Arıqıran
Arıqıran (əvvəlki adı: Çiçəkli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi adlandırılmışdır.[1]
Arıqıran | |
---|---|
40°33′18″ şm. e. 45°37′03″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.434 m |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Arıqıran/Arqıran/Arıqran kəndi Çətindərə çayının (Zəyəmçayın qolu) sağ sahilində, Haçaqaya dağının (Şahdağ silsiləsi) ətəyindədir. Güman edirlər ki, oykonim həmin ərazidə yaşayan və əsasən həşəratlarla qidalanan arıqıran adlı kiçik quşun adı ilə bağlıdır. 1991-ci ildən Çiçəkli adlandırılmışdır.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2437 nəfər əhali yaşayır.[3]
Tanınmış şəxsləri
- Eyvaz İsgəndərov — ADAU Maşın mühəndisliyi və Standartlaşdırılma kafedrası dosenti, elmlər namizədi.
- Valeh Cəfərov — kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014).
- Mahmud Rüstəmov — tibb elmləri doktoru, professor.
Şəhidləri
- Abbasov Zülfüqar Bayram oğlu (1995–2020)[4] — İkinci Qarabağ müharibəsi şəhidi.
- Nəcəf İlqar oğlu Hüseynov (1993–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
- Arıqıran // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- Vətən müharibəsi şəhidi Abbasov Zülfüqar Bayram oğlu (http://tovuz-ih.gov.az/)