Aralıq dənizi iqlimi
Aralıq dəniz iqlimi — subtropik qurşaqda yerləşib ilboyu rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir. Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir Bu iqlim tipi Aralıq dənizi sahili ölkələrdə, Kaliforniya yarımadası ətrafında, Avstraliyanın cənub və qərb hissələrində və Cənubi Amerikada Çili sahillərində yayılmışdır. Belə ki, materiklərin qərb sahillərində 30–35 dərəcəlik enliklər arasında formalaşır.
Coğrafiyası
Bu iqlim tipi Aralıq dənizi sahili ərazilərdə formalaşdığı üçün bu adı almışdır. Cənubi Avropa ölkələrindən Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Albaniya Makedoniya, Xorvatiya, Bolqarıstanın cənub hissəsi, Mərkəzi Avropa ölkələrindən Fransa, Asiya ölkələrindən Türkiyə, Kipr, Suriya, Livan, İsrail, Afrika ölkələrindən isə Misir, Tunis, Əlcəzair, Liviyada yayılmışdır. Həmçinin deyə bilərik ki, Qara dəniz sahili ölkərin də bəzilərində bu iqlim tipi formalaşır. Belə ki, şimaldan gələn soyuq küləklərdən dağlar vasitəsiylə mühafizə olunan Qara dəniz sahillərində də Aralıq dənizi iqlim tipinə rast gəlinir. Alisovun iqlim bölgüsünə əsasən deyə bilərik ki, Aralıq dəniz iqlim tipinin rütubətli növü də mövcuddur ki, o dağlıq ərazilər üçün xarakterikdir. Belə ki, keçmiş Yuqaslaviyanın Adriatik dənizi sahillərində, həmçinin Gürcüstan ərazisində Batumi bölgəsində müşahidə edilir. Belə ki, isti və quru yay (orta maksimal temperatur 30 °C, yağıntı isə 34 mm fevral dekabr ayında), qış isə sərin (orta maksimal temperatur 18 °C, avqust iyun ayında yağıntı 450 mm).
Yağıntıları
Yay aylarında bu iqlim tipi yayılan ərazilərdə yüksək təzyiq zonası daxilində demək olar ki, yağıntı düşmür. Qış aylarında isə demək olar ki, bu prosesin əksi müşahidə edilir. Bu zaman əraziyə düşən yağıntının miqdarı artır, hətta dağlıq ərazilərə qar belə yağır. Belə ki, ərazilər il ərzində 700–800 mm yağıntı alır ki, bu da yay aylarında düşməyən yağıntıların yerini doldurur. Məs.San Fransiskoya aprel-noyabr aylarında 448 mm yağıntı düşür, ancaq digər aylarda bu rəqəm 52 mm olur. İyul və avqust aylarında isə demək olar ki, yağıntı düşmür.
Temperaturu
Aralıq dənizi iqlim tipi yayılan bölgələrdə qış nisbətən yumşaqdır. Nadir hallarda bəzi ərazilərdə qısamüddətli soyuqlar müşahidə edilir ki, bu da uzun müddət çəkmir. Yüksək yay temperaturunun müşahidə edilməsi ilə də aydın hava daima izlənilir. Yunanıstanın paytaxtı Afinada həddindən artıq yüksək yay temperaturu daima müşahidə edilir. Həmçinin bu iqlim tipinin yayıldığı ərazilərin çoxu iri su hövzələrinin sahillərində yerləşir. Bunun da tempeatura təsiri çox yüksəkdir. Demək olar ki, Aralıq dənizi ölkələrində qış aylarında temperatur 0 dərəcədən aşağı çox nadir hallarda olur.
Həmçinin bax
İstinadlar
- ↑ Дроздов О.А., Васильев В.А., Кобышева Н.В. и др. Климатология. — Ленинград: Гидрометеоиздат, 1989. — С. 568 (442–443). — ISBN 5-286-00520-9.
- ↑ Хромов С.П., Петросянц М.А. Метеорология и климатология. — Москва: Издательство МГУ, Наука, 2006. — С. 582(513–518). — ISBN 5-211-05207-2.
- ↑ How extreme south-west rainfalls have changed (PDF). Indian Ocean Climate Initiative (2000). Проверено 5 августа 2009. Arxivləşdirilib 2012-03-03 at the Wayback Machine 16 февраля 2012 года.
- ↑ Western Australian Climate Services Centre (Bureau of Meterology). Perth Metro Climate Averages (November 2010). Проверено 26 ноября 2010.
- ↑ Western Australian Climate Services Centre (Bureau of Meterology). Perth Metro Climatic Extremes (January 2010). Проверено 26 ноября 2010.