Aqil Məmmədov (siyasətçi)

Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.

Aqil Məmmədov
bayraq
Azərbaycan Milli Məclisinin VI çağırış üzvü
bayraq2
Vəzifədədir
10 mart 2020-ciildən
bayraq
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
4 mart 2013 10 mart 2020
ƏvvəlkiVidadi Məhərrəmov
SonrakıAzər Qocayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1960(1960-04-01) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Həyatı

Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb.

Ailəsi

Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur.

Fəaliyyəti

Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu.

Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb.

Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.[1]

2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Aqil Məmmədov, 72,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.[2] 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Aqil Məmmədov, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu.[3][4] Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.[5]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.