Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib.[1][2]
Arşın mal alan | |
---|---|
rus. Аршин мал алан | |
Bəstəkar | |
Librettoçu | Üzeyir Hacıbəyov |
Dili | Azərbaycan dili |
Janr | komediya |
Pərdə | 4 |
Yaradılma tarixi | 1913 |
İlk səhnələşdirmə | 25 oktyabr (7 noyabr) 1913 |
Personajlar |
Əsgər Gülçöhrə Süleyman Sultan bəy Asya Cahan Vəli Telli |
Vikianbarda əlaqəli mediafayllar |
Operettanın tarixi
Yaranma tarixi
"Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb[3]. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb).
Əsər 1913-cü ilin yay aylarında[4] yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb. İlk dəfə komediya haqda bəstəkarın 1913-cü iin iyulun 30-da dostu və görkəmli azərbaycanlı aktyor Hüseynqulu Sarabskiyə yazdığı məktubunda rast gəlmək olur:
Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan"ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. Inşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.
…Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsə-rim gələcəkdə böyük bir iş görəcəkdir.
Bəradərin Üzeyir. 30 iyul 1913-cü il. Peterburq.[5]
Operettada keçənlər Şuşada baş verir. "Arşın mal alan"-ın yaranmasını Rəşid Behbudovun qızı Rəşidə xanım belə xatırlayır:
Babam Məcid-bəy Behbudalı, qədimdə Behbudovlar soyu belə adlanırdı, qeyri-adi səsə malik, gözəl xalq mahnıları ifaçısı idi və artıq 30 yaşında peşəkar müğənni olmuşdu. Bundan öncə isə öz atasına kömək edərdi: boxçasına ipək yığıb o vaxt qaldıqları Şuşanın küçələrini gəzir və "Arşın mal alan, arşın mal alan" deyərək yerli ədalı qızları gətirdiyi mala göz gəzdirməyə çağırardı. Səciyyəvi boxçacı obrazı Üzeyir Hacıbəylinin yaddaşına elə həkk olunur ki, gələcəkdə bəstəkar onu "Arşın mal alan" operettasının süjetində istifadə edir…[6]
Janr və forma baxımından Əsgərin giriş ariyası[7] və operettanın bir sıra başqa vokal nömrələri təmiz Avropasayağı tərzdə həyata keçirilib. Bununla birgə, onların melodiyaları danılmaz milli koloritə malikdir. Xüsusilə, qeyd olunmuş giriş ariyası şüştər, bəzi səhnələr və onun xalası Cahanın kupletləri[8] isə şur ladında ifa olunur. Bir sıra kupletlərdə o dönəm dəbdə olmuş təsniflər durur[9].
Öz əsərinin gələcək uğurunu öngörərək Ü.Hacıbəyli 1913-cü ilin avqustun 7-də həmkarı, Azərbaycan müsiqili teatrının ilk peşəkar dirijoru Müslüm Maqomayevə məktubunda yazırdı:
Səssizliyim səbəbi məşğul olmağımdır; demək olar ki səhər tezdəndən, gecəyədək işləyirəm: ilk növbədə imtahana hazırlaşıram, həm də çox uğurlu alınacaq operetta yazıram və, Tanrının köməyi ilə, vaxt gəldikdə sənə göndərəcəm.
Teatrşünas Azər Sarabski tərəfindən aşkar edilən materiallar Ü.Hacıbəylinin öz operettasını 1913-cü ilin sentyabr ayına bitirdiyini ehtimal etməyə imkan verir[10]. Operetta yazıldıqdan sonra bəstəkar ilk olaraq onu polifoniya üzrə müəllimi Vasili Kalafatiyə, sonra isə, onun məsləhəti ilə, konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı Aleksandr Qlazunova göstərir[11]. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. "Arşın mal alan"a verilən bu cür yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu Bakıya, dostlarına göndərir.
"Arşın mal alan" operettasını Bakıya göndərməzdən əvvəl Üzeyir bəy Hacıbəyli aktyor Hüseynqulu Sarabskiyə Sankt-Peterburqdan məktub göndərmişdir. Daha sonra Ü.Hacıbəyli öz gündəliyində yazırdı:
Rəylər bütün gözləntiləri aşdı: böyük Qlazunov deyir ki, nəhayət ki, Rusiyada ilk musiqili opera yarandı[12].
İlk səhnələşdirmə
1913-cü il oktyabr ayının 25-də (noyabrın 7-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında "Arşın mal alan" operettasının premyerası olmuşdur[13].[14] İlk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər – H.Sarabski, Gülçöhrə – Ə.Ağdamski, Soltan bəy – Ə.Hüseynzadə, Süleyman – H.Terequlov, Asya – Gülsabah xanım, Telli – Olenskaya. Əsərin rejissoru – H.Sarabski, dirijor – M.Maqomayev.[15]
"Arşın mal alan"ın ilk tamaşası cəmiyyətdə böyük rezonans yaratdı. Bir ilin içərisində "Arşın mal alan" yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılır[16], tezliklə bir sıra dillərə tərcümə edilir, özünə son dərəcə güclü və çoxlu tərəfdarlar, o cümlədən əleyhdarlar qazanır. Məsələn, 3 noyabr 1913-cü il tarixində nəşr olunan "Sədayi həqq" qəzetində yazılmışdır: "Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəylinin təzə operettası "Arşın mal alan" camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir".
Lakin operettaya mənfi rəy verənlər də az deyildi. 27 oktyabr 1913-cü il tarixli "İqbal" qəzetində Hacı İbrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: "Arşın mal alan" operettası bir dərəcə "fars" (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar".
1917-ci ildə Bakıda operetta yenidən tamaşaya qoyulur və onun ifaçıları yalnız kişilərdən ibarət idi.
1913-cü ildə Peterburqda operetta üzərində işini bitirdikdən sonra Hacıbəyli onu Bakıya dostları Hüseynqulu Sarabski və Müslüm Maqomayevə göndərir, onlar isə öz növbəsində bütün səylərini operettanın səhnələşdirilməsinə yönəldirlər. Artıq 1913-cü ilin oktyabrın 26-sı (noyabrın 8) operettanın bütün Qafqazda göstərilməsinə icazə verilir. 1913-cü ilin oktyabrın 8 (oktyabrın 21) Müslim Maqomayevin xəttinə bənzər yazılmış və imzalanmış operettanın əlyazması təsdiq edilmək üçün Nəşriyyat üzrə Tiflis komitəsinə təqdim edilir. Operetta senzuradan keçir və Qafqazın səhnələrində göstərilməyə icazə alır. Operettanın Azərbaycanda premyerası 1913-cü ilin 25 oktyabrında məşhur azərbaycanlı milyoner və mesenat Hacı Zeynalabdin Tağıyevin Bakıdakı teatrında (hazırkı Azərbaycan müsiqili komediya teatrı) baş tutur.
"Kaspi" qəzetində yerləşdirilən elanlarda (25 oktyabr 1913, №240) qeyd ilirdi ki, spektaklda Olenskaya, Gülsabah xanım, artistlər Sarabski, Terequlov, Abasov, Ağdamski, Hüseynzadə və başqaları iştirak edir.
Bu vaxtadək gəlib-çıxmış yeganə resenziyadan ("Kaspi" qəzeti, 27 oktyabr 1913, №242) belə nəticəyə gəlmək olur ki, Əsgər rolunu Sarabski, Sultanbəyi – Hüseynzadə, Vəlini – Xəlil Hüseynov (elanda adı yazılmış Abasovu əvəz etmiş), Süleymanı – böyük ehtimalla Terequlov, Gülçöhrəni – Ağdamski (resenziya onun barəsində də heç nə yazmır) ifa ediblər. Azərbaycan SSR-nin xalq artisti Hüseynağa Hacıbabayevin sözlərinə görə, Gülsabah xanım Cahan xalanın rolunu ifa edib. Operettanın ikinci səhnələşdirməsinin resenziyasına inansaq Olenskaya ("Bakı" qəzeti, 10 noyabr 1913, №253) Asyanı oynayır.
İkinci səhnələşdirmə həmin ilin noyabr ayında həmin teatrda həyata keçirirlir. Burada Hüseynqulu Sarabski (Əsgər), Ələkbər Hüseynzadə (Sultanbəy), Aleksandra Olenskaya (Asya), Yeva Olenskaya (Telli), Mirzə Muxtar Məmmədov (Cahan), Məmməd Hənifə Terequlov (Süleyman), Xəlil Hüseynov (Vəli) oynayırlar. Spektaklın quruluşçu rejissoru Hüseyn Ərəblinski[17], dirijoru isə Müslim Maqomayev olur. Hərdən Hacıbəyli öz operettasını həmçinin "Uğurlu evlilik resepti" və "İstehsal malların satıcısı" adlandırardı[18].
