Aqadez
Aqadez və ya əvvəlki yazılışı ilə Aqades[1] — Nigerin 110,497 (2012)[2] əhalisi olan 5-ci ən böyük şəhəri.
Aqadez | |
---|---|
Agadez | |
16°58′20″ şm. e. 7°59′27″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 520 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
Rəsmi adı | Historic Centre of Agadez |
Tipi | Mədəni |
Kriteriya | ii, iii |
Tarixi | 2013 (37-ci sessiya) |
İstinad nöm. | 1268 |
Ölkə | Niger |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Aqadez Bölgəsinin paytaxtı olan şəhər Böyük Səhrada yerləşir və ənənəvi Tuareq-Bərbər federasiyalarından biri olan Airin paytaxtıdır. Şəhərin tarixi mərkəzi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Tarix
Aqadez 14-cü əsrdən əvvəl qurulmuş və trans-Sahara ticarət yolu ətrafında böyüməklə tədricən Tuareq xalqının ən vacib şəhəri olmuşdur. Şəhərə hələ də Bilmadan duz gətirən karvanlar gəlir.
1449-cu ildə Aqadez bir sultanlığa çevrildi, lakin sonradan Sonqay İmperiyası tərəfindən fəth edildi və 1591-ci ilə qədər bu imperiyanın bir hissəsi olaraq qaldı.[3] Bu nöqtədə şəhərin 30.000 nəfər əhalisi var idi. Daxili mübarizə sultanlığın tədricən tənəzzülünə səbəb oldu və 19-cu əsrin ortalarına qədərki şəhər keçmiş halına qayıda bilmədi.[3]
Bəziləri 19-cu əsrə, Fransız müstəmləkə imperiyası tərəfindən işğal edilənə qədər Aqadezin Osmanlı İmperiyasının Afrika qitəsindəki ən yüksək səviyyəli şəhəri olduğunu iddia edirlər, lakin bu iddia tarixçilər tərəfindən təsdiqlənməmişdir.[4]
Şəhər 1906-cı ildən fransızlar tərəfindən idarə olunmuşdur.[3] Bu ucqar bölgəni effektiv idarə edə bilməyən fransızlar bərpa edilmiş bir sultanın köməyi ilə hökmranlıq edirdilər.[3] Sonralar Aqadez, 1990-cı illərdə Nigeriyanın mərkəzi və şimalında baş verən Tuareq üsyanında əhəmiyyətli bir yer oldu.
2007 zorakılığı
İkinci Tuareq üsyanı nəticəsində baş verən zorakılıqlar və minlərlə insanın deportasiyası 2007-ci ilin sonundan 2009-cu ilə qədər Aqadez bölgəsinə təsir etdi. 2007-ci ilin sonundan 2008-ci ilin sonuna qədər Nigerin bütün şimalı ABŞ Dövlət Departamenti tərəfindən ABŞ vətəndaşları üçün gediş-gəlişi təhlükəli olan bölgələrin siyahısına yerləşdirildi. Avropa aviaşirkətləri tərəfindən 2007–2008-ci il turizm mövsümü (sentyabr — mart) üçün Aqadezə turist reysləri dayandırıldı. 2007-ci ilə qədər böyüyən turizm sənayesi tənəzzülə uğradı. Bütün bölgə 2007-ci ilin oktyabr ayından 2009-cu ilin əvvəlinə qədər yenilənən bir Niger Hökuməti Müstəsna Dövlətinin (səyahət, iclaslar, siyasi fəaliyyətlər və s.-in məhdudlaşdırılması) tabeliyinə verildi. Aqadezə gedən yolların minalanmış olduğu və hökumətin beynəlxalq jurnalistlər və yardım təşkilatları üçün ərazini bağladığı bildirildi. İğtişaşlar nəticəsində naməlum sayda (bir neçə min nəfər olduğu bildirilir) məcburi köçkün şəhərə toplaşdı.
Avropaya immiqrasiya
2010-cu illərdə Aqadez Liviyaya, oradan da Avropaya gedən Qərbi Afrika miqrantları üçün əsas tranzit şəhər oldu.[5] 2016-cı ildə baş verən iğtişaşlar miqrant axınını yavaşlatsa da, son Yerdəyişim İzləmə Matrisi Nigeriyadakı altı nəzarət edilən nöqtədən gündəlik orta hesabla 1212 nəfərin keçdiyini[6] və çoxunun Aqadezdən keçəcəyini söylədi.
