Arçil Qomiaşvili

Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966).

Arçil Qomiaşvili
gürc. არჩილ გომიაშვილი
Doğum adı Arçil Mixayloviç Qomiaşvili
Doğum tarixi
Doğum yeri Çiatura, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Milliyyəti gürcü
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Həyat yoldaşı Liana Georgiyevna
Tatyana Fyodorovna
Tatyana Okunevskaya
Uşaqları Zurab
Mixail
Nina
Yekaterina
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1957-1993
Təhsili
  • Moskva Bədaye Teatrı tərkibində Bədaye Teatrı Məktəbi[d]
Mükafatları Gürcüstan SSR xalq artisti (1966)
IMDb ID0327106

Həyatı

Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur.

1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır.[1] Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır.

Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir. 2 il sonra o, Lenin komsomolu adına Moskva teatrının aktyoru olmağa nail olur. Bir neçə ildən sonra isə Puşkin adına teatra keçir.

1990-cı ildə Arçil Qomiaşvili "Siti-biznes" səhmdar cəmiyyətinin prezidenti olmuşdur. 1992-ci ilin axırlarında isə Moskvada "Qızıl Ostap" klubunu açır. Bu klub tezliklə paytaxtın ən nüfuzlu məkanlarından birinə çevrildi. Klubun restoranı isə 19961997-ci Avropanın ən yaxşı belə məkanlarından seçilmişdir.

Ömrünün son illərini Arçil Qomiaşvili xəstəliklərlə keçirirdi. 2004-cü ildə onda bədxassəli şiş tapılmışdı. ABŞ-də həyata keçən əməliyyat zamanı onun 40-dan artıq limfa düyünlərini kəsib götürürlər[2].

Arçil Qomiaşvili 31 may 2005-ci ildə Moskvada vəfat etmişdir. İyunun 3-ü elə həmin şəhərdə də dəfn olunmuşdur.

Ailəsi

  • Birinci həyat yoldaşı — Liana Georgiyevna, aktrisa
    • Oğlu — Zurab, mühəndis
    • Oğlu — Mixail, aktyor
  • İkinci həyat yoldaşı — Tatyana Fyodorovna, balerina
    • Qızı — Nina, aktrisa
      • Nəvəsi — Anastasiya (d. 1992);
      • Nəvəsi — Georgi (Giya), jurnalist, Gürcüstan xarici işlər nazirinin müavini (20042005), sahibkar
    • Qızı — Yekaterina (d. 1978), dizayner
  • Üçüncü həyat yoldaşı — Tatyana Okunevskaya

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1957Şəxsən tanınırerm. Անձամբ ճանաչում եմMantaşerov
1962Köstəbəkrus. КротZurab
1963Bir dəridə dörd nəfərrus. Четверо в одной шкуреEmmanın atası
1965Fövqəladə tapşırıqerm. Արտակարգ հանձնարարությունMantaşerov
1965İndi başqa zəmanədirgürc. რაც გინახავს, ვეღარ ნახავKostaya
1966Bağışlayın, sizi ölüm gözləyirrus. Простите, вас ожидает смерть
1969Gecəyarıdan keçmiş partlayışerm. Պայթյուն կեսգիշերից հետո
197112 stulrus. 12 стульевOstap Bender
1977Miminorus. МиминоNuqzar Papişvili
1977Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusurus. Эти невероятные музыканты, или Новые сновидения ШурикаArçil Qomiaşvili
1978Qafqaz hekayətirus. Кавказская повестьYeroşka
1978Məhəbbətim mənim, kədərim mənimrus. Любовь моя, печаль моя
türk. Bir Aşk Masalı
Əşrəf
1980Çoxdan keçmiş günlərin komediyasırus. Комедия давно минувших днейOstap Bender
1981Qızıl qoyun dərisirus. Золотое руноYakov
1983Tezdən, səhər tezdənrus. Раннее, раннее утроQordey Lukiç
1984Mis mələkrus. Медный ангелAntonio Valdes
1985Skapenin kələklərirus. Проделки СкапенаSkapen
1986Dövlət sərhədi. Qırx birinci ilbelar. Дзяржаўная гранiца. Год сорак першыİosif Stalin
1986Mənim sevimli klounumrus. Мой любимый клоунPaşa Fokin
1986Uzaqlıq müddəti olmadanrus. Без срока давности
1989Stalinqradrus. Сталинград
ing. Stalingrad
İosif Stalin
1990Qərb istiqamətində müharibəukr. Війна на західному напрямкуİosif Stalin
1990Supermenrus. Супермен
1990Qatil yeri boşdur...rus. Место убийцы вакантно…
1992Qızılı məcməyili ofisiantrus. Официант с золотым подносомŞota Çanturiya
1993Ölüm mələklərirus. Ангелы смертиİosif Stalin
1993-
1994
Əsrin faciəsirus. Трагедия векаİosif Stalin

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.