Komediya böyük uğur qazanır. Çox qısa zamanda bir sıra Qafqaz dillərinə, həmçinin erməni, gürcü, kürd, ləzgi, rus və sair dillərə tərcümə edilir. Bakı premyerasından sonra musiqili komediya bütün Qafqazda və Orta Asiyada nümayiş etdirilməyə başlayır. İlk dəfə erməni dilində əsər 1914-cü ildə Tiflisdə səhnələşdirilir. Spektaklın quruluşuna rəhbərlik edən Sidrak Maqalyan səhnələşdirmənin tərcüməçisi və musiqi quruluşçusu idi. Əsgər roluna görə o Qafqazda ilk premiya alır. Sonralar Maqalyan Əsgər rolunu gürcü, türk və rus dillərində də oynayır. 1915-ci ildən 1921-ci ilədək Maqalyanın truppası "Arşın mal alan" əsərini 800 dəfə, o cümlədən 200 dəfə gürcü, 2 dəfə rus və bir dəfə İstanbulda türk dilində səhnələşdirir[19].
İlk dəfə rus dilinə komediya Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun və Fətəli Axundov tərəfindən (Mirzə Fətəli Axundovla qohumluqda olmuşdur) tərcümə edilir. İlk dəfə operetta rus dilində 1916-cı ilin 10 və 11 iyun tarixlərində Bakıda Mailov qardaşlarının teatrında[20] səhnələşdirilmişdi. Burada Amiraqonun rəhbərlik etdiyi truppa: Yujin (Əsgər), Lenotiyeviç (Gülçöhrə), Rayiç (Asya), Mironov (Sultanbəy), İodyan (Suleyman), Smurov (Vəli) oynamışlar. Spektakla dirijorluğu Üzeyir Hacıbəylinin özü edir. Həmin ildə bəstəkar Bakıda operettanın gürcü dilində səhnələşdirilməsində də dirijorluq etmişdir[21].
Sonralar operetta Azərbaycandan kənarda bir çox yerdə nümayiş etdirilir. Erməni bəstəkarı Aro Stepanyan yazırdı:
Qafqazda Üzeyir Hacibəylini tanımayan yoxdur. Hələ kiçik yaşlarımdan onun "Arşın mal alan", "Məşədi İbad" kimi populyar komediyalarının möhtəşəm uğur qazanması yadımda qalıb. Onlar bütün yerli teatrlarda səhnəyə alınır və həmişə uğur qazanırdılar[22].
Sovet istilasından öncə İranda tanınmağa macal tapdığı üçün gələcəkdə "Arşın mal alan" ABŞ, Bolqarıstan, Fransa və Polşa kimi ölkələrdə səhnələşdirilir.
1919-cu ildə Hacibəyli qardaşlarının truppası Türkiyədə, İstanbulda qastrol səfərində olur. Qastrollar o qədər uğurlu keçir ki, azərbaycanlı artistlər İstanbulun "Şərq" teatrını bir neçə aylıq icarəyə götürmək məcburiyyətində olurlar. Azərbaycanlı artistlərin Türkiyəyə qastrolları zamanı "O olmasın, bu olsun" və "Arşın mal alan" operettalarını izləmiş məşhur türkiyəli dramaturq Reşat Nuri Güntekin bu operettaları Jan Batist Molyerin komediyalarına bənzədir[23].
Operetta 1925-ci ilin iyulun 4-də Parisin "Femina" teatrında nümayiş etdirilir. Fransız dilə tərcüməni bəstəkarın qardaşı Ceyhun edir. Rolları fransız aktyorlar Derval (Sultanbəy), Monte (Əsgər), Passani (Gülçöhrə), Maqali (Asya) və digərləri ifa edir. Səhnələşdirmə isə Azərbaycandan Avropaya gedən mühacirlər Abbas bəy Atamalı, Fariz bəy Vəkilli, Zöhrə xanım Hacıbəyli, Pəri xanım Topçubaşova və digərləri tərəfindən həyata keçirilir. Məhz həmin ildə Üzeyir Hacıbəylinin rəhbərliyi altında Azərbaycan dövlət musiqi texnikumunun tələbələri operettanın yeni səhnəsini nümayiş etdirirlər.
Dəyişikliklər və əlavələr
1913-cü ildən dahi bəstəkarın vəfat etdiyi 1948-ci ilədək, yəni 35 il ərzində operetta mühüm inkişaf yolu keçir. Söhbət həm musiqili, həm də ədəbi materialdan gedir. Birinci mərhələ 1913–1918-ci illəri əhatə edir. Bu dönəm müəllif tərəfindən, tekstin ilk dörd nəşrində əksini tapmış, dəyişikliklər edilir. İkinci mərhələ olduqca vacib sayılır. Bu mərhələ komediyanın tekstinin dərc edilmədiyi, lakin içində mühüm dəyişikliklər edildiyi 20–30-cu illəri əhatə edir.
Fizulinin poyeziyası komediyanın əsas personajları olan Əsgərlə Gülçöhrənin mənəvi nigarançılığını, kədərini və sevincini mükəmməl əks etdirir. Bunu Əsgərin I aktda "Bayatı Şiraz" ladında tarın müşayəti ilə ifa etdiyi ariyadan, Gülçöhrənin II aktdakı "Seygah" və "Osmanlı" ladlarındakı ariyadan, həmçinin III aktdakı "Bayatı Şiraz" ladında olan ariyadan sezmək olur. Tədricən, spektakldan spektakla Üzeyir Hacibəyli öz əsərini təkmilləşdirir, yeni melodiyalar yaradaraq, tarın muğam-improvizasiya müşayətini çoxsəsli simfonik orkestrlə əvəz edirdi[24].
Əsgərlə Gülçöhrənin II aktdakı duetinə də dəyişikliklər və əlavələr edilir. Bundan başqa, bəstəkar Asyanın III aktdakı ajur rəqsdən sonrakı solosuna da müvafiq dəyişikliklər və əlavələr edir. Melodik material baxımından müəllif mühüm dəyişiklikləri IV aktda edir: oğurlanan və Əsgərin evinə gətirilən Gülçöhrə öz dərdini tarın müşayəti ilə "Şahnaz" ladında oxuyaraq söyləyir; lakin sonradan Ü.Hacıbəyli poetik mətni zənginləşdirərək öz sözləri üzərinə artıq orkestrin müşayəti ilə ifa edilən yeni emosional və lirik xarakterli melodiya yaradır.
Moksvada Azərbaycan incəsənətinin dekadasına hazırlıq zamanı komediyanın mətninə və musiqi naxışına əhəmiyyətli dəyişikliklər və əlavələr edilir. Beləcə, xorda oxuyan qadınların səsi soprano və alta bölünür, həmçinin Vəli, Telli və Cahan obrazları zənginləşdirilir.
Dünya şöhrəti
"Arşın mal alan" dünyanın 80 dilinə, o cümlədən fransız, alman, polyak, ingilis, ərəb, fars, çin, gürcü, bolqar, ukrain, belorus və sair dillərə çevrilir. Komediya 76 ölkənin 187 teatrında, Nyu-York, Paris, London, Sofiya, Berlin, İstanbul, Tehran, Qahirə, Varşava və Pekin kimi şəhərlərdə nümayiş etdirilir[25]. Operetta ABŞ-nin 13 ştatında, Gürcüstanın 16, Bolqarıstanın 17, Polşanın 17 (1500 dəfə), Rusiyanın 28, Çinin 8 şəhərində oynanılır.
1972-ci ildə "Melodiya" firması komediyanın rus, türk və fars dillərində qrammofon yazısını edir. 2012–2013-cü iiırədə YUNESKO təşkilatının əsası qoyulasmı ilə bağlı tədbirlər siyahısına, həmçinin "Arşın mal alan" komediyasınınm 100-illiyinin keçirilməsi də daxil edilmişdi. 2013-cü ildə Azərbaycanda operettanın yubileyinə həsr olunmuş dərgi keçirilir və burada 200-dən çox eksponat nümayiş etdirilir.
Xarici ölkələrdə səhnələşdirilməsi
Rusiyada səhnələşdirilməsi
1915–1916-cı illərdə "Arşın mal alan" Axtıda səhnələşdilirilir[26].
1916-cı ildə komediya Zayni Sultanov tərəfindən tatarcaya çevrilir. Sonra isə "Arşın mal alan" tatar teatrının repertuarına daxil edilir[27]. Komediyanın tatar dilində ilk səhnələşdirilməsi 1917-ci ildə əvvəllər Azərbaycan teatrının aparıcı artistlərindən biri olmuş məşhur Sara Baykinanın iştirkaı ilə Həştərxanda həyata keçirilir.
Bu spektakl görkəmli azərbaycanlı rejissor və aktyor Hüseyn Ərəblinski tərəfindən qurulur. Bundan sonra musiqili komediya Orenburqun (Orınbor), Ufanın və Kazanın tatar teatrlarında nümayiş etdirilməyə başlayır[28].
Ermənistanda səhnələşdirilməsi
1938-ci ildə İrəvanın Azərbaycan teatrının səhnəsində operetta Əli Şahabbaslı tərəfindən nümayiş etdirilir[29]. Həmçinin "Arşın mal alan" komediyasının nümayişini Akop Paronyan adına İrəvan dövlət musiqili komediya teatrı həyata keçirir.
1954-cı ildə operettanı (Saruxanyanın tərcüməsində) həmin teatrda Ermənistan SSR-nin xalq artisti Armen Qulakyan səhnələşdirir. Vəli və Telli rollarını ölkənin xalq artistləri Hayk və İzabella Danzas ifa edirlər. Ümumi olaraq İrəvan musiqili komediya teatrı operettanı 300 dəfə nümayiş etdirir[30]. 1954-cü ilin səhnələşdirilməsi İrəvandan başqa Ermənistanın digər şəhərlərində də göstərilir.
