Aqorafobiya
Aqorafobiya — Evdən çıxmaqdan, mağazaya daxil olmaqdan, izdihamlı və ictimai yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə tək səyahət etməkdən qorxması ilə səciyyəvi olan kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar qrupudur.
Təlaşa düşmə pozuntusu həm keçmiş, həm də hazırkı epizodların xüsusiyyətidir. Bundan əlavə olaraq bu, insanlarda çox hallarda depressiv, təqibedici simptomlar və sosial fobiyalarda müşahidə olunur. Adətən, situasiyalardan qaçma cəhdləri əhəmiyyətli olur və aqorafobiyadan əziyyət çəkən bəzi şəxslər “təhlükələrdən” qaçmağa nail olduqlarına görə elə bir böyük narahatlıq keçirmirlər. Aqorafobiyaya daha çox gənc yaşlarda və qadınlarda rast gəlinir.[1]
İstinadlar
- "Təşviş pozuntularının diaqnostika və müalicəsi üzrə klinik protokol. [[Bakı]]: 2013" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-24.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.