiyacı üçün götürülməsinə, suvarma üçün istifadə edilməsinə başlanıldı. Nəticədə dəniz öz sahilindən nəzərəçarpacaq dərəcədə geri çəkildi və quruduğu yerlər dəniz duzu və digər kimyəvi maddələrlə örtüldü. 1993-cü ildə Aral dənizinin xilası üzrə beynəlxalq fond yaradılıb. Bu fond vasitəsi ilə indiyə qədər 300-dən artıq layihə həyata keçirilib (Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan bu Fondun təsisçiləridirlər).
İstinadlar
Xarici keçidlər
- Aral dənizinin «səssiz ölüm»ü.
- Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin aradan qaldırılmasına 3,5 milyard dollar ayrılıb.
- В.Рахманов: Самая молодая пустыня в мире — Аралкум Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine.
- Siegmar-W. Breckle Combating desertification and rehabilitation of the salt deserts in the region at the Aral Sea Arxivləşdirilib 2010-03-05 at the Wayback Machine.
- "Evaporation of the Aral Sea : Feature Articles" (ingilis). Earth Observatory. İstifadə tarixi: 20.05.2009..
- О Барсакельмесском заповеднике — «Пойти, чтобы вернуться» Arxivləşdirilib 2011-07-17 at the Wayback Machine, Инна БЕКЕЕВА, № 430 (16817) от 28.08.2009.
- Кладбище кораблей (фотоальбом южной части Аральского моря, апрель 2010 года).