Gürcüstanda səhnələşdirilməsi
Operettanın Tiflisdə premyerası 1916-cı ildə baş tutur, rolları isə həvəskar artistlər ifa edir. Operettanın librettosunu gürcü dilinə Qiqoşvili tərcümə edir. Operettanın premyerasında sonralar onun peşəkar artistlər tərəfindən səhnələşdirilməsini təkid edən Vaso Abaşidze və İosif Jividze də iştirak edir. İlk dəfə peşəkar truppa tərəfindən "Arşın mal alan" 1917-ci ilin 4 fevral tarixində "Kazino" teatrının (hazırda Paliaşvili adına Dövlət akademik opera və balet teatrı) binasında səhnələşdirilir. Vəli rolunu İosif Jividzenin özü ifa edir. Onun sözlərinə görə, şəhər əhalisi arasında operetta böyük uğur qazanır[30]. Premyera günüdə teatrın önündə izdiham yaşanır.
Gürcü şair İosif Qrişaşvili xatirələrindən:
Gürcüstan cəmiyyəti görkəmli bəstəkar Üzeyir Hacıbəylini çoxdan və yaxşı tanıyır. Onun populyar "Arşın mal alan" komediyası Tiflisdə həvəskar-fəhlələr qrupunun səhnəsində nümayiş etidirlir və böyük uğur qazanır. Komediyanın səhnələşdirilməsində Gürcüstan səhnəsinin Vaso Abaşidze, Liza Çerkezişvili, Taso Abaşidze və s. kimi nümayəndələri iştirak edir[31].
Elə həmin il operetta böyük uğurla Gürcüstanın digər şəhərlərində peşəkar artistlər tərəfindən səhnələşdirilir. Məsələn, Kutaisidə onu 4 gün dalbadal səhnələşdirirlər. "Arşın mal alan"-ın ilk səhnələşdirilmələrində Ü.Hacıbəyli iştirak etmir. Lakin 1916-cı ildə Bakıda gürcü dilində nümayiş etdirilən operettanın dirijoru özü olur. 1918-ci ildə Bakıya qastrola gələn gürcülər milli operettaları ilə birlikdə "Arşın mal alan" komediyasını da səhnələşdirirlər. Ü.Hacıbəyli bu spektakla tamaşa edir, bitdikdən sonra isə səhnəyə qalxaraq Vaso Abaşidzeni və bütün aktyorları təbrik edir. Sovet dönəminədək operetta Gürcüstanda həmçin rus, türk və erməni dillərində də səhnələşdiriliridi.
1920–21 illərə təsadüf edən teatr mövsümündə "Arşın mal alan" yerli dramatik dərnəyin artistləri tərəfindən Ozurgetidə səhnələşdirilir. Səhnələşdirilmənin təşəbbüskarı Jividze, dirijoru isə gələcəkdə tanınmış bəstəkar və Tiflis konservatoriyasının rektoru olacaq gənc tələbə İona Tuskiya olur. O həmçinin komediyanın altyazı musiqisinin müəllifi idi. 1923-cü ilin aprel ayında Mir-Seyfəddin Kirmanşahlı Rustaveli adına teatrda operettanı səhnələşdirir[32].
1928-ci ildə gürcü rejissor Kote Marcanişvili operettanı yenidən Rustaveli adına teatrda nümayiş etdirmək istəyir. Bununla bağlı o, şair İosif Qrişaşviliyə librettonun gürcü dilinə yeni tərcüməsini ortaya qoyması barədə tapşırıq verir.
Lakin xəstəliyi ilə əlaqədar Moskvaya getməli olan Marcanişvili istəyini həyata keçirə bilmir. 1936–37-ci illərdə "Arşın mal alan" rejissor Qamrekelinin rəhbərliyi altında Dövlət musiqili teatrında səhnələşdirilir. Bu səhnələşdirmə sonralar uğurla Qori, Telavi, Sıqnağ kimi şəhərlərdə nümayiş etdirilir.
Mərkəzi Asiyada səhnələşdirilməsi
Bakı premyerasından sonra operetta Mərkəzi Asiyada da nümayiş etdirilməyə başlayır. İlk dəfə spektakl 1919-cu ildə Daşkəndin "Kolizey" teatrında göstərilir. Elə həmin ildə əslən bakılı Mirzə Həbib Axundzadə Səmərqənddə orada yaşayan azərbaycanlılardan truppa yaradır. 1921-ci ildə spektakl Buxarada nümayiş etdirilir[33]. 1921-ci ilin iyunun 20-də "Arşın mal alan" Bakı artistləri tərəfindən Aşqabadın Bahayi klubunda səhnələşdirilir. Rollarda Sidqi Ruhulla (Sultanbəy), Şəbustəri (Əsgər), Azəri (Süleyman), Xədicə-xanım (Gülçöhrə) çıxış edirlər[34].
1922-ci ilin aprelin 21-də operetta Daşkənddə özbək dövlət turppası tərəfindən "Rahat" bağında oynanılır[35]. Daha sonra komediya sentyabrın 24-ü özbək truppası və qafqazlı sazandari-musiqiçiləri tərəfindən Daşkəndin "Turan" teatrında səhnələşdirilir. Operettanın rejissoru, 1932-ci ildə Özbəkistan SSRİ-si xalq artsiti adına layiq görülmüş, Mannon Uyğur olur[36]. Sonrakı illərdə spektakl dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xorəzm və Səmərqənd səhnələrində nümayiş etdirilir. 1922-ci ilin avqustun 29-da Sidqi Ruhulla (Sultanbəy), Xədicə-xanım (Gülçöhrə), Əmir Dadaşlının (Vəli) rol aldığı operetta Xocəntdə göstərilir[37]. 1923-cü ilin yanvarında Ələkbər Hüseynzadə komediyanı Aşqabadda səhnələşdirir[38]. 1923-cü ilin mayın 31-də isə Səmərqənddə qoyulur və burada baş rolu Hüseynqulu Sarabski oynayır[39].
1934-cü ildə Leninabad teatrı ilk dəfə Stalinabadda (hazırkı Düşənbə) qastrol səfərində olur və özünü ən yaxşı quruluşları olduğu Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını göstərir[40]. 1935-ci ildə operetta Almatıda Uyğur dövlət teatrının səhnəsində nümayiş etdirilir. Qeyd edirlər ki, teatrın səhnəsində "dəbdəbəli musiqili komediya" uzun illər boyunca "uğurla nümayiş etdirilir" və uyğur tamaşaçılarının "böyük rəğbətini" qazanır[41]. 1938-ci ildə operetta növbəti dəfə Daşkənddə, 1940-cı ildə isə Frunzedə səhnələşdirilir. 1955-ci ildə "Arşın mal alan" Stalinabadda tacik dilində səhnələşdirilir.
1939-cu ildə Calal-Abad teatrının özbək bölümü kolxoz-sovxoz teatrlarının Moskvada keçirilən Ümumittifaq festivalı ərəfəsində "Arşın mal alan" komediyasını Qırğızstanda nümayiş etdirir[42]. Komediya qırğız dilində səhnələşdirilir və "qırğız musiqili teatrının qardaş respublikalarının zəngin mədəniyyətinin öyrənilməsi istiqamətində ilk genişmiqyaslı işi sayılır". Gülçöhrə obrazını isə Qırğızıstan SSR-nin xalq artsiti Maynur Mustayeva canlandırır[43].
2011-ci ilin martın 11-də Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkən Dövlət musiqili komediya teatrında operettanın rus dilində təqdimatı baş tutur. Spektaklın səhnələşdirilməsini teatrın bədii rəhbəri və baş rejissoru Sergey Kapriyelov həyata keçirir. Baş rolları Özbəkistanın xalq artisti Zinaida Solovyova və əməkdar artist Surat Artıkov ifa edirlər. 2013-cü ilin sentyabrında TÜRKSOY-un 20-illiyinin qeyd edilməsi çərçivəsində operettanın premyerası Qazaxıstan Milli İncəsənət Universitetin orqan zalında baş tutur[44]. 2014-cü ilin uyun ayında komediyanın premyerası Aşqabadda Puşkin adına rus dramatik teatrın səhnəsində baş tutur[45]. 2014-cü ilin oktyabrın 15-də operetta Azərbaycan musiqisi gecəsi çərçivəsində Bişkekdə Maldıbayev adına Qırğızıstan milli akademik teatrında nümayiş etdirilir. Sultanbəy rolunu Qırğızıstanın əməkdar artisti Kayımbek Kuskakov ifa edir, dirijorluğu isə ölkənin xalq artisti Jumakadır Kanimetov həyata keçirir[46].
ABŞ-də səhnələşdirilməsi
"Arşın mal alan" operettasının ABŞ-də səhnələşdirilməsi də böyük uğur qazanır. Səhnələşdirmə 1917-ci ildə baş tutur. "Molla Nəsrəddin" jurnalının 1917-cilin fevralın 16-dakı buraxılışında qeyd edilir:
Amerikanın Nyu-York şəhərinin qəzetlərinin birində "Arşın mal alan" operettasının ABŞ şəhərlərində səhnələşdirilməsi barədə yazılır[47].
