Aqil Nəzərli

Aqil Nəzərli (tam adı: Aqil Ağaxan oğlu Nəzərli; 10 mart 1976, Güləbird, Laçın rayonu) — Laçın rayonu İcra Hakimiyyətinin başçısı[1][2] (16 iyun 2016–indi).

Aqil Nəzərli
bayraq
Laçın rayon İcra Hakimiyyətinin Başçısı
bayraq2
Vəzifədədir
16 iyun 2016-cıildən
ƏvvəlkiAkif Səlimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1976(1976-03-10) (48 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.

16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[3][4]

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir.

Ailəsi

Ailəlidir, iki övladı var.

İstinadlar

  1. "İcra hakimiyyətinin başçısı - Nəzərli Aqil Ağaxan oğlu". Lachin-ih.gov.az. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  2. "Laçın Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib". 1news.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  3. "A.A.Nəzərlinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2016.
  4. "Aqil Ağaxan oğlu Nəzərli - Laçın Rayon İcra Hakimiyyətinin başçısı". Metbuat.az.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.