Arı mumu

Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə.

Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir.

Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir. Mum güvəsi ərimiş mumu yalnız o zaman zədələyir ki, mum içərisində güvə yumurtası olan taxta qutuya qoyulmuş olsun. Bu zaman yumurtadan çıxmış sürfələr başqa yem olmadığına görə mumla, kisə, yaxud ağacla qidalanır.

Bəzən mum, habelə mumdan hazırlanmış süni şanın üzəri boz təbəqə ilə öltülür. Belə süni şanı yazda arılar pis qəbul edir. Lakin yayda gəlir vaxtı arılar həmin şanı hörüb ondan istifadə edirlər. Boz təbəqə hər yerdə (bütün mumda) olmur. Həmin boz- təbəqə mumun tərkibində olan yağ turşularının duzlarından əmələ gəlir. Boz təbəqəni mumun üzərindən əllə sürtməklə, şanın üzərindən isə onu günün istisində qızdırmaqla kənar etmək olar. Lakin bir müddıtdən sonra onun üzəri yenə də boz örtüklə örtüləcəkdir. Bellə hallar şanın, ələxüsus mumn keyfiyyətinin aşağı salmır.

Arıçılıq məhsulları içərisində mum çox qiymətli məhsuldur. İşçi arılar onu qarınlarının aşağı hissəsində olan mum vəziləri vasitəsilə ifraz edirlər. Mumu sürfələrə qulluq edən 10-20 günlük arılar istehsal edir.

Mum arılara şan toxumaq üçün lazımdır. Arı şanı toxuduqdan sonra onun içərisinə bal yığır və bala qoyur. Pətəkdə kifayət qədər bal, güləm olduqda, arılar yaxşı gəlir gətirdikləri vaxt arı ailəsi çoxlu mum ayırır və yüksək keyfiyyətli şan hörürlər. Təbiətdən gəlir gəlmirsə, hətta yuvada çoxlu süni yem olsa belə arılar şan hörmürlər.

Şan hörülməsi üçün arı ailəsində mütləq ana arı olmalıdır.

Mumun rəngi: ağ, sarı, tünd sarı

Tərkibində 50-yə yaxın kimyəvi birləşmələr vardır. Bunların 75%-i mürəkkəb efirlər, 12-15 % karbohidrogenlər, 13-15% yağ turşuları, digər üzvi maddələr və s.-dir.

Sıxlığı( 15°S-də): ρ = 0.956-0.970q/sm3

Ərimə temperaturu 61-65 °S

Mum kosmetologiyada qadınlar üçün müxtəlif kremlərin, maskaların, epilyasiya yapışqanlarının hazırlanmasında, əczaçılıq sənayesində, təbabətdə dərmanlar, tibbi şamların hazırlanmasında işlədilir. Rəssamlıqda geniş tətbiq olunur.

• Arılar tərəfindən istehsal olunan mumun 80%-i yenidən arının özünə sərf edilir.

• Elektrik enerjisi olmayan dövrlərdə varlı adamlar evlərini mumdan düzəldilmiş şamla işıqlandırırdılar.

Bronxial astmada, haymoritdə şanlı bal yemək çox müsbət nəticələr verir. Şanlı balı çeynədikdə dişin dibləri möhkəmlənir, kariesdən təmizlənir.

Yanıq və yaraların sağalmasında mumdan hazırlanan belə bir resepti nəzərinizə çatdırırıq:

5 qram mum

10 qram zeytun yağı

Qızdırılıb, qatışdırılıb üzərinə 1 yumurta sarısı əlavə olunur. Yaraya çəkilir.

Arı şanı

Nəsil yetişdirmək, yem ehtiyatı yığmaq üçün arıların mumdan düzəltdikləri qurğu (yuva); altıbucaqlı silindrşəkilli hücrələrdən (qovuqcuqlardan) ibarət mum lövhələridir. Arıların işini yüngülləşdirmək və onları məhsul toplanışına səfərbər etmək məqsədilə süni şan da düzəldilir. 410×260 mm ölçülü süni şanın 1 kq-ında 16, 210×190 mm-lik şanın 1 kq-ında 22 ədəd şan lövhəsi olur. Arı ailəsinin hər 6 gündən bir şana ehtiyacını ödəmək üçün gündəlik gəlirin (yığımın) hər kq-ına 3 şan lövhəsi tələb olunur.

Xalq təsərrüfatınında əhəmiyyəti

Arı mumu xalq təsərrüfatının müxtılif sahələrində geniş tətbiq olunur. Mum metalurgiyada tökmə çuqun qəliblərinin hazırlamasında, optika zavodlarında, yapışdırıcı və cilalyıcı mastikaların hazırlamasında işlədilir. Aviasiya sənayesində müxtəlif hopdurucu və örtücü emulsiyalarda, dəmir yol nəqiliyyatında sürtkü yağlarının tərkibində istifadə edilir.

Radio texnikada mum elektirik keçiricilərinin, kondesatorların, elektirik sənayesində elektirik motorlarının hazırlamasında və qalvanoplastikada işlədilir. Gön-dəri sənayesində müxtəlif hopdurucu maddələrin tərkibinə qatılır. Bunların köməyilə dəri su buraxmır. Mum ətiryyat və əzaçılıq sənayesində, dodaq, dırnaq və başqa rənglərin, kremlərin, məlhəmlərin və müxtəlif tibbi şamların hazırlanmasında tətbiq olunur.

Şirniyyat sənayesində bəzən konfetlərin üzəri nazik mum pərdəsilə örtülür ki, o kağıza yapışmasın və əriməsin. Mum poliqrafiya sənayesində işlədilən rənglərin tərkibinə daxil olur. Buna görə də yenicə yazılmış qəzet əlimizi çirkləndirmir.

Mumun xalq təsərrüfatında necə böyük əhəmiyyətə malik olduğu aydın ğörünür. Arıçılıq isə istehsal etdiyi mumun yalnız 20 %-in sənayeyə verir. Qalan 80%-ni isə özü üçün süni şan istehsalında istifadə edilir. Bununla əlaqədar olaraq, arıçılığın qarşısında mühüm bir vəzifə- mum istehsalı vəzifəsi durur.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.