1918-ci ilin sentyabrın 15-də "Millət" qəzetində Yusif bəy Vəzirov bu faktı təsdiq edir. O yazırdı:
Üzeyir bəyin "Arşın mal alan"ı hətta Amerika səhnələrində böyük uğur qazandı.
Çində səhnələşdirilməsi
1959-cu ilin mayın 30-da "Arşın mal alan" ilk dəfə olaraq Pekində, paytaxtın Mərkəzi eksperimental teatrında nümayiş etdirilir. Minlərlə insan spektakl izləmək istəyir. İnsanların sakitləşdirilməsi üçün teatrın direktoru operettanın bir həftə ərzində hər gün nümayiş etdiriləcəyinə söz verir. Premyera möhtəşəm uğur qazanır. Yerli mətbuat yazırdı ki, spektakl tamaşaçılara Azərbaycan operettasının özünəməxsusluğunu və gözəlyyini açır:
Bizi operettanın dərin milli xarakteri valeh etdi. Möcüzəvi musiqi tamtamına, aydın olaraq hər bir obrazı ayrılıqda önə çıxarır və eyni zamanda onları süjet xəttində bir-birinə bağlayır.
1959-cu ilin sonuna operettanı Çində artıq 3 peşəkar truppa səhnələşdirir. Yuxarıda qeyd edilən teatrdan başqa Uxan eksperimental opera teatrı və Tyanczin milli bədii teatrı bu əsəri nümayiş etdirir. Yerli mətbuat qeyd edirdi ki, operetta tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır. "Arşın mal alan" operettası Çində həmçinin 1991-ci ildə səhnələşdirilir.
2010-cu ilin 26 və 27 noyabr tarixlərində Azərbaycanın ÇXR-kı səfirliyinin təşəbbüsü və Azərbaycanın mədəniyyət və turizm naziriliyi, Azərbaycan opera və balet teatrı və Çin milli operasının dəstəyi ilə ölkədə komediyanın yeni səhnələşdirilməsi işıq üzü görür. Azərbaycan opera və balet teatrının baş rejissoru Hafiz Quliyev deyirdi:
İki həftə ərzində ABŞ, İtaliya və Rusiya kimi ölkələrdə təhsil almış çinli müğənnilərin iştirkaı ilə spektaklı çin dilində səhnələşdirməyi bacardıq… Spektakldan sonra Pekin operasının direktoru bizə yaxınlaşdı, və təşəkkür bildirərək, bundan sonra "Arşın mal alan" operettasının Çinin gənc nəsli tərəfindən tanınacağı ilə bağlı şad olduğunu bildirdi.
Digər ölkələrdə səhnələşdirilmələr
1940-cı ildə operetta Odessada nümayiş etdirilir.
1944-cü ilin noyabrın 7-si İkinci Dünya müharibəsi dövründə Misirin Ceneyfi (Qineyfa) adlı bölgəsində, Kiçik acı gölün yaxınlığında yerləşən 307 nömrəli tranzit düşərgəsində mayor Karasovun iştirakı ilə Sovet repatriantları tərəfindən formalaşdırılan alayın şəxsi heyəti Oktyabr inqilabı ilə bağlı parad təşkil edir. Bayramdan öncə isə, aralarında, böyük ehtimalla, çoxlu sayda azərbaycanlı olan repatriantlar düşərgədə Ü.Hacıbəylinin "Arşın mal alan" operettasını səhnələşdirirlər. Bu addım nəinki repatriantlar, həmçinin misirlilər arasında böyük uğur qazanır. Düşərgədə olmuş azərbaycanlı yazıçı Süleyman Vəliyev yazırdı:
Bizim spektakllara ətraf kəndlərin sakinləri toplaşırdı[48]. Biz ərəblərin küçədə gəzərkən Əsgər və Gülçöhrənin ariyalarını züm-zümə etdiklərini eşidirdik. Hətta balaca uşaqlar populyar Azərbaycan operettasının mahnılarını oxumağa çalışırdılar.
1954-cü ildə Venqers adına Belostok dövlət teatrında operetta polyak dilində nümayiş etirilir. Burada baş rolları Poreda və Voloşina ifa edirlər. 1985-ci ilin yanvarın 30-da Ankara dövlət opera və balet teatrında rejissor Həsənovun türkcə quraşdırdığı "Arşın mal alan" spektaklı göstərilir. 1993-cü ildə Mersin dövlət opera teatrında Nemətzadənin rejissor traktovkasında səhnələşdirilən "Arşın mal alan" Türkiyənin mədəni həyatında böyük bir hadisəyə çevrilir.
2006-cı ildə operetta ilk dəfə olaraq Vyanada nümayiş etdirilir. Səhnələşdirilmələr 27, 28 və 30 sentyabr tarixlərində həyata keçirilir. Səhnələşdirilmənin rəhbəri qismində Bakı musiqi akademiyasının rektoru Fərhad Bədəlbəyli, quruluşçu-rejissor qismində isə amerikalı rejissor Maykl Şnak çıxış edir. Rolları avstiyalı aktyorlar Aişa Lindsey (Gülçöhrə), İohano Lüto (Asya), Ramin Dustdar (Əsgər), Lin Yakus Russ (Sultanbəy), Volfqanq Şeyla (Vəli), Mixael Eberle (Süleyman) ifa edirlər. Ariyalar türk, rollar isə alman dilində ifa edilirdi. Tədbir Azərbaycanın mədəniyyət və turizm, gənclər və idman nazirlikləri və həmçinin ölkəmizin Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutur. Həmin ildə Avstiryada həmçinin Üzeyir Hacıbəylinin heykəlinin açılışı olur.
2011-ci ilin yanvar ayında operetta Minskdə Belorus dövlət akademik teatrın səhnəsində nümayiş etdirilir[49]. 2013-cü ilin sentyabrın 13-də isə operettanın nümayişi Ukraynanın Simferopol şəhərində yerləşən Qrım-tatar akademik musiqili-dramatik teatrın səhnəsində həyata keçirilir.
Operettanın qəhrəmanları
Rollar | İzah | Səs |
---|---|---|
Əsgər | gənc varlı tacir | Tenor |
Cahan | onun dul xalası | Metzo-soprano |
Süleyman | Əsgərin yoldaşı | Bariton |
Vəli | Əsgərin qulluqçusu | Tenor |
Sultanbəy | yaşlı müflis olmuş bəy | Bas |
Gülçöhrə | Sultanbəyin qızı | Soprano |
Asya | Sultanbəyin qardaşı qızı | Soprano |
Telli | Sultanbəyin qulluqçusu | Soprano |
Süjet
Birinci akt
Olay XIX əsrin sonunda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Şuşa şəhərində baş verir. Gənc tacir Əsgər darıxır və sıxılır. Xalası Cahan Əsgərin dərdinin nə olduğunu anlamır. Yalnız qulluqçusu Vəli, Əsgərin evlənmək istədiyini başa düşür. Bu arada müsəlman adət-ənənəsinə görə bəy gəlini toydan əvvəl görə bilməzdi. Lakin Əsgər gələcək həyat yoldaşını görüb onu sevəcəyi təqdirdə evlənməyə razıdır.
İkinci akt
Dostu Süleymanın məsləhəti ilə o arşın malçı libasını geyinib küçələri gəzir və müştəriləri "arşın mal alan" qışqıraraq cəlb edir, evlərə girir və orada qadınlar və qızlar üzlərini gizlətmədən satılan parçalara baxır. Əsgər bir çox ev gəzir, çoxlu sayda qız görür, lakin onların heç biri onun xoşuna gəlmir. Nəhayət o Sultanbəyin evinə gəlir. Bəyin qızı Gülçöhrə və Asya azadlığa çıxmağı arzulayır, lakin tanımadıqları adamlara ərə getməyi istəmirlər. Gülçöhrəni gördükdə Əsgər məhz bu qızı axtardığını anlayır. Öz növbəsində, Gülçöhrə də Əsgərə vurulur. Sultanbəyin isə Əsgərin xalası Cahandan xoşu gəlir, və Əsgər Sultanbəyin Gülçöhrəni ona verəcəyi təqdirdə xalasının Sultanbəyin həyat yoldaşı olmasına razılıq verəcəyini bildirir. Bu təklif Sultanbəyi hiddətləndirir və o arşın malçını həyətindən qovur.
Üçüncü akt
Suleyman yenə çıxış yolu tapır. O Sultanbəyin evinə gələrək Gülçöhrəni varlı tacir Əsgərə verməyi tövsiyə edir. Burada o Asyanı görür və ona vurulur. Sultanbəy qızını Əsgərə verməyə razılaşır, lakin arşın malçını sevən Gülçöhrə atasının sözündən çıxır. Təsadüfən Süleymanı görən Asya da, öz növbəsində ona vurulur. Əsgərin qulluqçusu Vəli isə Telli ilə görüşür və onu sevdiyini başa düşür.
