Arı südü

Arı südüarıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.[1][2][3][4][5][6]

Arı südünün içindəki arı sürfələri

Arı südünün daha asan və etibarlı üsulu onu elə yığılan kimi istifadə etməkdir. Bu üsulun üstünlüyü odur ki, arı südü təbii halında, heç bir dəyişiklik olmadan istifadə edilir. Belə üsulun çatışmayan cəhəti dozanın qeyri-dəqiq olmasıdır.

Arı südü immuniteti gücləndirir və ömrü uzadır. Bunun sübutu isə, yalnız arı südü ilə qidalanan ana arıdır, çünki normal arılar 45–50 gün yaşayarkən, ana arılar 5 il yaşayır.

Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsilə ifraz edirlər.

Arı südü xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir.

Arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur.

Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır.

Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır.

Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur.

Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır.

Bundan başqa, arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir.[7]

Tərkibi

  • Tərkibi arının qidalandığı tozcuqdan asılıdır. Təzə halda ağ olur, sonra isə sarı, tutqun-qəhvəyi rəng alır. Bir qədər acı dadır. İnkişaf edən ana arı sürfələri üçün yemdir. İşçi arı sürfəsi 2–3 gün, ana arı sürfəsi isə 4–5 gün bal-güləm qarışmış Arı südü ilə yemlənir. Tərkibində orqanizmə lazım olan 20-ədək aminturşu, çoxlu vitamin, provitamin, zülallar, mineral duzlar və bioloji aktiv maddələr vardır. Arı südündə olan mürəkkəb efir (xolin) və sirkə turşusu (asetilxolin) insan orqanizmində sinir impulslarını nizamlayır, yüksək və aşağı arterial təzyiqi normallaşdırır, qanyaranmanı stimulə edir, maddələr mübadiləsini yaxşılaşdırır, iştahı artırır; antibiotik təsiri olduğundan bir çox preparatların hazırlanmasında istifadə edilir, vərəm, bruselyoz, artrit və hipertoniyanın müalicəsində işlədilir. Arterioskleroz, mədə və onikibarmaq bağırsaq yaralarında, qara ciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyi zamanı müsbət təsir göstərir; qocalmanı ləngidir, orqanizmin enerjisini artırır, yaddaşı və görməni yaxşılaşdırır və s. Stenokardiya, miokardın infarktı, hipotonik xəstəliklər, klimakterik hipertoniya və uşaqların yoluxucu xəstəliklərdən zəifləməsi zamanı Arı südündən hazırlanan "Apilak" preparatından istifadə edilir. Ətriyyatda da işlədilir.
  • Su – 65%
  • Zülallar 14–18% (əsasən albuminlər və qlobulinlər)
  • arı südünün zülalları tərkibcə insan qanı zərdabının zülallarına yaxındır[mənbə göstərin]
  • karbohidratlar 9–18% (qlükoza, fruktoza, saxaroza)
  • vitaminlər A, D, C, B1, B2, B3, B6, B12, B15, H, E, PP, pantoten turşusu
  • Ali karbon turşuları (kəhrəba, palmitin, stearin və sair turşular)
  • cinsiyyət hormonları (estradiol, testosteron, proqestron)
  • mineral duzlar
  • mikroelementlər – dəmir, kobalt, kalium, kalsium, natrium, maqnezium, sink, mis, nikel, qızıl
  • asetilxolin
  • stearinlər
  • fermentlər – amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza
  • lipidlər

Təsirləri

  • antivirus (qrip və stomatit viruslarına təsir edir)
  • güclü biostimullaşdırıcı
  • qanyaratmanı yaxşılaşdırır (qanda hemoqlobini, eritrositləri artırır, lakin leykositlərin miqdarını azaldır)[mənbə göstərin]
  • daxili sekresiya vəzilərinin funksiyasını bərpa edir, insulin yaranmasını stımullaşdırır
  • qanda, beyin və qara ciyər toxumalarında xolesterinin miqdarini azaldır və fosfolipidlərin miqdarini artırır
  • həzm orqanlarının işini yaxşılaşdırır
  • qan dövranı orqanlarının işini yaxşılaşdırır
  • uşaqların böyüməsini stimullaşdırır
  • orqanizmin qocalmasını ləngidir
  • maddələr mübadıləsını stimullaşdırır
  • yaddaşı yaxşılaşdırır
  • həyat tonusunu qaldırir
  • arterial təzyiqi normallaşdırır
  • anabolik
  • endokrin (o cümlədən, cinsiyyət) vəzilərinin fünksiyasını stimullaşdırır
  • immun sistemini gücləndirir