Demoqrafiya
Tarixi əhali | ||
---|---|---|
İl | Əh. | ±% |
1977 | 20,643 | — |
1988 | 49,424 | +139.4% |
2001 | 77,06 | +55.9% |
2012 | 110,497 | +43.4% |
Mədəniyyət və Turizm
Bu gün Aqadez ticarət şəhəri və ətraf ərazidə hasil edilən uranın daşınması mərkəzi kimi inkişaf edir. Şəhərdəki diqqətəlayiq binalar arasında Aqadez Məscidi (1515-ci ildə qurulmuş, lakin 1844-cü ildə eyni üslubda bərpa edilmişdir), Kaosen Sarayı (hal-hazırda oteldir) və Aqadez Sultan Sarayı var. Şəhər dəvə bazarı, gümüşü və dəri istehsalı ilə də tanınır.
Havalimanı və hərbi istifadə
Aqadezin hava nəqliyyatı mərkəzi olan Mano Dayak Beynəlxalq Hava Limanına, bölgəyə doğma olan Tuareq lideri Mano Dayakın adı verilmişdir.
ABŞ, Agadezdə Qərbi və Şimali Afrikada, həmçinin Saheldə terror fəaliyyətlərini asanlıqla izləyə biləcəyi xüsusi bir pilotsuz təyyarə bazası olan Niger Hava Bazası inşa edir.[7][8] 2016-cı ildə Nigerdəki hərbi bazanın 100 milyon ABŞ dollarına başa gəldiyi məlum oldu.[9]
İqlim
Aqadezdə Çöl iqlimi hakimdir.
Aqadezin iqlimi iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 37 | 40 | 41 | 47 | 50 | 46 | 48 | 43 | 41 | 40 | 42 | 40 | 50 |
Maksimum orta, °C | 27,9 | 31,1 | 35,0 | 39,2 | 41,3 | 41,3 | 39,1 | 37,9 | 38,9 | 37,1 | 32,4 | 29,0 | 35,8 |
Orta temperatur, °C | 19,8 | 22,5 | 26,7 | 31,2 | 33,7 | 33,8 | 32,1 | 31,0 | 31,7 | 29,4 | 24,3 | 21,0 | 28,1 |
Minimum orta, °C | 11,7 | 13,9 | 18,3 | 23,1 | 26,0 | 26,4 | 25,1 | 24,2 | 24,5 | 21,7 | 16,2 | 12,8 | 20,3 |
Mütləq minimum, °C | −1 | 7 | 6 | 13 | 20 | 19 | 18 | 17 | 18 | 12 | 5 | −1 | −1 |
Yağıntı norması, mm | 0,0 | 0,0 | 0,1 | 2,0 | 5,5 | 10,4 | 35,2 | 49,7 | 8,2 | 0,3 | 0,0 | 0,0 | 111,4 |
Mənbə: NOAA[10]
Weatherbase[11] |
Mənbə
- Aboubacar Adamou. "Agadez et sa région. Contribution à l'étude du Sahel et du Sahara nigériens", Études nigériennes, n°44, (1979), 358 p.
- Julien Brachet. Migrations transsahariennes. Vers un désert cosmopolite et morcelé (Niger). Paris: Le Croquant, (2009), 324 p. ISBN 978-2-914968-65-2.
- Louis Werner. Agadez, Sultanate of the Sahara. Saudi Aaramco World, January/February 2003. Volume 54, Number 1.
- Samuel Decalo. Historical Dictionary of Niger. Scarecrow Press, London and New Jersey (1979). ISBN 0-8108-1229-0
- Jolijn Geels. Niger. Bradt London and Globe Pequot New York (2006). ISBN 1-84162-152-8.
- Berber Sultanate of Aïr worldstatesmen.org Arxivləşdirilib 2008-01-06 at the Wayback Machine: Chronology of the Berber Sultanate of Aïr, based in Agadez.
İstinadlar
- " Kisholm, Hyu, redaktor Air // Britannika Ensiklopediyası. 1 (XI). Cambridge University Press. 1911. səh. 442.
- "Annuaires_Statistiques" (PDF). Institut National de la Statistique du Niger. 4 February 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 May 2013.
- Geels, Jolijn, (2006) Bradt Travel Guide — Niger, pgs. 157–200
- "Ottoman dynasty still alive in Africa - World Bulletin". worldbulletin.net. 28 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2018.
- "Arxivlənmiş surət". 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
- "Arxivlənmiş surət". 2019-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
- "3 special forces troops are killed and 2 wounded in ambush in Niger". MSN.com. 5 October 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 October 2017.
- "Pentagon set to open second drone base in niger as it expands operations in Africa". The Washington Post. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
- "U.S. MILITARY IS BUILDING A $100 MILLION DRONE BASE IN AFRICA". The Intercept. 29 September 2016. 20 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2020.
- "Agadez AERO Climate Normals 1961–1990". National Oceanic and Atmospheric Administration. İstifadə tarixi: 19 fevral 2015.
- "Agadez, Niger Weather Averages Summary". CantyMedia. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.