Dördüncü akt
Gülçöhrəni Əsgərin evinə gətirirlər. O çadrasını çıxarır, boynuna dolayaraq özünü asmaq istəyir. Bu zaman səhnə arxasından arşın malçının mahnı sədaları gəlir. Gülçöhrə çaşbaş şəkildə musiqiyə qulaq asır, sonra isə çıxış tapa bilmədiyi otaqda vurnuxmağa başlayır. Gözlənilmədən otağa Əsgər daxil olur və Gülçöhrə onun arşın malçı olduğunu başa düşür. Dostların fərasətini qiymətləndirən Sultanbəy yenə Cahan üçün elçiliyə gedir, Telli isə Vəliyə ərə gəlməyə razılıq verir. Süleyman isə Asyanı istəyir. Sonda 4 toy mərasimi keçirirlir.
Tənqidi rəylər
İncəsənətşünas Fərəh Əliyevanın fikrinə görə, Ü.Hacıbəylinin çağdaşları musiqili komediyanı ölən adət-ənənələrə qarşı çağırış, azərbaycanlı qadınlarının müasirləşməsinə ismarış kimi qəbul etdilər. Əliyeva qeyd edir ki, "Arşın mal alanın" maraqlı süjeti görməkdən, sevməkdən və yalnız bundan sonra evlənməkdən ibarət motivə sahibdir.
Tənqidçi Metyü О’Brayanın fikrincə, bir yazıçı tərəfindən "ümid və optimizm" əsəri kimi qiymətləndirilmiş "Arşın mal alan" aydın şəkildə insanların özlərinə ər və ya arvad seçmə hüququnu müdafiə edir. Onun fikrincə, cəmiyyətə verilən məhz bu ismarış Bakı mətbuatında Hacıbəylini "qızları yanlış yola sürüməkə" ittiham edən tənqidlər dərc edilmişdi.
Hacıbəyliyə ən zidd mövqe tutan tənqidçilərdən biri Əhliyev-Mehdiyev "Arşın mal alanı" tənqid edərkən yazırdı:
Əgər biz uşaqlarımızı musiqili komediyalar üzərində tərbiyyə etsək bunun nəticəsi əxlaqsızlıqdan başqa bir şey olmayacaq.
Üzeyir Hacıbəyli 1938-ci ildə "Arşın mal alan" haqda yazdığı məqaləsində etiraf edir ki, onun işi kəskin şəkildə islama və onun ənənlərinə qarşı idi. Lakin, eyni zamanda, görkəmli bəstəkar qeyd edirdi ki, əsərin yazıldığı dönəmdə Azərbaycan qadını hətta ən elementar insan haqlarından məhrum idi[50].
Musiqişünas Viktor Qorodinski isə yazırdı:
Üzeyir Hacıbəyli tərəfindən milli musiqi tərzi və ladlarında bəstələnmiş şənlik və iti yumor hissinə malik mahnı motivləri qısa zamanda əsl xalq motivlərinə çevrilməyinə bacarır, özündə partlayıcı güc içərir və hər cür reaksionistə qorxu hissi yaşadırdı.
Musiqişünas Qubad Qasımovun fikrincə "Arşın mal alan" bu janr üzrə dünya klassikası nümunələri ilə eyni pillədə durur.
İncəsənətşünaslar Nigar Əliyeva və Boris Zabolotskix hesab edirlər ki, "Arşın mal alan" Üzeyir Hacıbəylinin yaradıcılıq fəaliyyətində yeni keyfiyyətli dövrün başlanğıcı olur.
Məşhur polşalı dramaturq Sergey Povolotski yazırdı:
Mən ilk dəfə Əsgərin ariyasını möhtəşəm müğənni Rəşid Behbudovun ifasında qulaq asmışam. Sonra isə R.Behbudovun baş rolda çəkildiyi "Arşın mal alan" filminə baxdım. Mən bu əsərə vurulmuşdum. Bir müddət sonra hamı tərəfindən sevilən müğənni növbəti dəfə Polşaya qastrola gəlir. Bu dəfə mən Əsəgrin ariyasına artıq polyak dilində qulaq asdım. Növbəti konsertdən sonra Rəşid Behbudova yaxınlaşdım və ona "Arşın mal alanı" polyak dilinə çevirmək istədiyimi bildirdim. Müğənni mənim istəyimi müsbət qarşıladı…
Operettada musiqi
İncəsənətşünas Fərəh Əliyeva qeyd edirdi ki, "Arşın mal alan" komediyasında Üzeyir Hacıbəyli xalq-mahnı və muğam havalarını sintez edən parlaq, özünəməxsus vokal stili yaratmışdı. Komediyada Avropa klassikasından gələn kantilentlik ənənəsi və milli melodika uzlaşır.
F.Əliyevanın fikrincə, "Arşın mal alan" operettasının bədii-ifadəli başlanğıcını musiqi təşkil edir, onun dramaturji rolu isə müəyyən edici xəttdir. Arşın malçının II aktdakı məşhur nəğməsinə əsaslanan sevginin leytmotivi musiqinin təsviri-yüksələn vahidliyinə zəmin yaradır. Dahi bəstəkar əsas musiqili-səhnə forması qismində ariyanı seçir və ənənəvi bəndlikdən imtina edir.
Musiqişünas Elmira Abasovanın sözlərinə inansaq, "Arşın mal alan" operettasında musiqinin dramaturji funksiyası bəstəkarın əvvəlki komediyaları ilə müqayisədə daha mürəkkəb və genişdir. O aktı arxasınca aparır və aparıcı rolların açılmasına xidmət edir. Bu komediyada Ü.hacıbəyli ilk dəfə lirik sahəni geniş və çoxşaxəli tərzdə istifadə edir. Abbasova qeyd edir ki, "Arşın mal alanı" bəstəkarın ənənəvi oprettalarından təsviri tərkibin dərinliyi və, baş qəhrəmanları xarakterizə edən musiqinin inkişafının miqyasları fərqləndirir[51].
Bitmiş musiqili hissəciklərin cəmləşdirilməsindən imtina edən dahi bəstəkar, buna baxmayaraq, operettada "nömrə" strukturu prinsipini qoruyub saxlamağa nail olur. Əsərdə Ü.Hacıbəylinin intonasyon-tematik vahidliyi əldə etmək istəyi sezilir. Əsərdə baş rollardan biri, Abasovanın sevgi nəğməsi adlandırdığı, Əsgərin II aktda ifa etdiyi nəğməsinə aiddir. Digər komediyalarından fərqli olaraq, bəstəkar bu əsərində fəal olaraq sevgi mövzusunu inkişaf etdirir. Əsgərin nəğməsinin intonasiya bünövrəsini Hacıbəylinin təşəbbüsü sayəsində oxumalı, lirik xarakterə bürünmüş mal satanların qışqırıqları təşkil edir.
Üzeyir Hacıbəyli "Arşın mal alan" operettasında bir qəhrəmanın partiyası çərçivəsində intonasiya bağlılığı üslubundan istifadə edir. Bunu, Elmira Abasovanın qeyd etdiyi kimi, birtipli intonasiyalara bürünmüş, Gülçöhrənin xüsusiyyətinə aid etmək olar. Musiqişünas Xanlar Məlikov isə "Üzeyir Hacıbəylinin musiqili komediyalarının üslubunun və dramaturqiyasının xüsusiyyətləri" kitabında Gülçöhrə və Əsgərin musiqi xüsusiyyətlərinin intonasiya ümumiliyinə diqqət yetirir.
Qalan qəhərəmanların obrazları janr-məişət üslubunda ifadə edilib. Burada şən mahnılar və rəqslər, şənlik, komik kolorit və səhnə olayını görmək olar. Onların içində Cahanın bəndlərini, Süleyman bəyin mahnısını, Vəli və Tellinin duetini, qulluqçuların gülməli sevgi açıqlaması səhnəsini qeyd etmək olar. Qulluqçuların bir-birinə sevgilərini açıqlaması səhnəsini Elmira Abasova unikal sayır[52].
Komediyanın hadisəsi dinamik inkişaf edir. Komediyada fon, şərh nömrələri yoxdur. Milli ruhu isə yalnız II aktdakı qızların xoru yaradır. Elmira Abasovanın fikrincə buna səbəb, Hacıbəylinin ilk növbədə lirik xətti önə çəkmək istəyi idi. Hətta klavirdə toy səhnəsi tək rəqs epizodu ilə təqdim edilib və üvertura onun materialı üzərində qurulur.
"Arşın mal alan" operettasının musiqisinin milli folklorla mühüm və dərin bağları var. Dahi bəstəkar çox incə tərzdə Azərbaycan milli rəqslərinin və musiqilərinin intonasiyalarını əsərində canlandırır. Məsələn, "Qalanın dibində" xalq mahnısı II aktında qız xoru tərəfindən ifa edilir, "Canlar içində canım ay" mahnısı – Sultanbəyin bəndlərində səslənir, "Tərəkəmə"rəqsinin intonasiyası Asyanın rəqsində sezilir, üvertüranın əsas mövzusunda isə "Boynunda var sarılıq" mahnısının intonasiyaları canlandırılır. Musiqisi muğam üslubunun əsasında yaranan "Canlar içindəki canım ay" mahnısı Hacıbəylinin tam olaraq istifadə etdiyi yeganə xalq musiqisi sayılır.