Göstərişlər

  • Yaşlı adamların həyat tonusunun qaldırılması
  • xroniki qastrit
  • anemiya
  • stenokardiya və ateroskleroz
  • görmənin azalması
  • xroniki qidalanma və bağırsaq pozğunluqları
  • uşaqlarda böyümə və inkisaf ləngiməsi
  • əsəb sisteminin sakitləşdirilməsi
  • maddələr mübadiləsinin pozulması
  • ürəyin işemik xəstəliyi
  • kişi cinsi zəifliyi
  • kişi xroniki prostatiti
  • arterial təzyiqin stabilləşdirilməsi
  • mərkəzi sinir sisteminin funksional pozğunluqları
  • mədə və onikibarmaq bağırsağın xorası
  • sidik və öd yollarının xroniki xəstəlikləri
  • ürək və qan-damar sistemi xəstəlikləri: anemiya, ürək ritminin pozulması, ürəyin işemiyası

Əks göstərişlər

  • kəskin infeksion xəstəliklər (tif, vəba və s.),
  • böyrəyin Addison xəstəliyi
  • böyrəküstü vəzi xəstəlikləri
  • fərdi dözülməzlik
  • allergiya

Axşam və gecə saatlarında arı südü qəbulu məsləhət görülmür.

İstifadə qaydası və dozası

Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150–180 mq olmaqla gündə 2–3 dəfə, cəmi 500 mq məsləhət görülür.

Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməli.

Balla 100:2 nisbətində qarışdırılmış südün sutkalıq profilaktik dozası 20–25 qramdır. Uşaqlar üçün dozanı 2–3 dəfə azaltmaq lazımdır.

İstehsal forması

  • saf arı südü – 10, 20, 50 qramlıq şprislərdə
  • bala qarışdırılmış halda – 190 qr. balda 4 qr. arı südü, 300 qr. – 6 qr., 500 qr. – 10 qr.

Supermarketlərdə arı südünün hər 2 formada satışına rast gəlmək olar.

Saxlama şəraiti

Saf arı südü: −18 °C – 1 il, 0 °C – 2 ay. Arı südü işığın təsiri ilə otaq temperaturunda sürətlə parçalanır və öz müalicəvi təsirini itirir. Yaxşı olar ki, arı südü soyuducuda aşağı temperaturada saxlanılsın. İstifadə müddətində hermetik bağlı qabda soyuducuda saxlamalı.

İstinadlar

  1. Leung, R; Ho, A; Chan, J; Choy, D; Lai, CK. "Royal jelly consumption and hypersensitivity in the community". Clin. Exp. Allergy. 27 (3). March 1997: 333–6. doi:10.1111/j.1365-2222.1997.tb00712.x. PMID 9088660.
  2. Takahama H, Shimazu T. "Food-induced anaphylaxis caused by ingestion of royal jelly". J. Dermatol. 33 (6). 2006: 424–426. doi:10.1111/j.1346-8138.2006.00100.x. PMID 16700835.
  3. Lombardi C, Senna GE, Gatti B, Feligioni M, Riva G, Bonadonna P, Dama AR, Canonica GW, Passalacqua G. "Allergic reactions to honey and royal jelly and their relationship with sensitization to compositae". Allergol. Immunopathol. 26 (6). 1998: 288–290.
  4. Thien FC, Leung R, Baldo BA, Weiner JA, Plomley R, Czarny D. "Asthma and anaphylaxis induced by royal jelly". Clin. Exp. Allergy. 26 (2). 1996: 216–222. doi:10.1111/j.1365-2222.1996.tb00082.x. PMID 8835130.
  5. Leung R, Thien FC, Baldo B, Czarny D. "Royal jelly-induced asthma and anaphylaxis: clinical characteristics and immunologic correlations". J. Allergy Clin. Immunol. 96 (6 Pt 1). 1995: 1004–1007. doi:10.1016/S0091-6749(95)70242-3. PMID 8543734.
  6. Bullock RJ, Rohan A, Straatmans JA. "Fatal royal jelly-induced asthma". Med. J. Aust. 160 (1). 1994: 44.
  7. "Arxivlənmiş surət". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-03.

