Arşın mal alan (film, 1917)
Arşın mal alan tammetrajlı bədii filmi[2] rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir.
Arşın mal alan | |
---|---|
Janr | komediya |
Rejissor | Boris Svetlov |
Əsərin müəllifi | Üzeyir Hacıbəyov |
Ssenari müəllifi | |
Baş rollarda |
Hüseynqulu Sarabski Əhməd Ağdamski Ələkbər Hüseynzadə Yunis Nərimanov Mirzəağa Əliyev Aleksandra Olenskaya Hənəfi Terequlov Yeva Olenskaya |
Operator | Qriqori Lemberq |
İstehsalçı | "Filma" Səhmdar Cəmiyyəti[1] |
İlk baxış tarixi | 3 yanvar 1917 |
Filmin növü | tammetrajlı bədii film |
Ölkələr | Rusiya imperiyası |
Dil | səssiz (titrlər azərbaycancadır) |
Texniki məlumatlar | 7 hissə |
Rəng | ağ-qara |
IMDb | ID0499428 |
Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər.
Məzmun
Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.[3]
Film haqqında
Adətə görə o vaxt qadınlar nəinki səhnəyə çıxmır, hətta onların ictimai yerlərdə görünmələrinə də icazə verilmirdi. Ona görə də o dövrdə qadın rollarını kişilər oynayırdılar. Filmin çəkilişi ilə bağlı rejissor da bu qaydaya riayət etməyə məcbur olur. O, Gülçöhrə və Cahan xala rollarına kişi aktyorlardan Əhməd Ağdamski və Yunis Nərimanovu çəkir.[4]
Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirdilər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurdular.[3]
Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni film kimi kinoteatrlarda şərq musiqi orkestrinin müşayiəti ilə təkrar göstərilmişdir.[5] Güman var ki, bu dəfə G. Belyakov eyni filmi özününküləşdirmiş, sanki təkrar çəkilmiş kimi yenidən ekranlara çıxarmışdır. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin seçmək", "Arşın mal alan", "İkisi axtardı, dördü evləndi".[3]
Film sonradan bütün Qafqazda nümayiş etdirilmiş, tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Və yenidən Bakı tamaşaçılarının mühakiməsinə verilmişdir. Bununla əlaqədar "Kaspi" qəzetinin 1917-ci il 20 aprel tarixli sayında xəbər verilmişdir ki, 4 hissədən ibarət "Arşın mal alan" komediyası Bakının Malıy teatrında aprelin 20-dən 22-dək göstəriləcək və filmi şərq musiqi orkesti müşayiət edəcəkdir. Bu film Üzeyir Hacıbəyovdan gizli surətdə müxtəlif vaxtlarda və müxtəlif şəhərlərdə gah 7, gah da 4 hissədə nümayiş etdirilmişdir.[6]
Film Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.[3]
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Üzeyir Hacıbəyov
- Rejissor: Boris Svetlov
- Operator: Qriqori Lemberq
Rollarda
- Hüseynqulu Sarabski — Əsgər
- Əhməd Ağdamski — Gülçöhrə
- Ələkbər Hüseynzadə — Soltan bəy
- Yunis Nərimanov — Cahan xala
- Mirzəağa Əliyev — Süleyman
- Aleksandra Olenskaya — Asya
- Hənəfi Terequlov — Vəli
- Yeva Olenskaya — Telli
- Məmməd Əlili
İstinadlar
- "Sovqat" qəzeti, 4 yanvar 1917-ci il, № 102.
- "2011-ci ilin yubilyar filmləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh.40.
- "Üzeyir Hacıbəyov və kino [Mətn] /A. Kazımzadə ; red. M. Bəyişli ; rəssam N. Şıxəliyev ; rəyçi A. Dadaşov". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- "Kaspi" qəzeti, 8 yanvar 1917-ci il, № 6.
- "Azərbaycan bədii kinosu (1920-1935-ci illər) [Mətn] /N. Sadıxov ; red. C. Cəfərov ; AzSSR EA Memarlıq və İncəsənət İn-tu". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
Mənbə
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 17.
- Nailə Rəhimova. ""Arşın mal alan" filminin uğurlu həyatı". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2000.- № 4.- səh. 89–92.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 13.
- Həsənova, T. "Üzeyir Hacıbəyov və Azərbaycan kinosu". //Kino.- 2006.- 29 sentyabr.- səh. 7.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Художественные фильмы дореволюционной России. Век Вишневский. Москва 1945. стр. 85
- Aydın Kazımzadə, "Arşın mal alan"ın ilk ekran variantı. Mədəniyyət.- 2011.- 13 may.- S. 10.