Musiqişünas Zemfira Səfərovanın fikrinə görə, "Arşın mal alan" komdeiyasında bəstəkarımız peşəkar şəkildə milli musiqinin ruhunu canlandırır. Əsəri komik opera adlandıran musiqişünas Abram Qozenpud yazırdı:
Hacıbəylinin operasında orqanik olaraq milli melos, lirika,canlı və tipik xarakterlərin canlandırılmasında janr rəngləri uyuşur. Musiqi xalq mənbəsindən çıxdığı üçün, onun melodiyaları da milliləşir. Bəstəkar-dramaturq həqiqətə uyğun şəkildə köhnə Bakının özünəməxsusluğunu ifadə etməyi bacarıb. Və, janra əsasən hər şeyin yaxşı qurtarmasına baxmayaraq, müəllif göstərir ki, əks halda qəhrəmanların aqibəti bu qədər də ürəkaçan olmaya bilərdi.
"Arşın mal alan"-ın melodiyaları konsert transkripsiyalarının yaranmasına da töhfə verir və onların içində ən yaxşısı Nina Karnitskyanın "Skripka və fortepiano üçün fantaziya" əsəri sayılır[53].
Qəhrəmanların xarakterləri
Komediyada mənfi qəhrəman yoxdur. "Arşın mal alan" operettasının qəhrəmanları cütlüklərə ayrılıb. Bu cütlüklərdən hər biri cəmiyyətin müəyyən təbəqəsini təmsil edir. Onlar bir-birindən bir çox xüsusiyyətə görə fərqlənirlər.
Bununla birgə, musiqişünas Elmira Abasovanın fikrinə əsasən, onların hamısı evlilik və ailə probleminin çözülməsində iştirak edirlər, fəal olaraq və ya altdan bilikli olaraq dinin ənənələrinə qarşı çıxırlar. "Arşın mal alan"-ı "O olmasın, bu olsun" və "Ər və arvad" əsərlərindən fərqləndirən ideya budur.
Əsgər və Gülçöhrə
Önə əsərin baş qəhrəmanları olan Əsgər və Gülçöhrə çəkilir. Onların aqibəti və sevgisi operettanın süjet kanvasında baş xəttin əsasını təşkil edir. İncəsənətşünas Fərəh Əliyeva iddia edir ki, Əsgər və Gülçöhrə iradəli şəkildə qarışılıqlı sevgi haqlarını müdafiə edirlər: Onlar ilhamlanıblar, romantikdirlər, zümrə mövhumatlarından uzaqdırlar. Öz sevgiləri yolunda hər şeyə hazırdırlar.
Əsgərin yeniləşmənin tərəfdarı kimi qələmə verilməsini yanlışlıq sayan Üzeyir Hacıbəyli 11 aprel 1938-ci il tarixində "Kommunist" qəzetində çap edilmiş "Arşın mal alan" haqda qeydlər" məqaləsində yazırdı:
Bu əsərdə öz hərəkətlərinin ifşa olunmasını sezən cəmiyyətin başında duran burjuaziya, zərbəni özündən uzaqlaşdırmaq üçün, camaata "Arşın mal alan"-ın ideyasının tamamilə əksini izah etməyə başlayır. Bəziləri Əsgəri aydın müasirləşmə tərəfdarı kimi qələmə verərək ideallaşdırırdı. Amma bu tamamilə yanlış izahdır. Əsgər hər şeyə tacir gözü ilə yanaşan bir adamdır. Əgər o evlənmək istəyrisə, yalnız xanımı görəndən sonra bunu edir və bu yenilikçi olduğuna görə yox, məsələyə tacir kimi yanaşdığından irəli gəlir. O, satdığı parçası kimi alacağı qızı qiymətləndirir: parça yaxşı və ya zay olduğu kimi, qız da kor, topal, ona yaraşmayan ola bilər. Məhz buna görə, tacir "malı" gördükdən sonra onu almaq fikirnə düşür. Bundan əlavə, qız gərək müvafiq ailədən ola.
Əsgər rolunu oynamış Rəşid Behbudovun fikrinə görə tacir Əsgər öz dönəminin minlərcə arşın malçısının tipik obrazıdır. Görkəmli müğənni əsəri hətta "o dönəmin ensiklopediyası" adlandırırdı.
Musiqişünas Elmira Abasova yazır ki, dərin və vəfalı sevgi yaşayan Asgər və Gülçöhrə öz xoşbəxtlikləri uğrunda mübarizə aparır. Onun fikrincə, Əsgər və Gülçöhrə Sərvər və Gülnazın ("O olmasın, bu olsun") fəal "varisləridir". Əsgər, Sərvər kimi qəti və qorxmazdır, lakin daha daha xəyalpərəstdir, öz zəngin evində darıxır. E.Abasovanın sözlərinə görü, onun həyatındakı boşluğu yalnız əsl, böyük sevgi doldura bilər. Əsgər şikayət edir: Biz çətinliksiz böyüdük, Allaha şükür, varlıyıq, lakin ürək sakitləşmir: daha nə isə istəyir.
Gülçöhrəni isə dərin sıxıntı, ata evində bağlı qapılar arxasında davam edən həyatdan məmnun olmamaq fərqləndirir. Abasovanın fikrincə, incə və poetik Gülçöhrə özündə oturuşmuş zümrə mövhümatına qarşı mübarizə aparmağa böyük, qarşısıalınmayan bir güc tapıır. O kasıb və əsilsiz arşın-malçıya qarşı sevgisini gizlətmir. Qız ölümü məcburi evlilikdən üstün tutur[54].
Süleyman və Asya
Fərəh Əliyeva qeyd edir ki, daha sakit və təmkinli Süleyman və Asya da xoşbəxtlik haqda xəyallara dalırlar, lakin ailə ənənələri çərçivəsində. Süleyman və Asya da qarşılıqlı xoşbəxtlik haqda düşünür, amma əsas qəhrəmanların romantik cəhətdən qalxınmasını balansda saxlayır. Musiqişünas Elmira Abasovanın fikrinə görə, Asya hələ də müsəlman dünyasının ənənələrinin ağuşunda qalır. Lakin o he, vaxt səfil arşın malçını sevə bilməzdi. Üzeyir Hacıbəyli Süleymanın xarakteri haqda yazırdı: Əsgərin dostu Süleyman da tacirdir. Amma daha bacarıqlı, işbaz, kələk ustası olması ilə fərqlənir.
Vəli və Telli
Fərəh Əliyeva, digərləri kimi sevgi və xoşbəxtlik arzusunda olan Vəli və Telli obrazlarını, ağıllı, şən, gözüaçıq və tədbirli qulluqçu kimi alqılayır. Telli obrazının kəşfinə müəyyən töhfəni aktrisa Həqiqət Rzayeva verib. Qubad Qasımov onun elçilik və toy haqda hekayəsini, həmçinin nişanlısı üçün darıxan qızın darıxması haqda gülməli vokal ifasını spektaklın ən maraqlı səhnələrindən biri sayır.
Elmira Abasova qeyd edir ki, Vəli və Telli fərasətli, ürəyiaçıq və gülərüzlü qulluqçulardır. Onun sözlərinə inansaq, dahi bəstəkarımız bu obrazları janr dəqiqliyi və bədii koloritlə kəşf edib. Obrazlarında mahiranə və özünəməxsus şəkildə sezilən xalqımızın fərdlərinin xüsusiyyətləri onları publikanın sevimlilərinə çevirir. Bu cütlük komediyanın məğzinə daha dərin məna əlavə edir: üçüncü zümrənin insanların da sevgi və azad hisslər yaşamaq haqqı var. Məsələn, bəstəkarımızın ilk iki musiqili komediyasında qulluqçular Gülpəri və Sənəm özlərini qurban verərək uğursuz evliliyə razılaşırdılar.
Sultanbəy və Cahan
Fərəh Əliyeva Cahan və Sultanbəy obrazını "köhnə dönəmin" nümayəndələri kimi önə çəkir. Onlar uzun əsrlər boyu sürən həyat tərzinin dəyişməsi mümkünlüyün belə ağlından keçirmirlər. Amma, bununla birgə, onlar da ailə sədəti və rahat bir yuva arzulayırlar. Bunu Sultanbəyin 3 manat pul, bir molla və bir kəllə qənd, vəssalam cümləsi təsdiq edir. Qubad Qasımov Cahan xalanı feodal həyat tərzinin təcəssümü kimi qəbul edir. Hacıbəylinin, Sultanbəyi, müəllimlərə, həkimlərə, mühəndislərə yuxarıdan aşağı baxan konservativ və ən adi zadəgan bir obraz kimi yaratmağına baxmayaraq, bu rolu ifa edən artistlər bu obrazı gülünc obyekti etməyə çalışmır, mənfi cəhətlərlə birgə əsl bəyə xas olan müsbət xüsusiyyətləri də əks etdirirdilər. Üzeyir Hacıbəyli "Arşın mal alan" haqda qeydlər" adlı məqaləsində yazırdı:
Sıravi Qarabağ zadəganının konservatizmi o həddə çatır ki, o müəllimlərə, həkimlərə, mühəndislərə yuxarıdan aşağı baxır. Bu insanların yüksək dairələrdə olmalarına baxmayaraq, nəcib olmaya bilərdilər. Məhz buna görə Sultanbəy onlardan uzaq durur və vaxtını ətirçi Mirzə Hüseynin dükanında keçirir. Onun Hacı Mürsəl kimi tacirlər daha xoşdur. 1919-cu il yanvarın 10-da Üzeyir Hacıbəyli "Azərbaycan" qəzetində Mizrab təxəllüsü altında Ələkbər Hüseynzadənin Sultanbəy rolunu ifa etməsi haqda yazırdı:
Artistik istedadı danılmaz olan cənab Hüseynzadə, Azərbaycan bəylərin əksər hissəsinin xüsusiyyətini əks etdirən Sultanbəy obrazını elə canlandırdı ki, müəllif tərəfindən şərh edilən "tip" tamamilə yox oldu.
