Apple Pay

Apple PayApple şirkəti tərəfindən təqdim olunan mobil ödənişrəqəmsal cüzdan xidməti. Xidmət istifadəçilərə birbaşa iOS tətbiqlərindəSafari istifadə edərək vebdə ödəniş etməyə imkan yaradır. iPhone, Apple Watch, iPadMac-da dəstəklənir. Apple tərəfindən istehsal olunmayan və satılmayan heç bir müştəri cihazında mövcud deyil (xüsusilə, Windows-da işləyən brauzerlər də daxil, heç bir Android cihazında istifadə edilə bilməz). O, təmassız pos terminalında kredit və ya debet kartı çipini və PİN əməliyyatını rəqəmsallaşdırma və əvəz edə bilmə xüsusiyyətinə malikdir. Bunun üçün Apple Pay-a məxsus təmassız ödəniş terminalları tələb olunmur və o, təmassız ödənişləri qəbul edən istənilən tacirlə işləyə bilər.[1] Cihazlar ödəniş məlumatlarını təhlükəsiz saxlamaq və kriptoqrafik funksiyaları yerinə yetirmək üçün daxil edilmiş təhlükəsiz elementi (eSE) və biometrik autentifikasiya üçün Apple-ın Touch IDFace ID-si ilə yaxın sahə rabitəsindən (NFC) istifadə edərək pos terminal sistemləri ilə simsiz əlaqə yaradır.

Apple Pay
Loqonun şəkli
Tərtibatçı Apple
Yayımlanma tarixi 20 oktyabr 2014
Platforma iPadOS[d], iOS, macOS
Sayt apple.com/apple-pay/
apple.com/fr/apple-pay/
apple.com/ca/fr/apple-pa…
apple.com/sg/apple-pay/
apple.com/ae/apple-pay/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əvvəlcə ABŞ-də istifadəyə verilən Apple Pay hazırda Azərbaycan, Bəhreyn, Böyük Britaniya, Kanada, Avstraliya, Braziliya, Meksika, Kolumbiya, Kosta-Rika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, Ukrayna, Qazaxıstan, Çin, Yeni Zelandiya, Sinqapur, Honq-Konq, Yaponiya, Makao, Gürcüstan, Belarusiya, Monteneqro, Serbiya, Cənubi AfrikaAvropa İqtisadi Bölgəsindəki (AİB) bütün ölkələrdə mövcuddur.[1] Apple Pay həm American Express, Visa (ElectronV Pay daxil olmaqla), Mastercard (Maestro daxil olmaqla) və Discover kimi beynəlxalq ödəniş sistemlərini, həm də Çinin UnionPay, Yaponiyanın JCB, Fransanın Cartes Bancaires, Kanadanın Interac, Avstraliyanın EFTPOS, Səudiyyə Ərəbistanının Mada, Almaniyanın Girocard və Rusiyanın Mir kimi ölkəyə xas daxili ödəniş sistemlərini dəstəkləyir.

Apple Pay həm kredit/debet kartlarının (açıq dövrə) istifadəsi ilə bəzi ictimai nəqliyyat şəbəkələrindən[2] (məsələn, Londonda TfLNyu-York şəhərinin metro və avtobus şəbəkəsində OMNY oxucularında) istifadəyə, həm də Şərqi Yaponiya Dəmiryolu Şirkətinin Suica, Çikaqo Tranzit İdarəsinin Ventra, San-Fransisko körfəz sahəsinin Clipper (qapalı dövrə) və Honkonqun Octopus Card kimi xüsusi səyahət kartlarının istifadəsi ilə səyahətə imkan yaradır.

