Arakçeyevlər

Arakçeyevlər-Tatar əsilli tanınmış rus zadəgan soylarından biri.

Arakçeyevlər
Titul Qraf
Əcdadı Arakçı Evstafyev
Mənşəyi Cuçilər sülaləsi, Qızıl Orda
Təbəəliyi Qızıl Orda, Rusiya imperiyası
Mülki fəaliyyəti Hərbçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Soyun yaranması

Rusların "Nəsil Şəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarĢısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağıĢlanır"

Arakçeyevlərin türk əsilli olmaları, Qızıl Ordadan ayrılıb rus knyazlarına qoĢulmuĢ ailələrdən olması Ģübhəsizdir. Onların soyu XV əsrin ortalarında II Vasili zamanı Rusa xidmətə girən, xristianlığı qəbul edib xaçlanan və xristian adı götürüb, lakin türk soyadını saxlayan Arakçı Evstafyevdən başlayır, Arakçı Moskva knyazının sarayında məsul vəzifə daşıyırdı.

Arakçı sözü bütün türk dillərində arak, rakı "şərab" və "çı" məşğuliyyət və peĢə bildirən şəkilçi vasitəsilə düzəlmişdir. Arakçeyevlərin familya gerbində həkk olunmuĢ qızıl kamandan atılan ox rəsmi həm də ailənin türklüyünə və rus dövləti qarĢısında hərb xidmətlərinə iĢarədir. Rus tarixinin baĢlıca simalarından olan bu böyük və məĢhur Ģəxsiyyət bir çox tarixi əsərlərdəki obrazlarda öz tam əksini tapmıĢdı. Yazıçı V.V.Krestovskinin "Babalar" ("Dedi") əsərində Arakçeyevin türk mənĢəyi qabarıqlaĢdırılır, bu türklük onun özünü alçaltmaq üçün düĢmənlərin əlində bir vasitə olur: "Arakçeyev? ...Arakçeyev nədir, kimdir, axı? Arak... Aman allahım, bu nə vəhşi familiyadır?"

Yazıçı Aleksandr Hertsen də öldürücü istehza ilə bu böyük dövlət adamını "Gələcəyə Məktub" əsərində "Baskak", "Tatar baskakı" adlandırmaqla onun çox asan sezilən türk mənĢəyinə iĢarə vururdu. Həyatda da belə idi: Onu gözü götürməyən yüksək saray əyanları Arakçeyevin qeyri-rus mənĢəyinə tez-tez toxunurdular. Xasiyyətindəki zalımlıq, despotizm onun yaratdıqlarını, min cəfa ilə qoruduqlarını, dövlətə xidmətini, hətta onun xeyirxahlığını belə kölgədə qoyurdu. Onun əməyi sayəsində kəndlilər bir çox güzəĢtlərlə kreditlərə malik idi. Ətrafda olan kəndlilərə nisbətən, özbrinin maddi vəziyyətinə görə qat-qat yaxĢı dolanmalarına rəğmən, Arakçeyevin zülmündən cana doymuĢdular, rifah hallarındakı üstünlüklərə baxmayaraq onun kəndliləri özlərini bədbəxt sanırdılar. Arakçeyevin övladı yox idi; bütün var-dövlətini hələ sağlığında Novqorod Kadet korpusuna vəsiyyət etmiĢdi. Varlı sarayını onlara əsgər qıĢlası kimi hədiyyə vermiĢdi. Korpus Arakçeyevin adını və gerbini daĢıyırdı. Bütün bunlar hər Ģeyi təməlindən uçurub dağıdan sovet quruluĢuna qədər davam etməkdə idi.

Soyun məşhur nümayəndələri

Mənbə

  • Томсинов В. А. Аракчеев (серия "Жизнь замечательных людей"). М.: Молодая гвардия, 2003, 2010.
  • Баскаков Н.А. Русские фамилии тюркского происхождения, Баку, Язычы, 1992.
  • Minaxanım Təkləli, Türk əsilli ruslar, Bakı, Nurlar, 2010, II nəşr.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.