Apokrifal (kitab)

Apokrifal[1] (İtmiş Kitab, Ərgənəkon və Bir Cinayətin Anatomiyası) (türk. Apokrifal (Kayıp Kitap, Ergenekon ve Bir Cinayetin Anatomisi)) — Aydoğan Vətəndaşın[2] 2008-ci ildə yazdığı tədqiqat əsəri.

Apokrifal
türk. Apokrifal (Kayıp Kitap, Ergenekon ve Bir Cinayetin Anatomisi)
Müəllif Aydoğan Vətəndaş
Orijinalın dili Türkcə
Ölkələr Türkiyə Türkiyə
Orijinalın nəşr ili sentyabr 2008
Rəssam Ravza Kızıltuğ
Seriya Pərdə Arxası
Nəşriyyat Timaş
Nəşr 5
Cild Nazik
Səhifə 192
Tiraj 12 500
ISBN ISBN 978-975-263-816-7

Məzmun

1981-ci ildə Hakkaridə kəndlilər tərəfindən bir mağarada hit içərisində köhnə bir əlyazma kitab tapılır. Aramicə mütəxəssisi dos. dr. Həmzə Hocagil qısa müddət sonra sözügedəm mətnin Axrami dilində, lakin süryani əlifbasıyla yazılmış bir İncil mətni olduğunu anlayır.

Birinci əsrə aid orijinal İncil′in ortaya çıxması bütün dinləri maraqlandıran bir mövzudur. İstər İsanın tarixiliyinin, istərsə də İncilin Quranla nə cür uyğun olduğunun sübut edilməsi müxtəlif çevrələri narahat edir. Hocagil 1983-cü ildə Prezident Özalın cəhdləri və Xüsusi Hərb Dairəsinin nəzarətində İncili tərcümə etməyə başlayır. Ancaq tərcümə prosesi bir müddət sonra dayandırılır.

Ancaq İncilin son səhifəsində Müqəddəs Barnabanın sözügedən İncili dörd nüsxə olaraq yazdığının fərqinə varan Hocagil Nahid Şenoğul paşanın köməyi ilə bu dəfə digər 3 İncilin arxasınca düşər. Ardınca biri xaric digər 2 İncil də tapılır. Beynəlxalq kəşfiyyat təşkilatlarının da müdaxil olduğu bu inanılmaz hadisələr silsiləsində hadisəyə qarışan bəzi şəxslər həyatını itirir.

İncillərdən biri İsraildə tapılır. İsrail nüsxəsini bir alman firmasının sponsorluğunda, İsrail Prezidenti İshaq Rabinin nəvəsi Viktoriya Rabinlə birlikdə tapılır. Viktoria Rabin İncilin gerçək nüsxələrini oxuduqdan sonra müsəlman olur. Lakin həyata keçirdiyi qazıntı işlərində 10 Əmr və Zəburun axtararkən efiopiyalı bir qaradərili şəxs tərəfindən öldürülür. İsraildə olan İncil əvvəl Vatikana satılmaq istənir. Vatikan adına İncillə əlaqədar görüşlər həyata keçirən Kardinal Maryo "açıqlana bilməyən bir səbəblə" həyatını itirir. Hadisələr gizli bir təşkilatın planlaması ilə çox fərqli miqyaslar qazanır.

İncil bu dəfə bir nəşriyyat üzərindən Yunanıstana satılır. Hadisə Kiprdə olan təhlükəsizlik qüvvələrinin 1996-cı ildə Kiprdə Müqəddəs Barnabanın məzarını soymalarıyla fərqli bir miqyas qazanır. Əsgərlər məzardan nə götürmüşlər? ŞKTR-də soyğunu araşdıran jurnalist Qutlu Adalı aldığı təhdidlərdən qısa bir müddət sonra öldürülür. Qutlu Adalının həyat yoldaşı İlkay Adalı cinayəti Avropa İnsan Haqqları Məhkəməsinə daşıyır və Türkiyə hadisənin işıqlanması üçün lazım olan diqqəti göstərmədiyi səbəbiylə məhkum edilir. Adalı öldürülmədən qısa müddət əvvəl Abdullah Çatlının Kiprə gəldiyi təsbit edilir.

Bu gün aramicə mütəxəssisi Həmzə Hocagilin Baş Qərargah Xüsusi Hərb Dairəsində xüsusi təhlükəsiz bir bölmədə saxlandığını iddia etdiyi nüsxələr açıqlansa, dinlər tarixi başda olmaqla, tarix yenidən yazılacaq.[3]

İstinadlar

  1. "Apocrypha | Biblical Literature, Jewish & Christian Texts | Britannica". www.britannica.com (ingilis). 2023-08-18. 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  2. "Aydoğan Vatandaş kimdir?". www.biyografi.info (türk). 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.
  3. "Apokrifal Kayıp Kitap, Ergenekon ve Bir Cinayetin Anatomisi". Biyografi.info (türk). 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-23.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.