Arıxlı
Arıxlı, Aran Arıxlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi rayonunun inzibati-ərazi vahidində kənd.
Arıxlı | |
---|---|
ნახიდური | |
41°28′21″ şm. e. 44°41′39″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 420 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1100[2] |
Nəqliyyat kodu | EEF |
|
Coğrafiyası və iqlimi
Arıxlı kəndi Anaxatır çayının sağ sahilində dəniz səviyyəsindən 410–470 m. yüksəklikdə yerləşir. Coğrafi baxımdan rayonun Kolagir, Hasanxocalı, Bala Muğanlı kəndləri və Tamarisi qəsəbəsi ilə qonşuluqdadır.
Əhalisi
Gürcüstanda 2002-ci ildə keçirilmiş əhali siyahıyaalmasının yekunlarına əsasən Arıxlı kəndində 4876 nəfər sakin yaşayır. Əhalinin 49,4%-i kişilər, 50,6%-i qadınlardır. Kənd əhalisinin 99%-dən çoxu etnik azərbaycanlılardır. Arıxlı əhalisinin sayına görə rayonun təkcə Faxralı və Bolus Kəpənəkçisi kəndlərindən geri qalır.
İqtisadiyyatı
Arıxlı kəndi mühüm kənd təsərrüfatı zonasıdır. Çaykənarı coğrafi mövqeyə malik olduğundan suvarma əkinçiliyi geniş yayılmışdır. Xram çayından mənbəyini götürən Xan və Xram arxları torpaqların su təchizatında əhəmiyyətli rol oynayır. Faraş kartofçuluq, taxılçılıq və tərəvəzçilik kifayət qədər inkişaf etmişdir. Kəndin Tiflis-İrəvan magistral avtomobil yolunun üzərində yerləşməsi təsərrüfatçılığın inkişafında mühüm rol oynayır.
Xarici keçidlər
- 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələri Arxivləşdirilib 2009-03-06 at the Wayback Machine
- Gürcüstanda kənd əhalisinin statistik icmalı Arxivləşdirilib 2007-11-24 at the Wayback Machine