Xidmət

Cihaz uyğunluğu

Xidmət iPhone 6 və daha yeni modellərə, iPad Air 2 və daha yeni modellərə, Touch ID-li Mac-lara və bütün Apple Watch-lara uyğun gəlir. O, 8–16 kartı saxlaya bilər (loyallıq kartları və biletlər kimi keçidlər bu limitə daxil deyil.)[3]

Texnologiya

Apple Pay, EMV Ödəniş Tokenləşdirmə Spesifikasiyasından istifadə edir.[4][5]

Xidmət, müştərinin kredit və ya debet kartının Maliyyələşdirmə Əsas Hesab Nömrəsini (FPAN) tokenləşdirilmiş Cihaz Əsas Hesab Nömrəsi (DPAN) ilə əvəz etməklə müştəri ödəniş məlumatını pərakəndə satıcıdan gizli saxlayır və "hər bir əməliyyat üçün yaradılan dinamik təhlükəsizlik kodu" tərtib edir.[6] "Dinamik təhlükəsizlik kodu" EMV rejimində əməliyyatda kriptoqramdır və maqnit zolağı məlumat emulyasiyası rejimində əməliyyatda Dinamik Kart Yoxlama Dəyəridir (dCVV). Apple müştərilər, satıcılar və banklar arasında reallaşan istifadə əlaqəsini izləməyəcəklərini bildirmişdir. İstifadəçilər həmçinin iPhone-umu tap xidməti vasitəsilə itirilmiş telefonda xidməti uzaqdan dayandıra bilər.[6]

Qlobal qəbul

Satıcıların təxminən üçdə ikisi Apple Pay-i qəbul edir, lakin əksər terminallar bunu qəbul etmir.[7] Ölkələr (və hətta emitentlər) arasında təminat fərqlərinə görə istifadəçilər başqa ölkəyə səyahət edərkən qəbul problemləri ilə qarşılaşa bilərlər. Bəzi məlum nümunələrə aşağıdakılar daxildir:

  • Kanada, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və ehtimal ki, ABŞ tərəfindən buraxılmayan digər Visa kartları köhnə maqnit zolağı məlumat emulyasiyasını deyil, yalnız EMV rejimində əməliyyatları dəstəkləyir. ABŞ-dəki bəzi kontaktsız terminallar EMV rejimində kontaktsız əməliyyatları dəstəkləmir (EMV-rabitə əməliyyatlarını dəstəkləsələr də) və buna görə də ABŞ-yə gələn bu ziyarətçilər Apple Pay-dən istifadə etməyə çalışarkən terminalda və iPhone ekranında "Ödəniş Tamamlanmadı" xətası alacaqlar.

Apple Cash

Apple Cash (əvvəllər Apple Pay Cash), iMessage vasitəsilə bir istifadəçidən digərinə pul köçürməsinə imkan verən bir xüsusiyyətdir. İstifadəçi ödəniş aldıqda, pul alıcının Apple Cash kartına köçürülür və Discover-i qəbul edən tacirlərlə anında istifadə oluna bilər. Alternativ olaraq, istifadəçi balansı ACH köçürməsi ilə təyin edilmiş bank hesabına köçürməyi də seçə bilər. Apple Cash yalnız ABŞ-də mövcuddur.[8][9]

Mövcudluq

Dəstəklənən loyallıq proqramları

Bu proqramlar Apple Pay-in VAS protokolu vasitəsilə NFC vasitəsilə ötürülür.

İstinadlar

  1. "Countries and regions that support Apple Pay" Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine. Apple. 17 iyul 2019-cu il.
  2. "Where you can ride transit with Apple Pay" Arxivləşdirilib 2020-06-03 at the Wayback Machine. Apple Support. 18 iyul 2019-cu il.
  3. "Set up Apple Pay" Arxivləşdirilib 2022-08-24 at the Wayback Machine. Apple. 4 iyun 2018-ci il.
  4. Lennon, kirk (20 oktyabr, 2014). "How Apple Pay Really Works and Why You Should Begin Using it Immediately" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine.
  5. "Payment Tokenisation" Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. EMVco. 1 Mart, 2014.
  6. Jeffries, Adrianne (9 Sentyabr, 2014). "Apple Pay allows you to pay at the counter with your iPhone 6" Arxivləşdirilib 2014-09-14 at the Wayback Machine. The Verge.
  7. Tepper, Taylor (May 11, 2020). "Apple Card Review: Actually Owning It Changed Our Minds" Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine. The New York Times.
  8. "Apple Cash" Arxivləşdirilib 2022-09-07 at the Wayback Machine. Apple.
  9. Chowdhry, Amit. "How To Use Apple Pay Cash" Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Forbes. Retrieved August 5, 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.