Aqilə Xatun
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır.
Aqilə (Ruqiyyə) Sultan | |
---|---|
عقیلہ | |
Şəxsi məlumatlar | |
Doğum adı | Rukiye |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Şeyxülislam Əsad Əfəndi |
Həyat yoldaşları |
II Osman Qənizadə Nadir Əfəndi |
Uşaqları |
Şahzadə Ömər Zeynəb Sultan |
Ailəsi | Osmanlı sülaləsi |
Həyatı
II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı.[1] Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.[2]
Övladları
- Şahzadə Ömər (d. 20 oktyabr 1621 - ö. yanvar 1622)
- Zeynəb Sultan (d. 20 oktyabr 1621 - ö. 1623)
Mənbə
- Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.
- Gabriel Piterberg (2003). An Ottoman Tragedy: History and Historiography at Play. University of California Press. pp. 18–19. ISBN 978-0-520-93005-6.