Xarici keçidlər

  • Balch, Phyllis A.; Balch, James F. Prescription for Nutritional Healing, Third Edition. New York: Avery. 2000. ISBN 978-1-58333-077-7.
  • Ammon, R.; Zoch, E. "Zur Biochemie des Futtersaftes der Bienenkoenigin". Arzneimittel-Forschung. 7. 1957: 699–702.
  • Blum, M.S.; Novak, A.F.; Taber, S. "10-Hydroxydecenoic Acid, an antibiotic found in royal jelly". Science. 130 (3373). 1959: 452–453. doi:10.1126/science.130.3373.452.
  • Bonomi, A. "Acquisizioni in tema di composizione chimica e di attivita' biologica della pappa reale". Apitalia. 10 (15). 1983: 7–13.
  • Braines, L. N. (1959). Royal jelly I. Inform. Bull. Inst. Pchelovodstva, 31 pp (with various articles)
  • Braines, L. N. (1960). Royal jelly II. Inform. Bull. Inst. Pchelovodstva, 40 pp.
  • Braines, L. N. (1962). Royal jelly III. Inform. Bull. Inst. Pchelovodstva, 40
  • Chauvin, R. and Louveaux, 1. (1956) Etdue macroscopique et microscopique de lagelee royale. L'apiculteur.
  • Cho, Y.T. "Studies on royal jelly and abnormal cholesterol and triglycerides". Amer. Bee. 117. 1977: 36–38.
  • De Belfever, B. (1958) La gelee royale des abeilles. Maloine, Paris.
  • Destrem, H. (1956) Experimentation de la gelee royale d'abeille en pratique geriatrique (134 cas). Rev. Franc. Geront, 3.
  • Giordani, G. "[Effect of royal jelly on chickens.]". Avicoltura. 30 (6). 1961: 114–120.
  • Hattori N, Nomoto H, Fukumitsu H, Mishima S, Furukawa S. [Royal jelly and its unique fatty acid, 10-hydroxy-trans-2-decenoic acid, promote neurogenesis by neural stem/progenitor cells in vitro.] Biomed Res. 2007 Oct;28(5):261–6.
  • Hashimoto, M; Kanda, M; Ikeno, K; Hayashi, Y; Nakamura, T; Ogawa, Y; Fukumitsu, H; Nomoto, H; Furukawa, S. "Oral administration of royal jelly facilitates mRNA expression of glial cell line-derived neurotrophic factor and neurofilament H in the hippocampus of the adult mouse brain". Biosci. Biotechnol. Biochem. 69 (4). Apr 2005: 800–5. doi:10.1271/bbb.69.800. PMID 15849420.
  • Inoue, T. (1986). The use and utilization of royal jelly and the evaluation of the medical efficacy of royal jelly in Japan. Proceeding sof the XXXth International Congress of Apiculture, Nagoya, 1985, Apimondia, 444–447
  • Jean, E. "A process of royal jelly absorption for its incorporation into assimilable substances". Fr. Pat. 1 (118). 1956: 123.
  • Jacoli, G. "Ricerche sperimentali su alcune proprieta' biologiche della gelatina reale". Apicoltore d'Italia. 23 (9–10). 1956: 211–214.
  • Jung-Hoffmann, L. "Die Determination von Königin und Arbeiterin der Honigbiene". Z. Bienenforsch. 8. 1966: 296–322.
  • Karaali, A.; Meydanoglu, F.; Eke, D. "Studies on composition, freeze drying and storage of Turkish royal jelly". J. Apic. Res. 27 (3). 1988: 182–185. doi:10.1080/00218839.1988.11100799.
  • Kucharski R, Maleszka, J, Foret, S, Maleszka, R, Nutritional Control of Reproductive Status in Honeybees via DNA Methylation. Science. 2008 Mar 28;319(5871):1827–3
  • Lercker, G.; Capella, P.; Conte, L.S.; Ruini, F.; Giordani, G. "Components of royal jelly: II. The lipid fraction, hydrocarbons and sterolds". J. Apic. Res. 21 (3). 1982: 178–184. doi:10.1080/00218839.1982.11100538.
  • Lercker, G.; Vecchi, M.A.; Sabatini, A.G.; Nanetti, A. "Controllo chimicoanalitico della gelatina reale". Riv. Merceol. 23 (1). 1984: 83–94.
  • Lercker, G.; Savioli, S.; Vecchi, M.A.; Sabatini, A.G.; Nanetti, A.; Piana, L. "Carbohydrate Determination of Royal Jelly by Gas-liquid chromatography–High Resolution Gas Chromatography (HRGC)". Food Chemistry. 19 (4). 1986: 255–264. doi:10.1016/0308-8146(86)90049-x.
  • Lercker, G.; Caboni, M.F.; Vecchi, M.A.; Sabatini, A.G.; Nanetti, A. "Caratterizzazione dei principali costituenti della gelatina reale". Apicoltura. 8. 1992: 11–21.
  • Maleszka, R, Epigenetic integration of environmental and genomic signals in honey bees: the critical interplay of nutritional, brain and reproductive networks. Epigenetics. 2008, 3, 188–192.
  • Nakamura, T. (1986) Quality standards of royal jelly for medical use. proceedings of the XXXth International Congress of Apiculture, Nagoya, 1985 Apimondia (1986) 462–464.
  • Rembold, H. "Biologically active substances in royal jelly". Vitamins and Hormones. Vitamins & Hormones. 23. 1965: 359–382. doi:10.1016/S0083-6729(08)60385-4. ISBN 9780127098234.
  • Salama, A.; Mogawer, H.H.; El-Tohamy, M. "Royal jelly a revelation or a fable". Egyptian Journal of Veterinary Science. 14 (2). 1977: 95–102.
  • Takenaka, T. Nitrogen components and carboxylic acids of royal jelly. In Chemistry and biology of social insects (edited by Eder, J., Rembold, H.). Munich, German Federal Republic, Verlag J. Papemy (1987): 162–163.
  • Wagner, H.; Dobler, I.; Thiem, I. "Effect of royal jelly on the peirpheral blood and survival rate of mice after irradiation of the entire body with X-rays". Radiobiologia Radiotherapia. 11 (3). 1970: 323–328.
  • Winston, M, The Biology of the Honey Bee, 1987, Harvard University Press
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.