Əzazil, şıltaq, dardüşüncəli Sultanbəyi və Cahan xalanı Elmira Abasova da köhnə dövrə bağlı olan bir obrazlar kimi qəbul edir. Cahan Əsgərin kədərini anlamır. Lakin onun fəndcil hoqqası Cahanın xoşuna gəlir. Sultanbəyi gördükdə isə, Cahan xala tələb olunan qaydalara zidd olaraq öz üzünü açıb ona göstərir. Abasova bu səhnəni komediyanın ideyasının açılmasında mərkəz səhnələrdən bir sayır, çünki o barışmaz satirik gülüşlə doludur.
Operettanın ekranlaşdırılması
İlk ekranlaşdırılmalar
"Arşın mal alan" operettasını 4 dəfə ekranlaşdırıblar[55]. Birinci ekranlaşdırma 1916-cı ildə Rusiyada Piron qardaşlarının "Film" adlı səhmdar cəmiyyətinin studiyasında həyata keçirirlib. Rejissoru Boris Svetlovun olduğu bu filmdə Hüseynqulu Sarabski (Əsgər), Əhmədağa Ağdamski (Gülçöhrə), Mirzə Ağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Sultanbəy), Y.Nərimanova (Cahan xala) və s. çəkiliblər. Film səssiz olub, səhnənin arxasında müğənillər və Azərbaycan musiqi alətləri ansamblı yerləşdirilmişdi. Cabbar Qaryağdıoğlu və digər məşhur müğənnilər pyes gedişatında mahnılar ifa edirlər[56].
Növbəti ekranlaşdırma 1917-ci ildə Peterburqda baş tutur. Onun aqibəti qalmaqallı olur. Peterburqlu rejissor Belyakov operettanı Üzeyir Hacıbəylinin icazəsi olmadan çəkir. 1917-ci ilin ilk günlərindən qəzetlərdə yanvarın 3-dən başlayaraq "Arşın mal alan" filminin Bakının "Forum" kinoteatrında nümayiş etdiriləcəyi barədə elanlar çap edilməyə başlayır. Birinci nümayiş baş tutur, lakin bu haqda xəbər tutan bəstəkar vəkili Əlimərdan bəy Topçubaşovla birgə qradonaçalnik Kovalyovun yanına gələrək müəllifin icazəsi və razılığı olmadan çəkilən filmin nümayişinin dayandırılmasını xahiş edir. Kovalyov "Forum" teatrının direktoru Andreyevin adına əmr imzalayaraq filmi nümayişdən çıxarmağı tələb edir. 1917-ci ilin yanvarın 4-də bütün biletlərin satılmasına baxmayaraq film nümayiş etdirilmir.
1918-ci ildə "Xanjonkov və KO" firması operettanı çəkmək istəyir, lakin Üzeyir Hacıbəyli buna razılıq vermədiyi üçün bu təşəbbüs baş tutmur[57]. Azərbaycan Xalq Cumhuriyyətinin dönəmində "Pate qardaşları" fransız firması İstanbul vasitəsi ilə Azərbaycanın incəsənət xadimlərinə yol taparaq "Arşın mal alan" operettasını ekranlaşdırmağı təklif edirlər. Lakin Sovet istlası səbəbindən bu birgə layihə uğursuzluğa düçar olur.
1945-ci il ekranlaşdırılması
1943-cü ildə Tehran konfransı zamanı İrana mədəni proqramla azərbaycanlı artistlər də gəlirlər. Onlar təsadüfən Hollivudda çəkilmiş "Arşın mal alan" filminin nümayişində olurlar. Filmdən sonar onlar titrlərdə filmin rejissorunun Tiqranov, ssenari və musiqi müəllifinin isə Maqalyanın olduğu haqda yazıları oxuyurlar. Artistlər bunu Üzeyir Hacıbəyliyə çatdırırlar. O isə, "Arşın mal alan" operettasının Stalinin xoşuna gəldiyini bilərək, onun adına etiraz ünvanlayır. Qısa zamanda dahi bəstəkar Stalindən Təklif edirəm bizim öz, əsl Sovet "Arşın mal alan" filmini çəkək yazılı teleqram alır[58].
1945-ci ildə Stalinin göstərişi ilə Azərbaycanda əsər ekranlaşdırılır. Filmin ssenarisini Sabit Rəhman yazır, quruluşçu-rejissor vəzifələrinə isə Rza Təhmasib və Nikolay Leşenko təyin olunur. Bu işə cavabdehlik Mircəfər Bağırova həvalə edilir. Baş rollara artistlərin axtarışı başlayır. Bu zaman Rəşid Behbudov Bakıya qastrol səfəri ilə gəlir. Üzeyir Hacıbəyli, Rza Təhmasib və Nikolay Leşenko onun konsertində olurlar. R.Behbudov öz konsert repertuarına "Arşın mal alan"-dan iki musiqi nömrəsi — etmişdi – Əsgər və Vəlinin ifa etdikləri mahnıları daxil etmişdi. Əsgərin ariyasını Rəşidin ifasında qulaq asandan sonra (müğənni başına atasının qarakül papağını taxaraq ifa edərdi) onlar müğənnini kinoda çəkmək qərarına gəlirlər. Konsertdən sonra ona yaxınlaşan yaradıcı qrupun iştirakçıları, sevinərək "Axır ki tapdır…qarşımızda əsl tacir Əsgər durur!" deyirlər.
Gülçöhrə roluna Leyla Cavanşirova dəvət edilir. Lakin ilk öncə 20 yaşlı rəqqasə çəkiliş qrupunun xoşuna gəlmir. Lakin Leyla filmdə çəkilməyi çox istəyirdi və bu səbəbdən Üzeyir Hacıbəylinin yanına gələrək, gözünün yaşını tökür, Gülçöhrə rolunda çəkilməyi arzuladığını və bunun üçün hər bir çətinliyə qatlanmağa, gecə-gündüz işləməyə hazır olduğunu bildirir. Bəstəkar isə rejissorlardan qızı təkrar "baxmağı" xahiş edir.
Filmin ssenarisi 1944-cü ilin martın 22-də Moskvada təsdiq olunur. Film Bakı kinostudiyası tərəfindən türk və rus dillərində çəkilməyə başlayır[59]. Filmin çəkilişləri Mərdəkanda aparılmışdı. Rəşid Behbudonun sözlərinə görə, Bakı camaatı film çəkildiyini eşitdikdə sandıqlraından ailə relikviyalarını –bəy interyeinə layiq olan qab-qacaqları, paltarları çıxararaq çəkiliş meydançasına gətirirdilər. Buna görə də, bütün rekvizitlər – qızıl portsiqar, dəbdəbəli paltarlar, bəzək əşyaları, mebel, qab-qacaq hamısı doğurçu idi. Sonralar Behbudov yadına salırdı:
Mən bu şən komediyada böyük həvəslə çəkilməyə başladım. Məni həddindən artıq öhdəlikli iş gözləyirdi…öz rolumu iki dildə ifa etməyə məcbur idim. Elə günlər olurdu ki, mən çəkilişlərdə iştirak etmirdim, lakin çəkiliş meydançasına gələrək bacardığım köməyi etməyə çalışırdım. Amma əsas məqsədim bu deyildi: mən özümü Əsgərin düşdüyü vəziyyətdə hiss etmək istəyridim. Atam deyərdi: "Oğul, mən balaca olarkən, atam məni parça satmağa göndərərdi…". Təsadüfə baxın, atam uşaqlıqda əsl arşın malçı olmuşdu, mən isə ekranda…
Asya roluna Gənc tamaşaçılar teatrının cavan aktrisası Rahilə Məlikova təyin olunur. Filmdə qalan rolları Lütfəli İmanov (Vəli), İsmayıl Əfəndiyev (Süleyman), Fatma Mehrəliyeva (Telli), Münəvvər Kələntərli (Cahan) və Ələkbər Hüseynzadə (Sultanbəy) ifa edirlər.
"O olmasın, bu olsun" filmində isə Məşədi İbad rolunu Mirzə Ağa Əliyev ifa edir. İlk olaraq film sovet senzurası tərəfindən bəyənilməmişdi və onun nümayişinə qadağa qoyulmuşdu. 1945-ci ilin iyulun 5-də filmin yoxlanması zamanı Moskva komissiyasının üzvləri arasında münaqişə yaranır. Üzvlərdən biri filmi tənqid edərək yaradıcı qrupu Sibirə sürgünlə hədələyir. Toplantıda "bu bəy-xan həyat tərzini ideallaşdırılmasıdır", "çəkiliş rəklama bənzəyir", "bu filmi çəkməklə nə məqsəd güdürdünüz?", "demək istəyrisiniz ki inqilabdan öncə həyat bu qədər gözəl idi?" kimi ifadələr səslənirdi. Lakin, bəddi şuranın fikri ilə razı olmayan və filmin dünya miqyasında məşhur olacağını hesa b edən Sergey Eyzenşteyn, filmn Stalinə nümayiş etdirilməsinə nail olur və o, filmi bəyənir. Stalin bəyəndikdən sonra film SSRİ səviyyəsində nümayiş etdirilməyə başlayır və əsərin yaradıcı kollektivi Stalin premiyası ilə mükafatlandırılır.
Bu film 136 ölkədə nümayiş olunur və 86 dilə dublyaj edilir. Təkcə SSRİ-də filmə 16 milyondan çox tamaşaçı baxır. Filmin büdcəsi 5 milyon 807 min rubl təşkil etdiyi halda, gəliri 5 milyard rublu aşır. Amerikalı tarixçi Maykl Smit öz "Sovet şərqinin" kinematoqrafı" məqaləsində yazırdı:
Xalq respublikalarında tamaşaçılara orta əsrlərin şair və müğnilləri, uğursuz sevgi haqda gözəl hekayələr nümayiş etdirilirdi. Bu filmlər gec stalinizmin neo-folklor üslubunda idilər. Xəlqili yenə təsdiqini tapmışdı. Azərbaycan bu janra "Arşın mal alan" musiqili şedevri ilə töhfə vermişdi.
Film Mao Tszedunun da xoşuna gəlir və o Çində filmin "Yorğan altında sevgi" (çinlilər çadranı yorğan adlandırırdılar) adlı öz versiyasını çəkməyi əmr edir. Film 1952-ci ildə çəkilir. Rəşid Behbudov Çinə qastrol səfərinə gələrək çin dilində oxuduqdan sonra Mao o qədər təsirlənir ki, müğənnidən qastrollarını daha 3 ay ərzində uzatmağı xahiş edir. O zaman konsertlərə 8 milyondan çox insan gəlir.
2013-cü ildə Heydər Əliyev Fonunun təşəbbüsü və dəstəyi ilə film restavrasiya edilir və rəngli versiyaya keçirilir. Hollivud mütəxəssisləri 1 il ərzində bərpa ilə məşğul olurlar.
1965-ci il ekranlaşdırılması
1965-ci ildə SSRİ-nin "Soyuzeksportkino" təşkilatı, Rəşid Behbudovun da çəkildiyi 1945-ci ilin "Arşın mal alan" filminin böyük gəlir gətirdiyini nəzərə alaraq, Bakı kinostudiyasına filmin yeni, rəngli variantını sifariş edir. Beləliklə, əsər rejissor Tofiq Tağızadə tərəfindən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bir daha ekranlaşdırılır. Bu film öncəki versiyası qədər rəğbət qazanmır, lakin texniki təminat baxımından daha mükəmməl olur. Bu filmdə baş rolları Həsən Məmmədov (Əsgər), Leyla Şıxlinskaya (Gülçöhrə), Hacımurad Yagizarov (Süleyman), Ağadadaş Qurbanov (Sultanbəy), Nəcibə Məlikova (Cahan), Tələt Rəhmanov (Vəli), Mövsün Sənani və başqaları ifa edirlər. Filmin musiqi redaktoru Fikrət Əmirov olur.
İstinadlar
- "PROPOSALS FOR THE CELEBRATIONS OF ANNIVERSARIES WITH WHICH UNESCO COULD BE ASSOCIATED IN 2012–2013, AND APPEALS BY MEMBER STATES CONCERNING THEIR PROPOSALS". 2013-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-10.
- "Seyid Yəhya Bakuviyə həsr edilmiş tədbir keçirib". 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-10.
- Касимов, 1985, с. 288.
- Михеева Л., Орелович А.. В мире оперетты. Путеводитель. — Советский композитор, Ленинградское отделение, 1982. — С. 149. — 311 с.
- X.Ağayeva. Üzeyir Hacıbəyov. Bakı, 1955, cəh. 55
- Культура. Аршин мал алан. (рус.). АиФ, Газета. Проверено 18 июня 2010. Архивировано 19 августа 2011 года.
- Аршин мал алан (клавир) — Ария Аскера. arshin.musigi-dunya.az.
- Аршин мал алан (клавир) — Куплеты и танец Джахан. arshin.musigi-dunya.az.
- Каджар Ч.. Старая Шуша / Ред.: Ф.Мамедова; В.Кулиев; Предисловие: М. Алиева.. — Баку, Шерг-Герб, 2007. — С. 333. — ISBN 9789952340969.
- Сарабский, 1968, с. 189.
- Гусейнов А. Первая оперетта Российской империи // "Region Plus". — 15 ноября 2011.
- Мамедова М. Аршин Мал Алан, или как Сталин приказал "Голливуд переплюнуть" // Труд : газета. — 17 Апреля 2003.
- Алиева С. Всемирное признание "Аршин мал алан". ЮНЕСКО отпразднует 100-летие знаменитой азербайджанской оперетты // Зеркало : газета. — 29 апреля 2011. — С. 8.
- "Üzeyir Hacıbəyov-125" (PDF). 2020-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-01.
- ""Arşın mal alan" adlı sənət incisi". 2013-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-01.
- "Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri. İki cilddə. 1 cild. Bakı, "Şərq-Qərb", 2005, 408 səh" (PDF). 2022-03-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-01.
- Абасова, 1975, с. 62.
- Абасова, 1975, с. 63.
- Азизбекова, 1978, с. 82.
- Атакишиева, 2004, с. 271.
- Касимов, 1985, с. 289.
- Абасова, 1975, с. 77.
- Библиография, 2009, с. 11.
- Касимов, 1985, с. 290.
- Библиография, 2009, с. 41.
- Зульпукарова Э. М. Формирование и деятельность Дагестанской интеллигенции: конец XIX-середина XX века. — Махачкала: Юпитер, 2003. — С. 217. — 364 с.
- Гайнуллин М. Х. Взаимосвязь и взаимовлияние литератур // Актуальные проблемы советского литературоведения. — Б., 1974. — С. 114.
- Белялов Р. Воспоминание // Слово об Узеире Гаджибекове / Составитель и автор комментариев Ахмед Исазаде, Редакторы Фикрет Амиров, Кубад Касимов. — Б.: Элм, 1985. — С. 42.
- Шаһсабаһлы / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 478.
- Азизбекова, 1978, с. 83.
- Азизбекова, 1978, с. 84.
- Летопись, 1983, с. 130.
- Кенгерли Г. В Ташкенте прошла презентация оперетты "Аршин мал алан" на русском языке // Азертадж. — 18 марта 2011.
- Летопись, 1983, с. 38.
- Летопись, 1983, с. 69.
- Летопись, 1983, с. 83.
- Летопись, 1983, с. 82.
- Летопись, 1983, с. 102.
- Летопись, 1983, с. 135.
- Нуренов Н. Таджикский театр. Очерк истории. — М.: Искусство, 1968. — С. 85. — 261 с.
- Валитова А. Книга о возрождённом народе // Литературный Азербайджан. — Издательство Союза советских писателей Азербайджана, 1977. — С. 140.
- История киргизского искусства: Краткий очерк. — Илим, 1971. — С. 131. — 407 с.
- История киргизского искусства: Краткий очерк. — Илим, 1971. — С. 113. — 407 с.
- В Астане состоялась премьера оперетты Узеира Гаджибейли // Kapital.kz. — 14 сентября 2013.
- Аршин мал алан на ашхабадской сцене // Хроника Туркменистана. — 13 июня 2014.
- Легендарная оперетта "Аршин мал алан" добралась до Бишкека // АМОР. — 15 октября 2014.
- Шахверди К. "Аршинные" успехи "…мал алана" // Наследие : журнал. — 2003. — № 8. — С. 42–46.
- фрика во Второй мировой войне. — М.: Институт Африки РАН, 2005. — С. 31. — 227 с.
- Чичкин А. "Аршин мал алан" поставили в Минске // Российская газета. — 27 января 2011.
- Mathew O'Brien. Uzeir Hajibeyov and his role in the development of musical life in Azerbaijan / Edited by Neil Edmunds. — Soviet music and society under Lenin and Stalin: the baton and sickle: Routledge Curzon, 2004. — С. 215. — ISBN ISBN 0-415-30219-6, 9780415302197.
- Абасова, 1975, с. 65.
- Абасова, 1975, с. 70.
- Гозенпуд А. Краткий оперный словарь. — К.: Музычна Украïна, 1986. — С. 31–32. — 247 с.
- Абасова, 1975, с. 64.
- ↑ Friedrich Blume. Die Musik in Geschichte und Gegenwart: allgemeine Enzyklopädie der Musik. — Bärenreiter-Verlag, 1979. — 398 с.
- Вечная любовь не стареет. Музыкальная комедия "Аршин мал алан" (рус.). Azeri.ru. Проверено 18 июня 2010. Архивировано 19 августа 2011 года.
- Шахверди К. "Аршинные" успехи "…мал алана" // Наследие : журнал. — 2002. — № 4. — С. 36–38.
- Культура / Аршин мал алан (рус.). Газета "Аргументы и Факты". Проверено 30 июня 2010. Архивировано 19 августа 2011 года.
- Кязымзаде А. Вторая жизнь "Аршин мал алана" // "Каспий" : газета. — 2013.